Afrika ölkələri Azərbaycanın rəqəmsal dövlət məhsullarına böyük maraq göstərir
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzinin açılış mərasimi zamanı “Azərbaycanda rəqəmsallaşma” mövzusuna həsr olunmuş sessiya keçirilib.
APA-Economics xəbər verir ki, Afrikanın müxtəlif ölkələrindən 50-dən çox xarici nüməyəndənin iştirak etdiyi sessiyada İRİA-nın baş kommersiya inzibatçısı Salar İmaməliyev Azərbaycanın rəqəmsal transformasiya sahəsində son illərdə əldə edilən mühüm irəliləyişlər haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
O bildirib ki, Azərbaycanın uğurlu rəqəmsal inkişaf modeli xüsusilə Afrika qitəsi ölkələrində artan marağa səbəb olub:
“Azərbaycanın qabaqcıl rəqəmsal dövlət məhsulları olan “mygov”, "mygov ID", Rəqəmsal Sənəd Dövriyyəsi və “digital.bridge” Afrika qitəsi ölkələri tərəfindən araşdırılır. Biz İRİA olaraq Azərbaycanın rəqəmsal inkişaf təcrübəsinin Afrikanın bir sıra ölkələrində tətbiq imkanlarını nəzərdən keçiririk”.
O, həmçinin qeyd edib ki, rəqəmsal dövlət məhsulları ilə yanaşı, İRİA-nın nəzdində fəaliyyət göstərən Texnologiyalar Parkının rezident şirkətlərinin məhsulları da potensial olaraq Afrika bazarlarına ixrac edilə bilər. Belə ki, Texnoparkın bir neçə şirkəti qlobal bazarlarda yüksək rəqabət qabiliyyətinə malik olan məhsul və xidmətlər təqdim edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 21 Noyabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















