Icma.az
close
up
RU
Azərbaycanda günün kriminal xronikası

Azərbaycanda günün kriminal xronikası

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 23-də Azərbaycanda bir sıra kriminal hadisələr, polis əməliyyatları və məhkəmə qərarları ilə bağlı məlumatlar yayılıb.

“Cebheinfo.az” xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə ərazisində qeydə alınan 83, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin edilib.

Axtarışda olan 59 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 12 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Bakıda “Vesta Construction” MTK-nın sahibi Ceyhun Musarza oğlu Quliyev həbs edilib. O, 1 milyon manatdan artıq dələduzluqda ittiham olunur. Məlumata görə, şirkət tərəfindən eyni mənzillərin bir neçə şəxsə satıldığı bildirilir. Çoxsaylı vətəndaş şikayətləri əsasında saxlanılan şirkət rəhbərinə Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda dələduzluğa görə məsuliyyət nəzərdə tutan 178.4-cü maddəsi ilə yekun ittiham verilib. İş üzrə 7 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Digər əməliyyat Astara rayonunda keçirilib. Polis və sərhədçilərin birgə keçirdiyi tədbir zamanı A.Əhədov, E.Taleh və əvvəllər məhkum olunmuş E.Babazadə saxlanılıblar. Onların üzərindən 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb və hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Bərdə rayonunda həyat yoldaşının ölümü ilə nəticələnən yol qəzasına görə sürücüyə hökm oxunub. Məhkəmənin qərarı ilə Nadir Həsənov 5 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə mayın 24-də Mehdixanlı kəndində baş verib. Sürücü idarə etdiyi VAZ-2107 markalı avtomobillə yol kənarındakı su arxına aşıb. Nəticədə avtomobildə olan həyat yoldaşı Pəri Həsənova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə, sürücü hadisədən əvvəl məclisdə spirtli içki qəbul edib.

Vilayət Muxtar

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Noyabr 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see434

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see319

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see315

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see309

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see308

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see302

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see301

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see282

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see271

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see269

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see266

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see266

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see260

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see260

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see259

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see258

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see257

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see255

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see232

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri