Azarkeşlərin nəzərinə: Bakı Olimpiya Stadionuna xüsusi avtobuslar işləyəcək
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının liqa mərhələsində keçiriləcək “Sabah” - “Slaviya” (Praqa) qarşılaşması ilə əlaqədar azarkeşlərin Bakı Olimpiya Stadionuna gediş-gəlişi üçün xüsusi nəqliyyat təşkil olunacaq.
İdman.Biz xəbər verir ki, oyun öncəsi xüsusi avtobuslar Qara Qarayev və Gənclik metrostansiyalarından Bakı Olimpiya Stadionuna hərəkət edəcək.
Bakı Metropoliteni də qarşılaşma günü xüsusi iş rejimində fəaliyyət göstərəcək.
Azarkeşlərə stadiona oyunun başlamasına üç saat qalmış gəlmək tövsiyə olunur. Erkən gələn tamaşaçılar Fan Zonada təşkil ediləcək tədbirlərə qatılaraq matçöncəsi atmosferi yaşaya biləcəklər.
Qarşılaşmadan sonra da xüsusi avtobuslar fəaliyyət göstərəcək. Stadiondan Qara Qarayev və Gənclik metrostansiyalarına, həmçinin Binə qəsəbəsi istiqamətinə avtobuslar ayrılacaq.
Xatırladaq ki, “Sabah” oktyabrın 13-də Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda Çexiyanın “Slaviya” klubunu qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 25 Sentyabr 2026 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















