Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı gözəlliyi ilə dünyanı heyran qoyur

Bakı gözəlliyi ilə dünyanı heyran qoyur

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Paytaxtın sanitariya durumu isə ürəkaçan deyil

Son vaxtlar Bakı sakinlərdən ev həşəratlarının, siçan, siçovul və digər gəmiricilərin geniş yayılması və buna qarşı istənilən səviyyədə mübarizə tədbirlərinin görülməməsi barədə tez-tez şikayətlər eşidilir. Belə bir vəziyyətin isə daha çox istismar müddəti bitən köhnə binaların zirzəmilərində, küçələrdə yerləşdirilən zibil qutularının ətrafında, nəzarətsiz tullantı sahələrində hökm sürən antisanitariya şəraitindən qaynaqlandığı bildirilir. Bu isə məişət narahatlığı olmaqla bərabər, həm də insan sağlamlığı üçün real təhlükə kimi dəyərləndirilir.

Ekspertlərin sözlərinə görə, paytaxtda minlərlə yaşayış binasının istismar müddəti çoxdan başa çatıb. Belə binaların böyük hissəsinin zirzəmiləri uzun illərdir ki, təmizlənmir, dezinfeksiya olunmur. Kanalizasiya sularının sızması, tullantıların vaxtlı-vaxtında toplanılmaması nəticəsində illərlə qapısı açılmayan zirzəmilər gəmiricilər və həşəratlar üçün əlverişli mühitə çevrilir. Vəziyyət kəskinləşəndə, məsələn, siçan və siçovullar mənzillərə keçəndə narahatlıq doğurur.

Problemin digər əsas səbəbi isə şəhər təsərrüfatında tullantıların daşınması ilə bağlı müşahidə edilən nöqsanlardır. Küçə və məhəllələrdə yerləşdirilən zibil qutularının ətrafında, necə deyərlər, dolub-daşan tullantılar bəzən vaxtında daşınmır. Açıq havada yığılıb qalan qida qalıqları siçan və siçovullar üçün daimi qida mənbəyinə çevrilir. Nəticədə bir tərəfdən dezinfeksiya tədbirlərinin aparılmaması, digər tərəfdən isə tullantıların idarə edilməsində sistemli yanaşma olmaması təhlükənin zəncirvari şəkildə böyüməsini şərtləndirir.

O da qeyd edilir ki, paytaxtın nisbətən kənar ərazilərdə yerləşdirilən zibil qutullarının gec boşaldılması, yaxud tullantıların həmin qutulara deyil, onların kənarına atılması nəticəsində təhlükəli xəstəlik mənbəyi yaranır, xoşəgəlməz mənzərə, dəhşətli iy ürək bulandırır. Nədənsə bu ərazidə dezinfeksiya işlərinin aparılması yada düşmür. Bununla yanaşı, son zamanlar Bakının mərkəzi küçələrində kiçik ölçülü zibil qablarının – urnaların sayında da azalma nəzərə çarpır.

Belə bir vəziyyət isə sakinlərin haqlı narazılığına gətirib çıxarır. Halbuki urnaların küçələrdə, adətən, 100 metrdən bir qoyulması, əhalinin daha sıx olduğu yerlərdə isə bu göstəricinin 50 metr olması nəzərdə tutulur. Bu görə də bir sıra hallarda zibil yerə atılır. Düzdür, hansısa bir ərazidə urnaların azaldılması tullantı qablarının çatışmazlığı ilə əlaqələndirilir. Buna baxmayaraq, bu problem icra hakimiyyətlərinin müvafiq qurumlarının, eləcə də bələdiyyələrin daim diqqətində saxlanılmalı, məsələ nizamlanmalıdır.

Zibilin yerə atılması təkcə təbiətə yox, həm də insan sağlamlığına ziyandır. Ekspert Adil Həsənovun sözlərinə görə, tullantı hara gəldi yox, lazımi yerə atmalıdır. Məsələn, Yaponiyada siqaret çəkənlərin hər birinin əlində xüsusi qab olur. Onlar, hətta siqaretin külünü belə çölə atmır, həmin qaba tökür və tullantı üçün nəzərdə tutulan yerlərə boşaldırlar. Bəzən tum çırtlayıb yerə tökülür. Buna görə İnzibati Xətalar Məcəlləsində müəyyən cərimələr nəzərdə tutulur. Ekspert qeyd edir ki, cərimələrdən əlavə, insanları maarifləndirmək də zəruridir. Hər bir kəs bilməlidir ki, urnanın olmaması ətrafı çirkləndirməyə əsas vermir. Təkcə şəhərdə yox, dənizdə, meşədə də bəzən zibillər tullanılır, yaxud maşından yerə atılır. Amma təbiəti qorumaq, təmiz saxlamaq hər kəsin vəzifə borcudur.

Bu məqamda ciddi narahatlıq doğuran bir məsələni də xatırlatmaq yerinə düşər. Həkim-terapevt Esmira Axundova insan ömrünün qısalmasına təsir göstərən amillərdən birinin də zibillərin yandırılması olduğunu bildirir. Mütəxəssis qeyd edir ki, inkişaf etmiş ölkələrdə zibil tullantıları yandırılmır. Azərbaycanda isə bunun təhlükəliliyi diqqətdən yayınır, zibillərin yandırıldığı ərazilərdə ağciyər xəstəlikləri, müxtəlif xərçəng növləri yaranması sürətlənir.

Siçan və siçovulların insanların həyatına ciddi təhlükə yaratmasına gəldikdə isə ekspertlər bildirirlər ki, gəmiricilərin həm yaşayış yerlərinə, həm də sağlamlığa vurduğu zərər az deyil, xüsusilə onların törətdikləri yoluxucu xəstəliklər insan həyatı üçün təhlükəli nəticələr doğura bilər. Belə ki, əsasən soyuq aylarda qorunmaq, qida tapmaq və balalamaq üçün onlar əlverişli məkanları seçir, bu zaman müxtəlif bakteriya, virus və parazitlərin daşıyıcısı olaraq birbaşa və dolayı yolla insanlara yoluxma mənbəyi sayılır.

Yoluxmanın qarşısını almaq üçün, ilk növbədə, evin və iş yerlərinin gigiyenasına diqqət etmək zəruridir. İlk növbədə, qida və su mənbələri qorunmalıdır. Ona görə ki, siçan və siçovullar ən çox açıq qalan yemək və su mənbələrində görünür. Qida qalıqlarının açıqda saxlanılması siçan və siçovulların artmasına səbəb olur. Divarlar, döşəmə və tavanda olan çatlar və deşiklər də bağlanmalıdır. Çünki gəmiricilər kiçik boşluqlardan asanlıqla keçə bilir. Bundan savayı, peşəkar dərmanlama xidmətindən istifadəyə üstünlük verilməlidir. Başqa sözlə, siçan və siçovulların çoxalmasının qarşısını almağın ən səmərəli üsullarından biri də mütəmadi deratizasiya – dərmanlamanın aparılmasıdır.

Ümumiyyətlə, siçan və siçovulların yaydığı yoluxucu xəstəliklər həm sağlamlıq, həm də ictimai təhlükəsizlik üçün böyük risk daşıyır. Gəmiricilərin çoxalmasının qarşısını almaq üçün ekspertlərin vurğuladığı kimi, mütəmadi tədbirlər görmək, gigiyenaya riayət etmək və müvafiq peşəkar xidmətlərdən yararlanmaq vacibdir. Unutmayaq ki, siçan və siçovullarla mübarizə aparmaq, əslində, xəstəliklərin qarşısını almaq deməkdir.

Bu məqamda bir məsələyə də toxunmaq istərdik. “Sanitariya Epidemioloji Xidmətlər” MMC gəmiricilərlə mübarizə sahəsində uzun illər əldə etdiyi təcrübə əsasında fəaliyyət göstərən bir şirkətdir. Bu qurum siçan və siçovullarla bir neçə üsullarla mübarizə aparır. Həm canlı yaxalama tələləri ilə, həm də keyfiyyətli dərmanlarla problemi həll edir. Respublika Dezinfeksiya Mərkəzi də gəmiricilərə qarşı deratizasiya tədbirləri reallaşdırır. Lakin adıçəkilən mərkəz bunun üçün “Sanitariya Epidemioloji Xidmətlər” MMC və bu yöndə fəaliyyət göstərən digər qurumlarla yalnız müqavilə olduğu halda üzərinə düşən vəzifəni yerinə yetirir, eyni zamanda, razılaşma sənədində göstərilən müddət əsasında ayda iki və ya üç dəfə müəyyən ərazilərdə deratizasiya tədbirləri gerçəkləşdirir.

Yuxarıda adıçəkilən mərkəzə, təbii ki, siçan və siçovuların artmasından narazı olan sakinlər də tez-tez müraciət edirlər. Lakin bu zaman onlardan bu sahə ilə bağlı fəaliyyət göstərən müəyyən təsərrüfat birlikləri ilə müqavilə imzalanması tələb olunur. Hansısa bina sakini isə fərdi qaydada ərazi mənzil-kommunal istismar sahəsi (MKİS) ilə müqavilə bağlaya bilər. Yalnız bundan sonra MKİS işçiləri siçan və siçovullarla mübarizə üçün ərazini dərmanlayırlar.

Ekspert Hüsü Qurbanov mövcud problemin təkcə bir qurumun fəaliyyəti ilə bağlı olmadığını, bu məsələdə bir neçə amilin əsas rol oynadığını deyir. Onun sözlərinə görə, köhnə binaların texniki vəziyyətinin davamlı nəzarətdə saxlanılmaması, zirzəmilərin mütəmadi təmizlənməməsi, zibil qutuları ətrafında antisanitariyanın hökm sürməsi, dezinfeksiya tədbirlərinin formal aparılması, nəhayət, sakinlərlə aidiyyəti qurumlar arasında operativ əlaqənin zəif olması ciddi narahatlıq doğurur. Ekspert H.Qurbanov hesab edir ki, problemin həlli üçün kompleks yanaşma zəruridir. Belə ki, bir tərəfdən köhnə binaların zirzəmiləri inventarlaşdırılmalı, digər tərəfdən dezinfeksiya tədbirləri epizodik yox, daimi xarakter almalıdır. Eyni zamanda, tullantıların idarə olunması sahəsində intizam gücləndirilməli, ictimai nəzarət mexanizmləri işə salınmalıdır.

Beləliklə, Bakı şəhərində həşərat və gəmiricilərin geniş yayılması məişət problemi olmaqla bərabər, həm də şəhər təsərrüfatının idarə olunması, sanitariya mədəniyyəti və ictimai sağlamlıq məsələsidir. Problemin zamanında və ciddi şəkildə həll olunmaması gələcəkdə daha ağır fəsadlara səbəb ola bilər. Bu baxımdan, məsul qurumların fəaliyyətinə tənqidi yanaşma, ictimai müzakirə və real addımlar artıq zərurətə çevrilib.

P.S. Bakıda həyata keçirilən abadlıq-quruculuq layihələrinin həcmi gündən-günə artır. Bu işlər paytaxt sakinlərinin və ölkəmizə gələn qonaqların istirahəti üçün ən müasir parkların və yeni-yeni yaşıllıq zolaqlarının salınması, şəhərin qədim tarixi memarlıq nümunələrinin bərpası və yeni, müasir binaların tikilib istifadəyə verilməsi ilə müşayiət olunur. Lakin bütün bunlarla bərabər, yuxarıda vurğulanan məsələ ilə bağlı problemin mövcudluğu da narahatlıq doğurur. Bunun aradan qaldırılmasında müəyyən qurumlarla bərabər, paytaxt sakinləri üzərinə də mühüm vəzifələr düşür. Təmizlik, səliqə-sahman yaradılması hamımızdan ciddi diqqət və qayğı tələb edir. Çünki Bakı hər birimizin paytaxtıdır.

Eyyub HÜSEYNOV,
Azad İstehlakçılar Birliyinin sədri

Evlərdə həşəratların və gəmiricilərin, əsasən siçan və siçovulların görünməsi narahatlıq doğuran haldır. Bu, zibil qutularının ətrafındakı antisanitariya şəraitindən və bəzən də məhəllə tullantılarının vaxtında daşınmamasından qaynaqlanır. Şübhəsiz ki, köhnə yaşayış binalarının zirzəmilərinin nəzarətsiz, nəm saxlanılması, həmin sahələrin tullantı qalıqları və kanalizasiya sızıntılarından təmizlənməməsi də gəmiricilər üçün əlverişli şərait yaradır.

Sakinlərin dediyinə görə, bir çox zirzəmilərdə uzun illərdir ki, səliqə-sahman yaradılmır və profilaktik dezinfeksiya aparılmır, nəticədə isə siçan və siçovulların sayının artmasına əlverişli şərait yaranır.

Vaxtlı-vaxtında daşınmayan zibil qutuları da gəmiricilər üçün fasiləsiz qida mənbəyi rolunu oynayır. Qutuların qoruyucu qapaqlarının olmaması siçan populyasiyasını artırır. Belə bir vəziyyət həm də məhəllə və kommunal xidmətlər arasında koordinasiyanın zəif olmasından xəbər verir.

Havaların mülayim keçdiyi vaxtlarda gəmiricilərin çoxalması sürətlənir. Bundan başqa, infrastruktur problemləri (köhnə kanalizasiya, drenajın zəif olması) birləşərək həşəratların və gəmiricilərin, əsasən də siçan və siçovulların artmasına şərait yaradır. Bu, təkcə Bakı üçün yox, dünyanın digər iri şəhərləri üçün də ciddi narahatlıq doğuran bir problemdir.

Siçan və siçovullar müxtəlif patogenlər – bakteriyalar və parazitlər daşıyır. Gəmiricilərin bitləri və digər ekoparazitləri də insanlara xəstəlik ötürə bilər. Bu xəstəliklər bəzən ağır klinik gedişata malik olur və cəmiyyət üçün epidemik risk yaradır. Beynəlxalq səhiyyə qurumları da gəmiricilərin nəzarətsiz artımının sağlamlıq üçün real təhdid olduğunu vurğulayır.

Vaqif BAYRAMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see562

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see407

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see380

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see318

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see303

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see278

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see276

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see255

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see251

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see247

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see234

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see233

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see228

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see227

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see219

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see201

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see185

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see183

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see181

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri