Bakı ilə ya sülh, ya da müharibə! Qələbəmizə əminəm! Simonyan BƏYAN ETDİ
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Ermənistandakı parlament seçkiləri Azərbaycanla münasibətlərin yeni mərhələyə keçməsinə səbəb ola bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
O bildirib ki, Cənubi Qafqazda sülh məsələsinin həlli Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticəsindən asılı olacaq:
“Ölkədə siyasi qüvvələr iki qrupa bölünür: sülh tərəfdarları və xarici moderatorlardan asılılığı müdafiə edən müharibə tərəfdarları. 2026-cı ildə seçkiləri keçirərək yekun sülh müqaviləsini imzalayıb təsdiqləmək yolu ilə Azərbaycanla münaqişəni başa çatdırmalıyıq. Qələbəmizə əminəm”.
Qeyd edək ki, Ermənistanda hakim partiya revanşistlərin hakimiyyətə gələcəyi halda regionda yeni müharibə olacağını bəyan edir. Xüsusilə Rusiyaya bağlı iş adamı Samvel Karapetyan və keçmiş “Qarabağ klanı”na yaxın şəxslərin hakimiyyətə gəlməsinin ölkə üçün arzuolunmaz nəticələrə səbəb olacağı vurğulanır.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 16 Fevral 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















