Icma.az
close
up
RU
Bakı Media Mərkəzi COP29un rəsmi yayım şirkəti olacaq

Bakı Media Mərkəzi COP29un rəsmi yayım şirkəti olacaq

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransının dünya ictimaiyyətinə təqdim olunması üçün tədbir məkanı olan Bakı Stadionundan yüksək keyfiyyətli yayımı təmin etmək məqsədilə Bakı Media Mərkəzi COP29 konfransının rəsmi yayım şirkəti təyin olunub.

Bu barədə APA-ya COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın peşəkar audiovizual istehsalçısı olan Bakı Media Mərkəzi dünya izləyicilərinə COP29 çərçivəsində yer alacaq qlobal iqlim fəaliyyətini canlı rejimdə onlayn izləmək imkanını yaradacaq. Konfransın hər bir anını qeydə almaq məqsədilə tədbir məkanının müxtəlif zalları, auditoriyaları, görüş otaqları və digər müxtəlif sahələrində yerləşdiriləcək müasir yayım avadanlıqları sayəsində şirkət konfrans çərçivəsində baş tutacaq bütün mühüm tədbir və müzakirələrin fasiləsiz canlı yayımını təmin edəcək.
İrimiqyaslı tədbirlərin yayımında geniş təcrübəyə malik olan Bakı Media Mərkəzi tərəfindən COP29 üçün müasir texnoloji imkanlarla yanaşı peşəkar işçi heyəti də cəlb ediləcək. Belə ki, yayımın reallaşdırılması məqsədilə şirkət tərəfindən 300-dən çox yayım mütəxəssisi cəlb olunacaq. Bakı Media Mərkəzinin COP29-la əməkdaşlığı yalnız yayım ilə məhdudlaşmayaraq, həmçinin foto və videomaterialların təmin edilməsini də nəzərdə tutur.
Rəsmi yayım şirkəti olaraq Bakı Media Mərkəzi ilə əməkdaşlıq mühüm qlobal əhəmiyyətli tədbir çərçivəsində istehsal edilən multimedia materiallarının qorunmasına dair zəmanəti də əhatə edir.
Bu tərəfdaşlıq COP29-un beynəlxalq səviyyədə yüksək standartlara uyğun media təqdimatını təmin etməklə yanaşı, konfransın ehtiva etdiyi əsas mesajları qlobal auditoriyaya effektiv və geniş miqyasda çatdırılmasına xidmət edəcək. Belə ki, bu vacib vəzifəni icra edəcək Bakı Media Mərkəzi yüksək keyfiyyətli yayım vasitəsilə tarixi məqamların əlçatan olmasını təmin etmək istiqamətində daima səy göstərdiyini bir daha nümayiş etdirir. Tərəfdaşlıq çərçivəsində şirkətin zəngin təcrübəsi, müasir yanaşması və peşəkarlığı nəticəsində COP29 konfransının dünyanın istənilən nöqtəsindən istənilən şəxs tərəfindən fasiləsiz izlənməsinə şərait yaradılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 Noyabr 2024 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri