Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Bakı EuroVolley həyəcanını yaşayır

Bakı EuroVolley həyəcanını yaşayır

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı EuroVolley həyəcanını yaşayır

Qadın voleybolçular arasında “CEV Trendyol EuroVolley2026 Women” Avropa çempionatı avqustun 21-də start götürüb. 24 komandanın mübarizə apardığı turnir sentyabrın 6-dək Azərbaycan, Türkiyə, İsveç və Çexiyanın ev sahibliyi ilə keçirilir.

Azərbaycan turnirin C qrupuna ev sahibliyi edir. Bu qrupun oyunları Bakıdakı Milli Gimnastika Arenasında təşkil olunub. Azərbaycanla yanaşı, Niderland, İspaniya, Belçika, Portuqaliya və Rumıniya yığmaları da C qrupunda mübarizə aparır.

Millimiz ilk oyununda Portuqaliya ilə üz-üzə gəlib.

İki komanda arasında 8 il sonra keçirilən növbəti qarşılaşma da Azərbaycanın qələbəsi ilə başa çatdı. 2018-ci ildə Qızıl Avropa Liqasının A qrupunda Portuqaliyanı 3:1 hesabı ilə məğlub edən millimiz bu dəfə də eyni hesabla qalib gəldi. Maraqlıdır ki, hər iki görüş eyni – 3:1 hesablı Azərbaycan qələbəsi ilə başa çatsa da, oyunların gedişatı fərqli olub. 2018-ci ildə millimiz ilk seti uduzaraq hesabda geriyə düşmüşdü. Bu dəfə isə Azərbaycan ilk seti qazanıb, ikinci setdə məğlub olaraq hesabın 1:1-ə bərabərləşməsinə yol verib.

İlk setdə komandalar 10:10 hesabınadək bərabər mübarizə aparıblar. Daha sonra Yelizaveta Rubanın hücumları ilə Azərbaycan üstünlüyü ələ keçirib və seti 25:22 hesabı ilə qazanıb.

İkinci setdə Portuqaliya hesabda beş xal fərqinə qədər önə çıxıb. Azərbaycan 16:20-dən sonra ardıcıl yeddi xal qazanaraq 23:20 hesabı ilə önə keçsə də, Portuqaliya cavabında beş xal ardıcıl toplayıb. Nəticədə ikinci set 25:23 hesabı ilə Portuqaliyanın xeyrinə başa çatıb.

Üçüncü setə Azərbaycan daha yaxşı başlayıb və 11:1 hesabı ilə önə çıxıb. Lakin Portuqaliya geri dönərək hesabı 17:17-yə çatdırıb. Hər iki komandanın setbol imkanlarından yararlana bilmədiyi gərgin mübarizənin sonunda Polina Rəhimovanın bloku Azərbaycana 27:25 hesablı qələbə qazandırıb.

Dördüncü setdə Portuqaliya yalnız ilk xalı əldə edib. Bundan sonra Azərbaycan üstünlüyünü qoruyub. MarqaritaStepanenkonun bloku millimizə 24:19 hesablı üstünlük gətirib. Kristina Besmanın hücumu ilə set 25:20 hesabı ilə Azərbaycanın xeyrinə başa çatıb. Beləliklə, Azərbaycan ilk oyunda Portuqaliyanı 3:1 hesabı ilə məğlub edib.

Azərbaycanın qələbəsində Yelizaveta Rubanın çıxışı xüsusi olub. O, qarşılaşmada 25 xal toplayaraq matçın ən məhsuldar oyunçusu olub. Rubanın hesabında üç blok və bir ace də var.

Polina Rəhimova 22 xal, Marqarita Stepanenko isə 14 xal toplayıb. Portuqaliya millisində isə ən çox xal qazanan oyunçu 16 xalla Margarida Maia olub.

Oyundan sonra Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova qələbəni belə dəyərləndirib:

“İlk növbədə doğma azarkeşlərimizin qarşısında oynamaq çox həyəcanverici idi. Bütün azarkeşlərimizə möhtəşəm dəstəklərinə görə təşəkkür edirəm. Məqsədimiz qalib gəlmək idi. Təbii ki, oyun zamanı bəzi səhvlərə yol verdik, lakin qarşıdakı matçlarda səhvlərimizi azaltmaq və daha az yanlışlığa yol verməklə oynamaq üçün çox çalışacağıq. Bu nəticədən çox xoşbəxtik və növbəti oyunlarda da əlimizdən gələni edəcəyik.”

Azərbaycan millisinin C qrupunda növbəti rəqibi İspaniya olacaq. Qrup mərhələsində komandalar 28 avqustadək mübarizə aparacaqlar. Qrupda ilk dörd pillədə qərarlaşan komandalar 1/8 finala vəsiqə qazanacaqlar.

Qeyd edək ki, Trendyol CEV EuroVolley 2026-nın titul sponsorudur. Turnirin rəsmi adı da bununla əlaqədar CEV Trendyol EuroVolley 2026 Women kimi müəyyənləşib. 

Əlavə edək ki, Türkiyənin qlobal e-ticarət platforması olan “Trendyol” Azərbaycan mediası ilə sıx əməkdaşlıq edir. Şirkət ölkəmizin media nümayəndələrinin mötəbər idman yarışlarını hadisə yerindən işıqlandırmasına dəstək göstərir və bunun üçün müvafiq imkanlar yaradır. 2024-cü ildə Almaniyada keçirilən futbol üzrə Avropa çempionatı buna misallardan biridir.

Turnirin titul sponsoru olan “Trendyol” bu əməkdaşlıq çərçivəsində media nümayəndələri ilə görüş keçirib. Daha sonra şirkətin təşkilatçılığı ilə jurnalistlər Azərbaycan – Portuqaliya oyununu arenadan canlı izləyiblər.

Aysu Orucova,
QOL.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://qol.az
archiveBu xəbər 22 Avqust 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see669

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see637

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see635

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see505

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see466

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see448

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see425

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see398

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see352

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see347

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see344

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see334

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see330

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see327

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see325

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see321

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see315

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see314

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see309

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see291
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri