Icma.az
close
up
RU
Bakı kolonializmə qarşı Afrika ölkələri Azərbaycanın dəstəyini hiss edir

Bakı kolonializmə qarşı Afrika ölkələri Azərbaycanın dəstəyini hiss edir

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

XXI əsr texnoloji tərəqqi və beynəlxalq hüququn tam təsbiti və təmini əsri sayılsa da, dünyanın bəzi nöqtələri hələ də XIX əsrin köhnə zehniyyətindən və siyasi vərdişlərindən tam qurtula bilməyib. Müasir dünyada bir sıra Qərb dövlətlərinin - xüsusilə Fransa və Belçikanın - keçmiş müstəmləkəçilik ruhundan qaynaqlanan imperial düşüncədən əl çəkməməsi yeni bir reallığı ortaya qoyur: neokolonializm. Bu anlayış artıq silahlı işğallarla deyil, iqtisadi asılılıq, siyasi təzyiq, informasiya manipulyasiyası və “dəyərlər ixracı” adı altında yürüdülən gizli hegemonluq forması kimi təzahür edir.

Afrika, Asiya və Latın Amerikası ölkələrinin, dənizaşırılarının  nümayəndələri dəfələrlə bəyan ediblər ki, bu gün onların qarşılaşdığı “müasir kolonializm” formaları keçmişdən daha incə, amma daha təhlükəlidir. Fransanın Qərbi Afrikada, Belçikanın isə Mərkəzi Afrika regionunda saxladığı təsir dairəsi, iqtisadi monopoliyalar, valyuta və resurs nəzarəti kimi amillər hələ də həmin xalqların inkişafını ləngidir.

Bu fon qarşısında Azərbaycan öz tarixi ədalət, suverenlik və beynəlxalq bərabərlik prinsiplərinə sadiq qalaraq, neokolonializmə qarşı qlobal mübarizədə fəal tərəf kimi çıxış edir. Bakı bu gün təkcə regional enerji mərkəzi deyil, həm də yeni beynəlxalq həmrəylik platformasına çevrilib. Bu istiqamətdə yaradılan Bakı Təşəbbüs Qrupu məhz bu dövlətlərin, istismara məruz qalan xalqların, sömürgəçiliklə üzləşən cəmiyyətlərin hüquqlarının müdafiəsini təmin edir.

Yeri gəlmişkən, bir neçə gün öncə Belçikanın imperialist siyasətindən narazı olan ölkələrin nümayəndələrinin Bakıda toplanması da təsadüfi deyil - bu, Azərbaycanın ədalət və müstəqillik mübarizəsində birləşdirici mərkəzə çevrildiyinin göstəricisidir. Bakıya olan ümid anlaşılandır - Azərbaycanın təşəbbüsləri bu gün həm Afrika İttifaqı, həm Qoşulmama Hərəkatı, həm də BMT platformasında yeni bir diskurs, postkolonial ədalət və real suverenlik ideyasını gündəmə gətirib.

8 ölkənin nümayəndələri Bakıya gəldi...

Ölkəmizdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Belçikanın müstəmləkə keçmişinə və onun bu günə qədər davam edən ağır fəsadlarına həsr olunmuş “Belçika müstəmləkəçiliyi: tanınma və məsuliyyət” adlı beynəlxalq konfrans keçirilib. Konfransda Belçikanın keçmiş müstəmləkələri - Konqo Demokratik Respublikası, Ruanda və Burundidən olan nümayəndələr, diplomatlar və rəsmi şəxslər iştirak ediblər. Ümumilikdə, tədbirə 8 ölkədən beynəlxalq hüquq üzrə ixtisaslaşmış mütəxəssislər, tarixçilər, tədqiqatçılar, vətəndaş cəmiyyəti fəalları və reparasiya məsələləri üzrə ekspertlər qatılıblar. İştirakçılar Belçikanın müstəmləkə dövründə törətdiyi cinayətləri, onun neokolonial siyasətini və müstəmləkəçilikdən irəli gələn kompensasiya (reparasiya) məsələlərini müzakirə ediblər. Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu beynəlxalq hüquq çərçivəsində Belçikanın keçmiş müstəmləkələrində törətdiyi cinayətlərə görə kompensasiya tələbinin beynəlxalq səviyyəyə çıxarılması və bu mövzunun beynəlxalq təşkilatların gündəliyinə salınması istiqamətində iş aparır.

Konfransda çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, Mərkəzi Afrika ölkələrində baş verən insanlıq faciələri hamıya yaxşı məlumdur. Qlobal icma üçün bu məlumatlar nəzərə alınmalıdır. Heç kim bu faktları tarixdən silə bilməz. O qeyd edib ki, kolonial siyasət hələ də davam edir. Lakin bəzi tərəflər köhnə reparasiya tələblərini və qarşıdurmaları beynəlxalq ictimaiyyətin nəzərindən yayındırmağa çalışır. Daha sonra bildirib ki, XVIII-XX əsrlərdə bu ölkənin kolonial siyasəti zamanı törədilən insanlığa qarşı qəddar cinayətlər barədə dünya ictimaiyyəti kifayət qədər məlumatlıdır. Lakin aidiyyəti beynəlxalq təşkilatlar bu məsələlərə zəruri reaksiyanı göstərmir, reparasiya və kompensasiya mövzularını müzakirə etmirlər. “Biz beynəlxalq qeyri-hökumət təşkilatı olaraq dekolonizasiya prosesində mühüm rol oynayan bir təşkilat kimi, bu mövzunu beynəlxalq təşkilatların gündəliyinə gətirməyə çalışırıq. Əminik ki, yaxın illərdə reparasiya və kompensasiya məsələlərində beynəlxalq reaksiya artacaq və dünya ictimaiyyəti Konqo Demokratik Respublikası, Burundi və Ruandaya qarşı ədalətli mövqe nümayiş etdirəcək”, -deyən A.Abbasov söyləyib ki, Burundi, Ruanda və Konqo Demokratik Respublikasının nümayəndələri, eləcə də oradakı qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq qurulur. Onlar mövzunu kompensasiya və reparasiya əsasında irəli sürür və beynəlxalq təşkilatlardan, həmçinin aidiyyəti ölkələrdən kompensasiyalar tələb edirlər. BTQ isə bu istiqamətdə beynəlxalq hüquq çərçivəsində onlara dəstək göstərməyə çalışacaq.

“Bakı Təşəbbüs Qrupu əvvəlcə Fransanın dənizaşırı əraziləri ilə əməkdaşlığa başlamışdı. Bu əməkdaşlıq həmin ərazilərin nümayəndələrinin səlahiyyətli qərarına əsaslanaraq qurulmuşdu. Daha sonra Niderlandın və digər ölkələrin müstəmləkəçiliyi dövründən qalmış ərazilərlə əməkdaşlığa başladıq. Hazırda bu işləri Belçika müstəmləkələri ilə davam etdiririk. Qeyd etmək istərdik ki, Bakı Təşəbbüs Qrupu adətən müəyyən bir ölkə üzrə fəaliyyət göstərmir. Biz yalnız müstəmləkəçilikdən təsirlənmiş ərazilərin müraciətlərini araşdırır, qiymətləndirir və əməkdaşlığa başlayırıq. Gələcəkdə belə müraciətlər daxil olduqda, tərəfimizdən araşdırılacaq və müvafiq əməkdaşlıqlar qurulacaq”, - deyə A.Abbasov vurğulayıb.

Afrika xalqları ədalət tələb edir!

Tədbirdə çıxış edən SHINE (İnteqrasiya, Qonşuluq və Bərabərlik) Təşkilatının təsisçisi və icraçı direktoru burundili Jan-Mari Nibizi bildirib ki, avropalılar “Samandari” adlandırılan mədəniyyət nümunələrini məhv ediblər: “Samandari həqiqətən möhtəşəm idi. Bu gün də kolonializmin təsirləri qalır. Bundan əlavə, qədim əşyalar oğurlanıb. Burundi 10 min qədim əşyanın geri qaytarılmasını tələb edir. Dini abidələr də dağıdılıb, çünki bütün qədim yazılar məhv edilmişdi”.

“Wetsi Art Gallery”nin təsisçisi və direktoru Anne Vetsi Mpoma isə deyib ki, bütün təhsil sistemi və kilsə təsirləri nəticədə aşağılıq hissi yaratmaq və kolonizasiyanı möhkəmləndirmək üçün istifadə olunub. Hətta bu gün bəzi məktəblərdə hələ də kolonizasiyanın “faydaları” vurğulanır, onun mənfi tərəfləri isə minimal şəkildə göstərilir, rejimin zorakılığı və vəhşiliyi isə əhəmiyyətsizləşdirilir. O bildirib ki, 1960-cı ildə Konqo müstəqillik qazananda Belçikada koloniyaları idarə edən nazirlik bir anda Xarici İşlər Nazirliyinə çevrildi. Bütün əməkdaşlar və struktur qorundu. Faktiki olaraq dekolonizasiya işləri aparılmadı. Müstəqilliyə baxmayaraq, hegemonik hekayələr dəyişdirilmədi, əksinə, gücləndi, məktəb dərslikləri yenilənmədi. Bu gün - 2025-ci ildə kolonizasiyanın sona çatmasından 65 il keçməsinə baxmayaraq, Belçikada afrodilli insanlar, təşkilatlar və vətəndaş hüquqları müdafiəçiləri hələ də bu tarixi hekayələri dəyişdirmək və kolonial təhrifləri aradan qaldırmaq üçün çalışırlar.

Sülh Naminə Cənubi Kivu Konqolu Qadınlar Qrupunun üzvü, insan haqları müdafiəçisi Sadiki Nyabisoki Agnes isə bildirib ki, patriarxal və ənənəvi strukturlar Konqo cəmiyyətində dərin kök salıb. Bu da kişilər və qadınlar arasındakı münasibətləri qeyri-bərabər şəkildə formalaşdırıb. 1960-cı ildə müstəqillik əldə edilməsinə baxmayaraq, kolonial prinsiplər qanunvericilikdə uzun müddət qaldı: “Kolonial dövrdə qadınlar hüquqi subyekt kimi deyil, xidmətçi, əməkçi və bəzən cinsi istismar obyekti kimi qəbul edilirdi. Bu zorakılıqlar isə nadir hallarda cəzalandırılırdı”.

Konqo Demokratik Respublikasının BƏƏ-nin Əbu-Dabi şəhərindəki səfirliyində müşavir Kitulu Aduyenzi çıxışında vurğulayıb ki, kolonial cinayətlərin tanınmasından sonra müstəmləkəyə çevrilmiş ölkə ictimai üzr tələb edir. İctimai üzrdən sonra konkret kompensasiyalar tələb olunur. O bildirib ki, Konqo, Burundi və Ruanda Belçika ilə bağlıdır. Konqoya sərmayə qoymaq istəyən hansısa investor əvvəlcə Belçikadan məlumat alır. Belçika suverenliyimizi tanımayan, ləyaqətimizi geri qaytarmayan və ədalət təmin etməyən ölkə kimi görünürsə, iş görmək çətinləşir. “Bu konfrans çox önəmlidir. Belçika ilə koloniyalaşdırılmış ölkələr arasında ədalət, suverenlik və qarşılıqlı hörmət əsasında real əməkdaşlıq müqavilələri yaratmaq lazımdır. Hazırda mövcud olan bütün müqavilələr kolonializmin izlərini daşıyır. Biz, həmçinin müstəmləkəçiliyi dəyişdirməli və göstərməliyik”,- deyə K. Aduyenzi vurğulayıb.

Burundili jurnalist, Reparasiyalar üzrə Parlament Komissiyasının üzvü Aline Dusabe isə dpeyib ki, Burundidə həm inzibati qurumlarda, həm də məktəblərdə adlarla bağlı diskriminasiya mövcuddur. “Mən 1977-ci ildə doğulmuşam, amma hələ də müsəlman olduğum üçün ayrı-seçkiliyin təsirini hiss edirəm. İndi Burundidə hakimiyyət “Rutu”lardadır, “Tutsi”lər “müstəmləkə uşaqları” kimi çağırılır, müsəlman “Swahili”lər isə hələ də mənfi etiketlərlə üzləşir. Bu vəziyyət sosial dəyişiklik, ədalət, bağışlanma və barışığın zəruriliyini göstərir”, - deyə burundili jurnalist vurğulayıb.

Belçika kolonializmi faktlarda...

Qeyd edək ki, Belçikanın müstəmləkə siyasəti nəticəsində Konqo Demokratik Respublikasında 10 milyondan çox insanın ölümü, on minlərlə insanın əllərinin kəsilməsi və ölkənin mədəni resurslarının talan edilməsi kimi ağır cinayətlər baş verib. Belçika Ruanda və Burundidə 1933-cü ildə 600 min etnik kimlik kartı paylayaraq etnik bölgü siyasəti aparıb və bu, sonradan 1972 və 1994-cü illərdə kütləvi soyqırımılara zəmin yaradıb. 1940-1950-ci illərdə 20 min metis uşaq ailələrindən zorla ayrılaraq Belçikaya aparılıb. Belçikada yerləşən Tervuren Muzeyində Belçika müstəmləkəsi dövründə 180 min talan edilmiş artefakt saxlanılır. Ruandadan Tervuren Muzeyinə 40 mindən çox mədəni artefakt (maskalar, könüllü alətlər) talan edilərək aparılıb.

BMT-nin 2019-cu ildə dərc etdiyi hesabatda Belçikanın keçmiş müstəmləkələrinə vurduğu zərərlərlə bağlı faktların araşdırılması, arxivlərin açılması və təzminat ödənilməsi tövsiyə olunur. Hesabatda Konqo Demokratik Respublikası üçün 500 milyard avro, Burundi üçün isə 36 milyard avro həcmində reparasiya tələbi irəli sürülüb. Bununla yanaşı, Belçikanın keçmiş müstəmləkə ərazilərində, xüsusilə kobalt mədənlərinin 80 faizinə nəzarət etməklə neokolonial istismar siyasətini davam etdirir.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Noyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see250

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see222

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see219

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see201

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see197

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see190

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see173

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see167

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see163

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see155

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see152

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see148

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri