Icma.az
close
up
RU
Bakı Forumunda panel müzakirəsi: “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması”

Bakı Forumunda panel müzakirəsi: “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması”

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumun birinci gününün sonuncu paneli keçirilib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, Bosniya və Herseqovinanın BMT yanında daimi nümayəndəsi, Bosniya və Herseqovinanın sabiq Baş naziri, Bosniya və Herseqovinanın sabiq Baş nazirinin müavini Zlatko Laqumdziyanın moderatorluğu ilə keçirilən “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" adlı panel iclasda Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova çıxış edib.

Türkiyə Prezidentinin milli təhlükəsizlik və xarici siyasət üzrə baş müşaviri Akif Çağatay Kılıc, Beynəlxalq Telekommunikasiya Birliyinin Baş direktorunun müavini Tomas Lamanauskas, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktorunun müavini, Nüvə Elmləri və Tətbiqləri Departamentinin rəhbəri Nəcat Moxtar, BMT 77-ci Baş Assambleyasının Prezidenti Ksaba Korosi, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd M.Xan, Macarıstanın sabiq Prezidenti Katalin Novak və Dünya Bankının sabiq vitse-prezidenti Hafez Qanem, Sloveniyanın sabiq Prezidenti Borut Pahorun da çıxış etdikləri iclasa BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayder videoformatda qoşulub.

Qay Rayder bildirib ki, BMT-nin Gələcək üçün Paktı beynəlxalq səviyyədə əldə olunan vacib sənəddir. Bu sənəd, habelə onun ehtiva etdiyi Qlobal Rəqəmsal Saziş və Gələcək Nəsillər haqqında Bəyannamə yeni fürsətlərə və istifadə olunmamış imkanlara yol açır. Bu sənəd bütün xalqlar və millətlər üçün davamlı, ədalətli və dinc qlobal nizamın əsasını qoyacaq.

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş direktorunun müavini Tomas Lamanauskas çıxışında deyib: “Biz təmiz enerji həllərini də önə çəkməliyik, çünki süni intellektlə bağlı məlumat mərkəzləri artıq planetimizdə müəyyən gərginlik yaradır”. O qeyd edib ki, “BMT və bir sıra təşkilatlar süni zəka, maliyyələşmə və təhlükəsizlik məsələləri kimi sahələrdə birgə işləyə bilmir” fikri formalaşıb. Lakin Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri və COP29 çərçivəsində birgə maliyyə fəaliyyəti üzrə əldə olunan irəliləyiş sübut edir ki, BMT və üzv ölkələr, təşkilatlar birgə səylər nəticəsində razılığa gələ bilirlər.

Türkiyə Respublikası Prezidentinin milli təhlükəsizlik və xarici siyasət üzrə baş müşaviri Akif Çağatay Kılıc qeyd edib ki, Türkiyə coğrafi mövqeyinə görə bütün münaqişələrin mərkəzinə çevrilib. Bu gün qonşuluğumuzda olan Qəzza, Ukrayna və münaqişə yaşanan digər bölgələrdə sabitlik çox həssasdır. Ermənistanla Azərbaycan arasında 30 illik müharibə öz həllini tapa bilmirdi. Minlərlə insanlar bu cür münaqişələrdə həyatlarını itirdi. Bu isə münaqişə tərəflərinin bir-birinə etimad göstərməməsindən irəli gəlir.

“Biz öz məsələlərimizi indidən həll etməliyik ki, gələcək nəsillər bu tələdə qalmasınlar”, - Akif Çağatay Kılıc əlavə edib.

Nüvə Elmləri və Tətbiqləri Departamentinin rəhbəri Nəcat Moxtar diqqətə çatdırıb ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bombalarla əlaqəsi yoxdur, bu təşkilat sülh naminə nüvə enerjisi istifadəsini təmin edir. Burada isə elm və texnologiya mühüm rol oynayır. Düşünürəm ki, alimlərin və siyasətçilərin bir masada oturmaları düzgün olardı.

BMT 77-ci Baş Assambleyasının Prezidenti Ksaba Körösi çıxışında qeyd edib ki, geosiyasi çağırışlarla mübarizə aparmaq üçün qurum olaraq adətən sıfır məbləğli oyun (zero-sum game) yanaşmasını tətbiq edirik. Qlobal iqtisadi artımla bağlı böhranları həll etmək üçün isə əməkdaşlığa ehtiyacımız var. Çünki yalnız birlikdə reallıqları və hazırkı vəziyyəti daha yaxşı həll yolu tapmaqla dəyişə bilərik.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd M.Xan bildirib ki, mövcud çağırışları və Təhlükəsizlik Şurasının iflic olmasını nəzərə alaraq, Gələcək üçün BMT paktı çox mühüm məsələlərdən biridir. Onun icrası üçün yeni üfüqlər yaradılmalıdır.

Panel iclasda çıxış edən digər natiqlər BMT-nin daha səmərəli fəaliyyəti üçün bütün ölkələrlə sıx əlaqədə və əməkdaşlıq qurulmasının vacibliyini vurğulayıb, dünyada mövcud durumda konstruktiv dialoqun aparılmasının vacibliyini diqqətə çatdırıblar.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://missiya.az
archiveBu xəbər 13 Mart 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri