Tallinn və Kiyevdən Moskvaya potensial maliyyə zərbəsi
Icma.az, Azvision portalına istinadən məlumat verir.
AzVision.az xəbər verir ki, Estoniyanın xarici işlər naziri Marqus Tsakhna Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Rusiyanın “İzvestiya” nəşrinə müsahibəsində belə deyib.
Nazir Estoniyada Rusiyanın fiziki və hüquqi şəxslərinin dondurulmuş aktivlərinin müsadirəsinə və sonradan Ukraynaya ötürülməsinə icazə verən qanunu xatırladıb.
“Bu müəyyən çərçivədir, bizə fəaliyyət göstərməyə imkan verən sistemdir, lakin onun həyata keçirilməsi vaxt tələb edir. Əgər münaqişə başa çatarsa, dəyən ziyan Haaqada beynəlxalq məhkəmələrdə qeydə alınarsa, Ukrayna Rusiyaya qarşı iddia qaldırarsa və Moskva təzminat ödəməkdən boyun qaçırarsa, o zaman biz dondurulmuş aktivlərdən bu mexanizm vasitəsilə istifadə edə biləcəyik”, – Estoniya XİN-in rəhbəri vurğulayıb.
Tsakhna Rusiya aktivlərinin tam müsadirə oluna biləcəyini də istisna etməyib. 2024-cü ilin yazında Estoniya ölkədəki dondurulmuş Rusiya aktivlərinin “vurulan zərər üçün qabaqcadan ödəniş” kimi Ukraynaya verilməsinə icazə verən qanun qəbul edib. Tallinn Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Estoniyada Rusiyanın təxminən 30 milyon avroluq vəsaitinin dondurulduğunu açıqlayıb.
Rusiya Xarici İşlər Nazirliyi isə bu qərarı beynəlxalq hüququ pozan “açıq-aşkar soyğunçuluq” adlandıraraq, belə təşəbbüslərə simmetrik cavab verəcəyini vəd edib.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Nazir Estoniyada Rusiyanın fiziki və hüquqi şəxslərinin dondurulmuş aktivlərinin müsadirəsinə və sonradan Ukraynaya ötürülməsinə icazə verən qanunu xatırladıb.
“Bu müəyyən çərçivədir, bizə fəaliyyət göstərməyə imkan verən sistemdir, lakin onun həyata keçirilməsi vaxt tələb edir. Əgər münaqişə başa çatarsa, dəyən ziyan Haaqada beynəlxalq məhkəmələrdə qeydə alınarsa, Ukrayna Rusiyaya qarşı iddia qaldırarsa və Moskva təzminat ödəməkdən boyun qaçırarsa, o zaman biz dondurulmuş aktivlərdən bu mexanizm vasitəsilə istifadə edə biləcəyik”, – Estoniya XİN-in rəhbəri vurğulayıb.
Tsakhna Rusiya aktivlərinin tam müsadirə oluna biləcəyini də istisna etməyib. 2024-cü ilin yazında Estoniya ölkədəki dondurulmuş Rusiya aktivlərinin “vurulan zərər üçün qabaqcadan ödəniş” kimi Ukraynaya verilməsinə icazə verən qanun qəbul edib. Tallinn Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Estoniyada Rusiyanın təxminən 30 milyon avroluq vəsaitinin dondurulduğunu açıqlayıb.
Rusiya Xarici İşlər Nazirliyi isə bu qərarı beynəlxalq hüququ pozan “açıq-aşkar soyğunçuluq” adlandıraraq, belə təşəbbüslərə simmetrik cavab verəcəyini vəd edib.
Sahil İsgəndərov
AzVision.az
Bu mövzuda digər xəbərlər:Kiyevdən Moskvaya atəşkəslə bağlı sənəd təqdim olundu
28 May 2025 23:33
Kiyevdən Moskvaya 9 may sürprizi Ukrayna buna getsə...
06 May 2025 11:10
Kiyevdən Moskvaya pis xəbər: bu ərazini azad etdilər
07 Dekabr 2025 14:17
Kiyevdən Moskvaya ÇAĞIRIŞ: “İstənilən yerdə və formatda görüşə hazırıq”
26 Avqust 2025 11:10
Kiyevdən Moskvaya bəd XƏBƏR: Sibirdəki neft bazalarını da vuracaqlar
22 İyun 2026 13:22
Baxış sayı:132
Bu xəbər 17 Fevral 2026 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















