Icma.az
close
up
RU
Qarabağda quruculuq dünyanı heyran qoyur

Qarabağda quruculuq dünyanı heyran qoyur

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Diplomatik korpus isə bölgənin gələcəyinə Zəngəzur dəhlizi layihəsindən baxdı

Beynəlxalq münasibətlər gücün və iradənin toqquşduğu arenadır və burada ən kəsərli silah inkarı qeyri-mümkün vizual reallıqdır. Azərbaycanın post-münaqişə dövründə yürütdüyü xarici siyasətin əsas sütununu məhz həmin prinsip təşkil edir. Sözlərin, bəyanatların yaratdığı informasiya dumanını birbaşa təmasın və gözlə görülən faktların aydınlığı ilə yarmaq. 31 oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə 51 ölkəni və 12 beynəlxalq təşkilatı təmsil edən 100-dən artıq diplomatın Cəbrayıl və Zəngilana başlayan 20-ci yubiley səfəri strategiyanın yüksək zirvəsidir. Səfər beynəlxalq ictimaiyyətin diqqətini bərpa prosesinin miqyasına cəlb edərək Zəngəzur dəhlizinin artıq müzakirə mövzusu olmadığını, Avrasiyanın gələcək xəritəsini cızan reallıq olduğunu nümayiş etdirən yüksək səviyyəli diplomatik aksiyadır.

Bu səfərlərin arxasında dayanan strateji məntiqi anlamaq üçün onun hədəf kütləsini və məqsədini dərindən bilmək lazımdır. Səfərin iştirakçıları təsadüfi seçilmiş şəxslər deyillər. Onlar öz ölkələrinin və təmsil etdikləri beynəlxalq təşkilatların “gözləri və qulaqları”dır. Həmin şəxslərin hazırladıqları hesabatlar, göndərdikləri teleqramlar və bölüşdükləri şəxsi təəssüratlar paytaxtlarda Azərbaycanla bağlı formalaşan xarici siyasət kursuna birbaşa təsir etmək gücündədir.

Azərbaycan tərəfi onilliklər boyu formalaşmış və bəzi hallarda hələ də davam edən qərəzli erməni təbliğatının yaratdığı informasiya blokadasını yarmaq üçün ən effektiv yolu birbaşa təması “görməyin inanmaq olduğu” prinsipini seçib. Bu, proaktiv və şəffaf diplomatiyanın bariz nümunəsidir. Bakı bu addımlar vasitəsilə beynəlxalq tərəfdaşlarına vasitəçilər olmadan birbaşa müraciət edir və onlara deyir: Gəlin, öz gözlərinizlə otuzillik işğalın nəticələrini, talan edilmiş şəhər və kəndləri, dağıdılmış mədəni irsi görün və eyni zamanda, həmin ərazilər üzərində cəmi bir neçə il ərzində hansı möcüzəvi quruculuq işlərinin aparıldığının şahidi olun. 20-ci dəfə təşkil edilən səfər siyasətin ardıcıl, sistemli və uzunmüddətli olduğunun göstəricisidir.

Cəbrayıl və Zəngilan səfərin marşrutu olaraq xüsusi strateji məna daşıyır. Cəbrayıl işğal dövründə ən çox dağıntıya məruz qalmış, erməni vandalizminin qurbanı olmuş rayonlardan biridir. Diplomatların burada aparılan bərpa işləri ilə tanış olması Azərbaycanın tamamilə sıfırdan qurulması tələb olunan ən çətin bölgələri belə dirçəltmək əzmini və gücünü nümayiş etdirir. Zəngilan isə bütün region üçün yeni gələcəyin qapısıdır. Məhz Zəngilan Avrasiyanın yeni nəqliyyat damarı olacaq Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki başlanğıc nöqtəsidir.

Diplomatların Ağbənd qəsəbəsi ərazisindəki dəmir və avtomobil yolları ilə bağlı görülən işlərlə yerində tanış olması layihənin artıq nəzəri müzakirə mərhələsini keçərək sürətli fiziki reallığa çevrildiyini bütün dünyaya bəyan edir. Beynəlxalq nümayəndələr relslərin necə döşəndiyini, körpülərin necə ucaldığını və yolların necə çəkildiyini gözləri ilə gördükdə Zəngəzur dəhlizinin sadəcə Bakı ilə Naxçıvanı birləşdirən yol olmadığını, onun Çindən Avropaya uzanan Orta Dəhlizin həlledici bir parçasına, regional ticarət və logistika üçün alternativsiz marşruta çevrildiyini daha aydın dərk edirlər. Bu, Bakının strateji hədəflərindən bir addım belə geri çəkilməyəcəyinin və regionun gələcəyini müəyyən edən layihələri qətiyyətlə həyata keçirdiyinin əyani sübutudur.

Səfər proqramına daxil edilən digər obyektlər də Azərbaycanın Qarabağ üçün müəyyən etdiyi inkişaf modelinin konturlarını cızır. Zəngilan rayonundakı “Dost Aqropark” heyvandarlıq kompleksi, kənd təsərrüfatının sadəcə ənənəvi formada bərpa edilmədiyini, əksinə, ən müasir texnologiyalar “ağıllı ferma” konsepsiyası əsasında yenidən qurulduğunu göstərir. Bu, işğaldan azad edilmiş ərazilərin yüksək texnologiyalara əsaslanan ixrac potensiallı və rəqabətə davamlı iqtisadi zonaya çevrilməsi hədəfinin təzahürüdür. Həkəri çayının Zəngilan rayonu ərazisindən keçən hissəsində yerləşən Həkəri dəmir yolu stansiyasına baş çəkilməsi isə regionun nəqliyyat-logistika potensialının dərinliyini nümayiş etdirir. Stansiya Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə yüklərin daşınmasında mühüm bir qovşağa çevriləcək.

Diplomatların Zəngilan şəhərindəki yaşayış kompleksi məktəb və uşaq bağçası binaları ilə tanış olması “Böyük Qayıdış” proqramının sosial tərəfini onun insan amilinə yönəldiyini vurğulayır. Bu, insanların doğma yurdlarına qayıdaraq təhlükəsiz, müasir və rahat həyat qurması üçün bütün şəraitin yaradılması deməkdir. Məktəblərdən gələn uşaq səsləri, yeni tikilmiş mənzillərin pəncərələrində yanan işıqlar, dağıntı və digər proseslərdən sonra həyatın torpaqlara necə qayıtdığının ən güclü simvoludur. Eyni zamanda, Zəngilan şəhər məscidinə baxışın proqrama daxil edilməsi də mühüm simvolik məna daşıyır. Azərbaycanın otuz il ərzində mədəni və dini irsi laqeydliyə məruz qalmış tarixi-dini abidələrini necə həssaslıqla bərpa etdiyini və multikultural dəyərlərinə sadiq qaldığını göstərən amildir.

Diplomatik korpus nümayəndələrinin səfəri həyata keçirilən işlərin miqyasını və regionun inkişaf potensialını yaxından görmək, həmçinin işğaldan azad edilmiş ərazilərin davamlı bərpası, sosial-iqtisadi dirçəlişi, reinteqrasiyasının təmin olunması istiqamətində ölkəmizin səylərini dəyərləndirmək üçün unikal imkan yaradır. Lakin səfər bir neçə həlledici nəticəyə xidmət edir. Birincisi, Azərbaycan özünün postmünaqişə narrativini tamamilə özü formalaşdırır və beynəlxalq ictimaiyyətə birbaşa çatdırır. Bakı kiminsə onun haqqında nə yazmasını və ya nə danışmasını gözləmir, əksinə, gündəmi özü müəyyən edir və beynəlxalq ölkələri bu gündəmin iştirakçısına çevirir. İkincisi, həmin səfərlər vasitəsilə potensial investorlar və tərəfdaş ölkələr üçün aydın mesajlar göndərilir: Qarabağ və Şərqi Zəngəzur nəhəng iqtisadi potensiala malik, sərmayələr üçün açıq və təhlükəsiz regiondur.

Oktyabrın 31-də baş tutan səfər Azərbaycanın müasir diplomatiya tarixində uğurla tətbiq etdiyi strateji kommunikasiya siyasətinin növbəti parlaq səhifəsidir. Bu, regionda yeni təhlükəsizlik, əməkdaşlıq mühitinin yaradılması və Azərbaycanın Cənubi Qafqazın hərbi-siyasi lideri olmaqla yanaşı, həm də iqtisadi və quruculuq lokomotivinə çevrilməsi haqqında əsərdir. Dağıdılmış ərazilər üzərində ucalan yeni şəhərlər və kəndlər, o cümlədən öz yurdlarına qayıdan insanların ümid dolu baxışları Azərbaycanın ən güclü diplomatik silahıdır. Və dünyanın 100-dən artıq nümayəndəsi bərpa-quruculuq işlərinə heyran qalmaqla yanaşı, həmin silahın sarsılmaz gücünün bir daha şahidi oldu.

Yusif ŞƏRİFZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:314
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Noyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri