Icma.az
close
up
RU
Bakı iqtisadi mərkəzlərdən birinə çevrilir ŞƏRH

Bakı iqtisadi mərkəzlərdən birinə çevrilir ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası Azərbaycanın enerji siyasətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Tədbir artıq təkcə regional əhəmiyyət daşımır; o, qlobal enerji təhlükəsizliyinin müzakirə olunduğu mühüm platformaya çevrilib. Prezident İlham Əliyev çıxışında son 12 ilin nəticələrini təhlil edərək göstərdi ki, vaxtilə təşəbbüs kimi irəli sürülən Cənub Qaz Dəhlizi bu gün çoxtərəfli əməkdaşlıq modeli və strateji təhlükəsizlik mexanizmidir. Qlobal enerji bazarlarında qeyri-sabitlik, geosiyasi risklər və təchizat zəncirlərində qırılmalar fonunda Azərbaycan istehsalçı, tranzit və istehlakçı ölkələr arasında etibarlı körpü rolunu daha da möhkəmləndirib. Əgər layihənin ilkin mərhələsində Azərbaycan qazı 12 ölkəyə ixrac olunurdusa, hazırda bu göstərici 16-ya çatıb. Boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə Azərbaycanın dünyada birinci yerdə qərarlaşması enerji diplomatiyasının real iqtisadi nəticəsidir. Avropa istiqamətində genişlənmə xüsusi diqqət çəkir. Almaniya və Avstriya kimi böyük iqtisadiyyatların Azərbaycan qazını idxal etməsi ilə Avropa İttifaqının artıq 10 üzv dövləti ölkəmizdən qaz alır. Bu fakt Azərbaycanın Avropa enerji təhlükəsizliyində sistemli və uzunmüddətli tərəfdaş olduğunu təsdiqləyir. Eyni zamanda, qaz təchizatının Avropa sərhədlərini aşaraq Suriya istiqamətində başlaması enerji siyasətinin həm iqtisadi, həm də humanitar ölçüsünü nümayiş etdirir. 1,5 milyard kubmetr həcmində qaz ixracı elektrik enerjisi qıtlığı yaşayan ölkəyə dəstək olmaqla yanaşı, regional sabitliyə də töhfə verir. Artan tələbat infrastrukturun genişləndirilməsini zəruri edir. Cənub Qaz Dəhlizinin tam yüklənməsi yeni interkonnektorların, ötürücü xətlərin və qazpaylama şəbəkəsinin modernləşdirilməsini gündəmə gətirir.

Qarşıdakı illərdə bir sıra yataqlar üzrə hasilatın artırılması planlaşdırılır. “Azəri-Çıraq-Günəşli”nin dərin qaz layları, “Abşeron yatağı”, “Ümid yatağı” və “Şahdəniz yatağı” üzrə yeni mərhələlər 10–15 milyard kubmetr əlavə qaz hasilatı potensialı yaradır. Bu, həm ixracın artırılması, həm də daxili enerji balansının optimallaşdırılması baxımından mühüm perspektivdir. Azərbaycanın enerji strategiyası yalnız fosil yanacaqlara əsaslanmır. Əksinə, ölkə paralel şəkildə yaşıl enerji modelinə keçidi reallaşdırır. 240 meqavat gücündə külək və 230 meqavat gücündə Günəş elektrik stansiyalarının istismara verilməsi enerji balansında bərpaolunan mənbələrin payını artırır. 2032-ci ilə qədər alternativ enerji gücünün 6–8 giqavata çatdırılması planı artıq konkret müqavilələrlə təsbit olunub.

İşğaldan azad edilmiş ərazilərdə hidroenerji potensialının sürətlə reallaşdırılması isə enerji təhlükəsizliyinin milli təhlükəsizlik və regional inkişafla birbaşa bağlı olduğunu göstərir. Alternativ enerji istehsalının artması daxili istehlakda təbii qaza qənaət etməyə, həmin həcmin isə ixraca yönəldilməsinə imkan yaradır. Bu, əlavə valyuta gəlirləri və büdcə dayanıqlılığı deməkdir. Azərbaycan artıq yalnız xammal ixracatçısı deyil. Türkiyə və Serbiya kimi ölkələrdə elektrik stansiyalarına investisiyalar, İtaliyada neftayırma müəssisələrinin əldə olunması ölkənin enerji dəyər zəncirində daha yüksək pilləyə qalxdığını göstərir. Aralıq və Egey dənizləri hövzəsində 22 milyon tonluq emal potensialı Azərbaycanın inteqrə olunmuş enerji modeli qurduğunu sübut edir. Bununla yanaşı, Qazaxıstan və Türkmənistan neftinin tranziti Azərbaycanın regional logistika və enerji habı rolunu möhkəmləndirir.

Azərbaycanın enerji siyasətinin əsas xüsusiyyəti praqmatizmdir. Qaz ehtiyatlarının uzunmüddətli perspektiv üçün kifayət etməsinə baxmayaraq, paralel şəkildə yaşıl enerji sektoruna milyardlarla dollar investisiya yatırılması iqtisadi şaxələndirmə və risklərin idarə olunması baxımından strateji qərardır.

Bakıda keçirilən iclaslar bir daha sübut etdi ki, Cənub Qaz Dəhlizi artıq sadəcə infrastruktur layihəsi deyil. Bu, siyasi etimadın, iqtisadi qarşılıqlılığın və strateji tərəfdaşlığın platformasıdır. Azərbaycan enerji təhlükəsizliyində yalnız iştirakçı deyil, təşəbbüskar və istiqamətverici aktordur. Şaxələndirmə, balans, açıq əməkdaşlıq və uzunmüddətli planlaşdırma prinsiplərinə əsaslanan bu model ölkəmizi qlobal enerji arxitekturasının əsas sütunlarından birinə çevirir. Bu isə təkcə bugünkü reallıq deyil, gələcək onilliklərin enerji xəritəsini müəyyən edən strateji kursdur.

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Mart 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri