Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Payızda bağda görülən 6 iş

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Süni intellekt Avstraliya hökumətinə sızdı

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

İldırımsürətli qələbə olmadı

İldırımsürətli qələbə olmadı

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ və İran arasında gərginliyin azaldılması istiqamətində mühüm diplomatik proses başlayıb.

Belə ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, İran  ABŞ-nin bir səhifə və 14 maddəlik sülh təklifini dəyərləndirir. “Axios”un xəbərinə görə, ABŞ ilə İran müharibənin dayandırılması və nüvə proqramı üzrə danışıqların çərçivəsini müəyyən edən bir səhifəlik anlaşma memorandumunu imzalamağa yaxındır. Məlumata görə, Ağ Ev İranın qısa zamanda təklifə cavab verməsini gözləyir.

Əgər tərəflər razılığa gələ bilməsə, regionda hərbi eskalasiya ehtimalı nə dərəcədə realdır? 

Mövzu ilə bağlı “Cümhuriyət”- ə açıqlamasında politoloq Elşən Manafov bildirib ki, ABŞ-nin Pakistan vasitəçiliyi ilə İranla apardığı danışıqlarda əsas məqsəd vaxt qazanmaq, atəşkəsin doğurduğu reallıqlardan istifadə edərək bölgəyə daha böyük həcmli hərbi kontingenti cəlb etməkdir. O qeyd edib ki, ABŞ İranla müharibədə faktiki məğlubiyyətini etiraf etmək gücündə deyil:

“Tramp iddialarının puça çıxdığının mahiyyətinə varır, ona görə də danışıqlar vasitəsilə ona məğlubiyyətini ört-basdır edəcək şərtlərin İran tərəfindən qəbul edilməsində israrlıdır. ABŞ-nin irəli sürdüyü şərtlərin İran tərəfindən qəbul edilməyəcəyi bəllidir. ABŞ-nin şərtlərinin İran tərəfindən qəbul edilməsi gözlənilən deyil, İran ona məxsus zənginləşdirılmiş uranı ABŞ-yə təhvil verməyəcək, üstəlik özünün nüvə enerjisindən dinc məqsədlərlə istifadə edilmə hüququnun ABŞ və beynəlxalq birlik tərəfindən tanınmasında israrlıdır.

Bundan əlavə, İranın Qərb banklarında dondurulmuş 27 milyardlıq qiymətli kağızlarının qaytarılmasını, İrana 1980-ci ildən bəri tətbiq edilən sanksiyaların ləğv olunmasını, BMT-nin bu illər ərzində İranla əlaqədar qəbul etdiyi sanksiyalının ləğvini, Hörmüz boğazına İranın nəzarət hüququnun etiraf edilməsi, ABŞ və İsrailin hücumu nəticəsində İrana dəymiş ziyanın ödənilməsini (İran 270 milyard dollar təzminat iddiası irəli sürüb) tələb edir. Bundan əlavə, İrana bundan sonra təcavüzün olmayacağı ilə bağlı təminat, Livanda sülhün bərpa edilməsi şərtləri də İranın tələbləri sırasında yer alıb”. 

Politoloq əlavə edib ki, Trampın bu şərtləri qəbul etməsi onun bu müharibədə məğlubiyyəti təəssüratı doğurduğundan ABŞ-nin daha üstün mövqedə olmasını qabartmaq məcburiyyətindədir:

“Ona görə də bölgəyə yeni hərbi qüvvələr göndərəcəyi iddiaları ilə sadəcə əzələ nümayiş etdirir, müttəfiqlərinə və bütün dünyaya ABŞ-nin məğlubedilməz dövlət statusunu qorumağa qadir olduğunu xatırlatmaq istəyir. Digər tərəfdən, müharibə Trampın prezident kimi ABŞ seçiciləri arasında reytinqinin nəzərə çarpacaq dərəcədə aşağı düşməsinə səbəb olub, Konqres və prezident arasında münasibətlər əvvəllər olmadığı qədər kəskinləşib. Konqres Trampı onunla hesablaşmadan hərbi əməliyyatlar aparmaqda gunahlandırır, zira ABŞ qanunvericiliyinə görə prezidentin Konqreslə razılaşdırmadan xaricdə hərbi əməliyyatlar aparmaq müddəti 60 gündür. Bu müddət isə artıq başa çatıb. İranla 6 həftəlik müharibəyə ABŞ-nin artıq 62 milyard dollar xərclədiyi bildirilir”. 

Elşən Manafov vurğulayıb ki, hərbi əməliyyatların davam etdirilmə ehtimalları böyükdür, bu isə Trampı Konqresdən daha 200 milyard dollar istəməyə məcbur edəcək:

“Konqresdəki müxalif demokratlar şübhəsiz ki, bu pulları ayırmaqdan imtina edəcəklər. Hadisələrin bu tərzdə istiqaməti isə respublikaçıların bu ilin noyabrında Konqresə ABŞ-də keçiriləcək aralıq seçkilərini uduzacaqlarını söyləməyə əsas verir. Bu da Trampı qayğılandırır və danışıqlar vasitəsilə ABŞ ictimai rəyinə manipulyasiyalar etmək məcburiyyəti qarşısında qoyur. İran bölgədəki ərəb dövlətlərinin ərazisindən ABŞ-yə məxsus hərbi bazaların da çıxarılmasını tələb edir ki, bu şərtin yerinə yetirilməsi ABŞ-nin Yaxın Şərqdəki nüfuzuna sarsıdıcı zərbə ola bilər. ABŞ hərbi qüvvələrinin bu müharibədə usandığının göstəricisi olan amillər də Trampı imitasiya xarakterli danışıqları aparmağa məcbur edir. ABŞ-nin təyyarə daşıyan 4 gəmisindən birinin- prezident Fordun adını daşıyan gəminin bölgəni tərk etməsi, digər üçündə isə təmirə dayanma ilə bağlı amillər göstərir ki, müharibənin uzanması maliyyə məsrəflərinin böyüməsi ilə yanaşı, texniki xarakterli problemlər doğurub. Üstəlik, ildırımsürətli qələbənin əldə edilməməsi hərbçilərin şəxsi heyətinin psixoloji durumuna da təsirsiz ötüşməyib”. 
Onun sözlərinə görə, İran qətiyyətlə Hörmüz boğazı ətrafında vəziyyətə nəzarəti davam etdirir: 
“Bugünlərdə o, Hörmüzdə gəmilərin hərəkətinə və onlardan rüsumun alınmasına nəzarət edəcək xüsusi idarə təsis edib. Hesablamalar göstərir ki, İranın boğazda gəmilərin hərəkətinə verdiyi lisenziyalar müqabilində aylıq gəlirləri 90 milyon dolları keçir. Üstəlik neftin qiymətlərinin artması da ABŞ-nin sanksiyalarına baxmayaraq, İranın, o cümlədən Rusiyanın xeyrinə işləyir.

İran öz neftini əsasən Çinə məxsus dəmir yolları vasitəsilə daşıyır. Bundan əlavə, Xəzər vasitəsilə Rusiya və Çin İran ordusunun hərbi əməliyyatlar aparması üçün dəstəyini gücləndiriblər. Nəhayət, Trampı İranla müharibəni dayandırmaq fikrindən İsrail, onun Baş naziri Benyamin Netanyahu daşındırıb. İddialara görə, bu məqsədlə İsrail kəşfiyyatı Trampı İranla müharibədən çəkindirməyə çalışan prezident müşaviri Çarli Kinqi sui-qəsd nəticəsində aradan götürüb”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 May 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see273

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see241

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see240

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see234

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see233

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see224

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see223

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see223

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see206

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see203

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see202

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see201

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see200

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see196

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see191

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see185

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see184

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see178

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see178

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri