Icma.az
close
up
RU
Bakı ilə AB arasında əməkdaşlıq müzakirəsi... XİN

Bakı ilə AB arasında əməkdaşlıq müzakirəsi... XİN

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdelina Qrononun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, xüsusi nümayəndə Maqdelina Qrono görüşün əvvəlində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin faciəli şəkildə qəzaya uğraması ilə bağlı başsağlığını ifadə edərək, Avropa İttifaqının qəza baş verdikdən dərhal sonra yardım göstərməyə hazır olduğunu Azərbaycan tərəfinə çatdırdığını qeyd edib.

Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regional təhlükəsizlik məsələləri, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.

Görüş zamanı iqtisadiyyat-ticarət, enerji, nəqliyyat və kommunikasiyalar sahələrində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının vacibliyi qeyd olunub. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rola toxunularaq, gələcəkdə Azərbaycandan yaşıl enerji resurslarının Avropaya ixracını nəzərdə tutan layihələrin reallaşması ilə bu rolun daha da artacağına dair ümidvarlıq ifadə olunub.

2024-cü ilin noyabr ayında Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi etməsi fonunda ətraf mühitin qorunması, ekoloji təhdidlərə qarşı mübarizə və yaşıl keçid kimi ölçülərin Azərbaycan-Avropa İttifaqı əməkdaşlıq gündəliyinin zənginləşdirilməsi işinə mümkün töhfəsindən danışılıb.

E.Məmmədov görüş zamanı Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bölgədəki son vəziyyət, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi layihəsi üzərində aparılan danışıqların hazırkı mərhələsi, ikitərəfli formatda indiyədək əldə olunmuş tərəqqi, keçmiş məcburi köçkünlərin əzəli torpaqlarına qayıdışı, bu prosesə ciddi əngəl törədən mina təhdidi barədə tərəf müqabilinə ətraflı məlumat verib.

Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin nəticəsində itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi, minalarla çirkləndirilmiş ərazilərin təmizlənməsi, habelə regional bağlantıların bərpası istiqamətində Avropa İttifaqının mümkün dəstəyindən bəhs olunub.

Avropa İttifaqının Ermənistandakı Missiyasının fəaliyyətinin və Avropa Sülh Fondunun maliyyə yardımı hesabına Ermənistanın silahlanlandırılmasının sülhə xidmət etmədiyi, əksinə, bu kimi fəaliyyətlərin Azərbaycana qarşı revanşist meylləri gücləndirdiyi vurğulanıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:289
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 Yanvar 2025 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri