Bakı Metropoliteninin nümayəndə heyəti növbəti görüşlərini Honq Konq şəhərində keçirib
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına rəsmi səfər çərçivəsində növbəti görüşlərini Honq Konq şəhərində keçirib.
Bu barədə XQ-yə "Bakı Metropoliten" QSC-dən məlumat verilib.
“Octopus Holdings Limited” şirkətində baş tutan ilk görüşdə şirkətin baş icraçı direktoru Tim Yinq və Nəqliyyat biznesi üzrə rəhbəri Nora Tanq iştirak ediblər.
İşgüzar müzakirələr zamanı “Octopus” sisteminin ictimai nəqliyyatda tətbiqi, sərnişin rahatlığını artıran texnoloji həllər, eləcə də şəhər miqyasında inteqrasiya olunmuş ödəniş modelləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda şirkət şəhər miqyasında ictimai nəqliyyat və gündəlik ödənişlər üçün əsas rəqəmsal ödəniş platforması olan “Octopus” sistemini inkişaf etdirib və idarə edir. Eyni zamanda, şirkətin Dubay, Amsterdam, Sinqapur, Oklend (Yeni Zelandiya), Konnektikut və Baffalo (Amerika Birləşmiş Ştatları) kimi aparıcı şəhər və regionlarda mövcud ödəniş sistemləri üçün texnoloji həllər və platforma xidmətləri təqdim etməklə beynəlxalq səviyyədə fəaliyyət göstərdiyi qeyd olunub.
Görüş çərçivəsində beynəlxalq təcrübə mübadiləsi aparılaraq ictimai nəqliyyatda differensial tarif siyasəti, sərnişin seqmentlərinə uyğun xüsusi yanaşmalar, həmçinin ödəniş sistemlərinin gələcək inkişaf istiqamətləri — mobil ödənişlər, açıq platformalar və şəhər miqyasında inteqrasiya olunmuş “ağıllı ödəniş” (smart payment) modelləri ətrafında fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinin “Tsing Yi” Əməliyyatlara Nəzarət Mərkəzində keçirilən növbəti işgüzar görüşündə mərkəzin rəhbəri Erik Ko real vaxt rejimində hərəkətə nəzarət mexanizmləri barədə ətraflı məlumat verib. Həmçinin metro və şəhərdaxili relsli nəqliyyat sistemlərinin istismarı və idarə olunması üzrə beynəlxalq qabaqcıl təcrübələr, hadisələrin operativ idarə edilməsi, sərnişinlərin məlumatlandırılması sistemləri, şirkətin şəhər miqyasında nəqliyyat və “ağıllı mobillik” (smart mobility) platformaları ilə inteqrasiya imkanları müzakirə olunub.
Görüşdə əməliyyat proseslərinin rəqəmsallaşdırılması, avtomatlaşdırma səviyyəsinin artırılması və məlumatlara əsaslanan qərar qəbuletmə mexanizmlərinin tətbiqi üzrə mövcud yanaşmalar və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Çinə işgüzar səfər zamanı Bakı Metropoliteninin nümayəndələri Pekin və Nanjin şəhərlərində də beynəlxalq metro təcrübəsinin öyrənilməsi istiqamətində bir sıra faydalı görüşlərdə iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 30 Yanvar 2026 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















