Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Gənclər göstərilən etimadı layiqincə doğruldurlar ŞƏRH

Gənclər göstərilən etimadı layiqincə doğruldurlar ŞƏRH

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycanda milli maraqlara xidmət edən, ölkəmizi inamlı, etibarlı sabahlara daşıya biləcək geniş dünyagörüşünə, intellektual təfəkkürə malik təhsilli, vətənpərvər XXI əsr gəncliyi modeli formalaşıb. O gənclik ki təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji düşüncəyə, mütərəqqi ideyaya əsaslanan dərin konseptual xarakterli praqmatik dövlət gənclər siyasəti nəticəsində inkişaf edib, yetişib. Ulu Öndərin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” ideyası ötən dövrdə gənclərimizin həyat tərzinə, fəaliyyət prinsipinə çevrilərək ümumilikdə ölkəmizi böyük qələbələrə aparıb. Dahi şəxsiyyətin 1997-ci ildə imzaladığı müvafiq Fərmana əsasən fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü elan edilib ki, bu tarixi qərar yetişən və yetişməkdə olan nəsilin gələcəyə baxışında hərəkətverici stimula çevrilib.

Xalqa xidmətləri və dövlət quruculuğu sahəsində misilsiz fəaliyyətləri ilə əbədiyaşarlıq qazanmış elə şəxsiyyətlər olub ki, onların həyatları, əməlləri cəmiyyət üçün örnək olub. Belə şəxsiyyətlərdən biri də xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndər deyirdi: “Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır”. Bu mənada Ulu Öndər ölkəmizdə siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan gənclərinin təhsilli olması üçün əlindən gələni etmişdir. Məhz bu məqsədlə Ulu Öndərin təşəbbüsü ilə 1970-ci ildən etibarən hər il 800-900 nəfər azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali təhsil məktəblərində oxumağa göndərilirdi. Beləliklə, ötən əsrin 70-80-ci illərində 15 mindən çox azərbaycanlı keçmiş SSRİ-nin universitlərində təhsil almışdır. Bu da müstəqilliyini bərpa edən zaman Azərbaycana güclü milli kadr potensialına malik olmağa imkan verdi.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xaricdə təhsil siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkəmizin dayanıqlı inkişafını təmin etmək məqsədilə insan kapitalının formalaşdırılması və ondan səmərəli istifadə prioritet istiqamətlərdən biri kimi daim diqqətdə saxlanılır. Dövlət başçısının fərman və sərəncamlarının tələbləri çərçivəsində “qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyası təhsillə əhatənin və ona əlçatanlığın artmasına, gənclərin xaricdə təhsilə cəlbinin müxtəlif proqramlarla dəstəklənməsinə mühüm imkanlar yaradır.

Bu gün xaricdə diaspor təşkilatlarında, konsulluqlarda, səfirliklərdə, dövlət idarəçiliyində, təhsil, səhiyyə, mədəniyyət, ümumiyyətlə, bütün sahələrdə gənclik həvəsi, gənclərin səsi duyulur. Bu baxımdan 2005-ci ildən etibarən 2005-2009, 2011-2015 və 2017-2021-ci illəri əhatə edən Azərbaycan Gəncliyi Dövlət proqramlarının icrasına diqqəti çəkmək olar. Proqramlardan irəli gələn vəzifələrə uyğun dövlətin gənclərlə bağlı siyasətində əsas xətt məhz təhsil üzərindən inkişaf etdirilir, yəni məqsəd dünyada gedən qlobal yeniliklərlə, dövri proseslərlə ayaqlaşmağı bacaran, startaplar yaradan, suni intellekt texnologiyalarından düzgün istifadə edə bilən savadlı, intellektual nəsil yetişdirməkdir. Prezident İlham Əliyev bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində ölkəmizdə artıq savadlı, intellektual gəncliyin formalaşdığını vurğuladı, gənclərin dövlət idarəçiliyində qabağa çəkilməsinin vacibliyini diqqətə çatdırdı: “Bizim çoxlu istedadlı gənclərimiz var. İndi həm xaricdə, həm də Azərbaycanda təhsil almış çoxlu gənc mütəxəssisimiz var. Müxtəlif dövlət proqramları tətbiq olunur. Onlardan biri də bu “Yüksəliş” proqramıdır. Bu da gəncləri daha çox həvəsləndirmək, təşviq etmək, sonra isə dövlət strukturlarına, özəl strukturlara cəlb etmək üçün çox vacibdir. Vaxtilə mənim göstərişimlə xaricdə təhsil alanlar artıq çoxdan qayıdıblar. Çoxları qayıdıb burada çalışır və görürük ki, məsələn, rəhbər vəzifəsinə müasir, bilikli kadr gələndən sonra vəziyyət tamamilə dəyişir”.

Gənclərə diqqət və qayğının dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi onlara olan etimaddan irəli gəlir. Bu uğurlu siyasətin bariz nümunəsi, dövlətin gənclərə, gənclərin isə dövlət başçısına olan inam və etimadı 2020-ci il İkinci Qarabağ savaşında özünü daha qabarıq büruzə verdi. Zəfəri əzəmətli edən milli dövlətçiliyə sədaqətli, Prezidentinə güvənli vətənpərvər gənclər nəslinin şücaəti hamını heyran etdi. Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”unun zəfərində 30 ilə yaxın erməni əsarəti altında olan Azərbaycan torpaqlarının işğaldan azad edilməsində vətənpərvər gənclər birliyinin şahidi olduq. Azərbaycan gəncləri 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün çəkən Vətən müharibəsindən zəfərlə çıxdılar.

Fiziki, intellektual cəhətdən sağlam yetişən gəncliyin, təbii ki, vətənpərvərlik tərbiyəsi, milli ruhu da yüksək olur. Bu baxımdan ölkəmizdə illərdir, həyata keçirilən dövlət gənclər siyasətinin ən böyük bəhrəsini, nümunəsini, milli ruhun təntənəsini 2020-ci ilin 44 günündə gördük, yaşadıq. Vətən sevdalı Azərbaycan gəncləri sentyabrın 27-dən noyabrın 10-dək bircə gün də geriyə addım atmadan yalnız irəli addımladılar. Füzulidə yarılmaz istehkamları yarıb, keçilməz sədləri keçərək müqəddəs şəhərimiz Şuşada missiyalarını şərəflə tamamladılar, müasir hərb tariximizin zəfər salnaməsini yazdılar. Ölkə başçısı da çıxışlarında aparılan dövlət gənclər siyasətinin, təlim-tərbiyə prosesinin müharibənin taleyində böyük rol oynadığını vurğuladı: “Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər”.

Dövlət səviyyəsində göstərilən diqqət və qayğıya rəğmən ölkəmizin gəncləri savadlı, sağlam və vətənpərvər ruhda böyüyür, onlara göstərilən etimadı layiqincə doğruldurlar.

Sevda Quluyeva

YAP Kəngərli rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:285
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Yanvar 2026 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri