Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Bakı ilə Əlcəzair arasında siyasi etimadın dili

Bakı ilə Əlcəzair arasında siyasi etimadın dili

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir xalqın azadlıq tarixi, digərinin ədalət mübarizəsi

Noyabrın 1-də qeyd olunan Əlcəzair İnqilab Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna ünvanladığı təbrik məktubu iki ölkə arasındakı münasibətlərin siyasi mahiyyətini və strateji əhəmiyyətini bir daha ön plana çıxardı. 

Dövlətimizin başçısı Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrinin mövcud səviyyəsindən məmnunluğunu ifadə edərək, bu münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Qardaş xalqların maraqlarına uyğun olaraq əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyinə inamını bildirdi. Bu diplomatik müraciət yalnız bayram münasibətilə ünvanlanan təbrik xarakteri daşımır, eyni zamanda, suverenlik, ədalət və beynəlxalq hüququn prinsiplərinə hörmət kimi ortaq dəyərlər ətrafında birləşən iki dövlətin siyasi həmrəyliyini ifadə edir.

Azərbaycan ilə Əlcəzair arasındakı siyasi dialoq tarixi mübarizə təcrübəsinə, milli suverenliyə və müstəqillik uğrunda formalaşmış ortaq dəyərlərə söykənir. 1954–1962-ci illəri əhatə edən Əlcəzair azadlıq müharibəsi xalqın ağır itkiləri və 1,5 milyondan çox insanın şəhid olması ilə nəticələnən mübarizədən sonra ölkənin müstəqillik əldə etməsi ilə başa çatdı. Bu tarixi qələbə milli iradənin və azadlıq əzminin beynəlxalq miqyasda rəmzlərindən birinə çevrildi. Azərbaycan da təxminən 30 il davam edən işğala son qoyaraq ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Hər iki xalqın müstəqillik və suverenlik uğrunda üzləşdiyi çətinliklər Bakı ilə Əlcəzair arasında mənəvi-siyasi yaxınlığın formalaşmasına zəmin yaratdı. Bu tarixi təcrübə hər iki dövlətin xarici siyasətində milli maraqların qorunması, müstəqil qərarvermə və kənar müdaxilələrə qarşı prinsipial mövqe kimi istiqamətlərin önəmini müəyyənləşdirir.

Müstəmləkəçilik siyasətinə qarşı mübarizə Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birinə çevrilib. Neokolonializmin müasir təzahürlərinə qarşı rəsmi Bakının nümayiş etdirdiyi prinsipial mövqe beynəlxalq miqyasda diqqət çəkib. 2023-cü il iyulun 6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində yaradılan Bakı Təşəbbüs Qrupu bu siyasətin institusional platforması kimi çıxış edir. Təşkilat Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik, Korsika, Qvadelupa və digər ərazilərdə müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarını beynəlxalq müstəvidə gündəmə gətirir, onların azadlıq tələblərinin dünya ictimaiyyətinə çatdırılmasına dəstək verir.

Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi beynəlxalq konfranslar və toplantılar dekolonizasiya məsələlərinin qlobal müzakirəsinə töhfə verir. Yeni Kaledoniya və Fransız Polineziyasında yerli əhalinin hüquqları, siyasi təmsilçiliyi və təbii sərvətlərdən istifadə imkanları ilə bağlı problemlər beynəlxalq platformalarda müzakirəyə çıxarılır. Azərbaycanın bu istiqamətdə fəaliyyəti Əlcəzair xalqının müstəmləkəçilik dövründə yaşadığı tarixi faciələrlə də mənəvi bağlılıq təşkil edir.

Əlcəzair Xalq Demokratik Respublikası Afrika İttifaqının və ərəb dünyasının mühüm siyasi güclərindən biri kimi beynəlxalq münasibətlər sistemində xüsusi mövqeyə malikdir. Rəsmi Əlcəzairin nümayiş etdirdiyi prinsipial mövqe Afrikada xarici hərbi müdaxilələrin qarşısının alınması, qitə xalqlarının suverenliyinin və müstəqil inkişaf hüququnun qorunması baxımından əhəmiyyət daşıyır. Azərbaycan ilə Əlcəzair arasında formalaşan siyasi dialoq və qarşılıqlı dəstək BMT və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda mövqelərin uzlaşdırılması üçün əlverişli zəmin yaradır. Əlcəzairin Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirməsi və ölkəmizin beynəlxalq hüquqa əsaslanan mövqeyini müdafiə etməsi iki dövlət arasında dostluq və qarşılıqlı etimad münasibətlərinin göstəricisidir.

***

Müasir dövrdə qlobal təhlükəsizlik arxitekturasının dəyişməsi Orta Dəhlizin geostrateji əhəmiyyətini daha da artırır. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Şərqlə Qərbi birləşdirən logistika xətti olmaqla yanaşı, Avrasiyada nəqliyyat əlaqələrinin şaxələndirilməsi və iqtisadi təhlükəsizliyin gücləndirilməsi baxımından mühüm rol oynayır. Qırmızı dəniz və Süveyş kanalı istiqamətində yaranan təhlükəsizlik riskləri alternativ marşrutlara marağı artırır. Azərbaycanın aparıcı rolu ilə inkişaf etdirilən bu nəqliyyat xətti Mərkəzi Asiyanı Cənubi Qafqaz vasitəsilə Avropa bazarlarına bağlayaraq beynəlxalq ticarət üçün yeni imkanlar açır. Orta Dəhlizin dayanıqlı fəaliyyətinin təmin edilməsi regional iqtisadi əməkdaşlığın genişlənməsinə və nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, marşrutun inkişafı Aralıq dənizi hövzəsi və Şimali Afrika ilə iqtisadi əlaqələrin genişləndirilməsi, eləcə də Qlobal Cənub ölkələrinin beynəlxalq nəqliyyat şəbəkələrində iştirakının artırılması üçün əlavə perspektivlər yaradır.

Cənubi Qafqaz ilə Şimali Afrika arasında geostrateji əməkdaşlığın genişlənməsi yeni iqtisadi-siyasi əlaqələr üçün imkanlar yaradır. Azərbaycanın Orta Dəhlizdəki tranzit potensialı ilə Əlcəzairin Aralıq dənizindəki strateji mövqeyi qarşılıqlı maraqları tamamlayır. Bakı ilə Əlcəzairin nəqliyyat təhlükəsizliyi və suveren iqtisadi maraqların qorunması istiqamətində siyasi koordinasiyası regional əməkdaşlığın və qlobal ticarət əlaqələrinin şaxələndirilməsinə töhfə verə bilər.

Dövlətlərarası münasibətlərin inkişafında parlament diplomatiyası mühüm rol oynayır. Azərbaycan Milli Məclisi ilə Əlcəzair Xalq Milli Məclisi arasında fəaliyyət göstərən dostluq qrupları qanunvericilik səviyyəsində əməkdaşlığın genişlənməsinə xidmət edir. Diplomatik nümayəndəliklərin fəallığı, siyasi məsləhətləşmələr və qarşılıqlı səfərlər ikitərəfli əlaqələrin möhkəmlənməsinə, beynəlxalq platformalarda ortaq maraqların müdafiəsinə şərait yaradır.

İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycan və Əlcəzair islamofobiya, ksenofobiya və müsəlman xalqlarına qarşı ayrı-seçkilik hallarına qarşı ortaq mövqe nümayiş etdirirlər. Müqəddəs dəyərlərin təhqir olunması və dini ayrı-seçkiliyin təşviqi hər iki ölkə tərəfindən qınanır. BMT və digər beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək isə Bakı ilə Əlcəzair arasında diplomatik həmrəyliyin mühüm göstəricisidir.

Ümumilikdə, Prezident İlham Əliyevin Əlcəzair Prezidenti Abdelmacid Tebbuna ünvanladığı təbrik məktubu iki ölkə arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin uğurlu gələcəyindən xəbər verir. Azərbaycanın müstəmləkəçiliyə və neokolonializmə qarşı mübarizəsi, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti, eləcə də Əlcəzairin regional nüfuzu bu istiqamətdə əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Orta Dəhlizin strateji əhəmiyyəti ilə Əlcəzairin Şimali Afrikadakı mövqeyinin uzlaşması Bakı ilə Əlcəzair arasında əlaqələrin daha geniş geosiyasi məzmun qazanmasına zəmin yaradır. Bu tərəfdaşlıq suverenliyin, beynəlxalq ədalətin və xalqların hüquqlarının müdafiəsinə ortaq töhfə vermək potensialına malikdir.

Yusif Şərifzadə

 XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Noyabr 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see333

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see332

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see331

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see327

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see312

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see263

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see262

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see249

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see237

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see237

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see217

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see214

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see212

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see209

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see208

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see208

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see208

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see189

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri