Icma.az
close
up
RU
Bakı həsrəti çəkən bölgə komandaları: Premyer Liqaya nə vaxt “ölkə çempionatı” deyə biləcəyik?

Bakı həsrəti çəkən bölgə komandaları: Premyer Liqaya nə vaxt “ölkə çempionatı” deyə biləcəyik?

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Futbol üzrə ölkə çempionatının yüksək dəstəsində - Premyer Liqada gələn mövsüm 12 komanda mübarizə aparacaq. “Qəbələ” bir illik fasilədən sonra güclülər sırasına qayıdıb. Bölgə təmsilçisinin heyəti gücləndirəcəyi gözlənilir. Amma baş məşqçi Kaxaber Sxadadzeni uğurlu mövsüm keçirməklə yanaşı, daha bir məsələ narahat edir. O, klubun bütünlüklə Qəbələdə məskunlaşmasını istəyir.

Bizimyol.info xəbər verir ki, “Qəbələ”nin gürcü baş məşqçisi Kaxaber Sxadadze yüksək liqaya vəsiqə əldə etmiş klubların məhz öz meydanında çıxış etməsinin vacibliyindən danışıb. Əcnəbi mütəxəssis “Karvan”la “İmişli”nin Bakıda məskunlaşmağa hazırlaşmasının düzgün olmadığını dilə gətirib. O, dediklərinin “Qəbələ”yə də aid olduğunu bildirib.

Sxadadzeyə bu çıxışına görə böyük təşəkkür düşür. Çünki gürcü baş məşqçi ölkə futbolundakı böyük məntiqsizliyi müzakirəyə çıxarır. O, “Qəbələ”ni də başqa klublardan ayırmır, komanda üzvlərinin paytaxtda yaşamasının doğru olmadığını qabardır. Bununla bağlı hətta klub rəhbərliyinə də təklif verib.

“Karvan” və “İmişli” yeni mövsümdə ev oyunlarını Bakıda keçirməyə başlayacaq. Onsuz da paytaxtda oynayan çox idi. “Qarabağ” əvvəllər Quzanlıda görünsə də, daha Ağdama üz tutmur. Başqa klublarda olduğu kimi, Ağdam təmsilçisində də legionerlərin bölgəni bəyənmədikləri məlumdur. Ümumiyyətlə, əcnəbi futbolçulara Bakıdan başqa hər hansı yeri təklif etmək olmur. Hətta müqavilə bağlayanda bunu əsas şərt kimi irəli sürürlər. Bölgələrdə sosial həyat zəif olduğundan, legionerlər yalnız paytaxtda yaşamaq istəyir.

Aşağı liqanın bölgə təmsilçilərindən də Bakıda oynayanı var. İkinci liqada mübarizə aparan “Qusar” paytaxt meydançalarına möhtac qalır. Qusarın ən güclüsü sayılan “Şahdağ” isə eyni səbəbdən – rayon stadionunun təmiri üzündən ev oyunları üçün Şamaxıya yola düşür.

Biz nə vaxt milli birincilik sayılan yarışa “ölkə çempionatı” deyə biləcəyik? Elə bil Bakı çempionatı keçirilir. Onsuz da illərdir yüksək liqada daha çox paytaxt rüzgarı əsir. Üstəlik, güclülər sırasına vəsiqə qazanan bölgə komandaları da Bakı həsrəti çəkir. Futbol funksionerləri bu problemi birdəfəlik həll etməlidir. Hər şeydən əvvəl Azərbaycan çempionatı bütün ölkəni əhatə etməlidir. Bölgə komandaları doğma meydança məsələsinə ciddi yanaşmalıdır. Ölkə təkcə Bakıdan ibarət deyil. Heç olmasa, futbolu bu çərçivəyə salmayaq.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Aprel 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see219

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri