Bakı Fond Birjası və J.P.Morgan əməkdaşlıq təşəbbüslərini müzakirə edib
Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.
"Bakı Fond Birjası" QSC-nin (BFB) nümayəndə heyəti ABŞ-ın "J.P.Morgan" şirkətinin İnkişafın Maliyyələşdirilməsi İnstitutunun rəhbəri Arsalan Mahtafarla görüşüb.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, görüşdə Azərbaycanın iqtisadi göstəricilərini, Birjanın inkişaf yolunu, strateji hədəflərini və cari vəziyyətini əks etdirən təqdimat nümayiş etdirilir.
Tərəflər hər iki qurum arasında əməkdaşlıq təşəbbüslərini müzakirə ediblər. Davamlı inkişafa yönəldilmiş layihələrin maliyyələşdirilməsi üçün investorların cəlb olunması, müasir texnologilayar və həllərin təqdim edilməsi, risklərin diversifikasiyası üçün maliyyə alətlərinin tətbiqi müzakirənin əsas mövzuları olub.
Azərbaycanın kapital bazarında beynəlxalq təcrübənin tətbiqi, ekosistemin, şəffaflıq və bazar etibarının gücləndirilməsi BFB-nin önəm verdiyi əsas məsələlərdəndir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 22 Noyabr 2024 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















