Icma.az
close
up
RU
ING: Xarici ehtiyatların güclənməsi Azərbaycanın valyuta məzənnəsinin sabitliyini dəstəkləyir

ING: Xarici ehtiyatların güclənməsi Azərbaycanın valyuta məzənnəsinin sabitliyini dəstəkləyir

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Niderlandın ən böyük bank qrupu olan "ING Group"un gözləntilərinə görə, Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 4-də keçiriləcək iclasının nəticələrinə əsasən uçot dərəcəsini dəyişməyərək 6,75 % səviyyəsində saxlayacaq.

Moderator.az-ın ING-yə istinadən xəbər verir ki, Azərbaycanda pul-kredit siyasətinin yumşaldılması üçün müəyyən ilkin şərtlər formalaşsa da, fiskal və xarici risklərin qalması fonunda tənzimləyici qurumun ehtiyatlı, gözləmə mövqeyi tutacağı ehtimal olunur.

ING-in icmalında qeyd olunur ki, Azərbaycanın xarici buferləri artmaqda davam edir ki, bu da manatın 1,70 AZN/USD səviyyəsində sabit məzənnəsinin həssaslığını azaldır.

"Ölkənin ticarət profisiti daralmaqdadır və 2025-ci ilin yekununda 1 milyard ABŞ dollarından aşağı düşəcəyi gözlənilir. Neft qiymətləri üzrə daha yumşaq proqnozlar isə 2026-cı ildə cari əməliyyatlar balansının mənfiyə keçməsi riskini artırır. Bununla belə, manatın sabit məzənnəsinə təzyiq ehtimalı nəzərəçarpacaq dərəcədə azalıb", - icmalda qeyd olunub.

ING analitiklərinin fikrincə, əsas amillərdən biri konsolidə edilmiş büdcə balansının gözləntiləri üstələməsi olub: ötən ilin yekunlarına görə profisit ÜDM-in 2,6 %-i təşkil edib. Bu, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) və Mərkəzi Bankın likvid aktivlərinin təxminən ÜDM-in 110 %-i səviyyəsinə qədər artmasına imkan verib və zərurət yarandığı halda məzənnənin qorunması üçün hökumətə ciddi dayanıqlıq ehtiyatı yaradıb.

İcmalda həmçinin vurğulanır ki, region ölkələrinin üzən məzənnəli valyutalarının möhkəmlənməsi də əlavə sabitləşdirici amil olub. Xüsusilə Qazaxıstan tengesi və Özbəkistan somunun möhkəmlənməsi fonunda sabit manat daha az "sıradan çıxan" görünür ki, bu da məzənnəyə nisbi təzyiqləri zəiflədir.

Eyni zamanda, ING analitiklərinin fikrincə, makroiqtisadi göstəricilər daha çox yumşaq ("dovish") xarakter daşıyır. Belə ki, 2025-ci ildə iqtisadi artım gözləntilərdən aşağı - 1,4 %, inflyasiya illik ifadədə 5,2-5,3 %-ə qədər yavaşlayır, bank sistemində valyuta depozitlərinin payı isə azalır. Bütün bunlar orta müddətdə faiz dərəcəsinin endirilməsi lehinə arqumentləri gücləndirir.

Bununla belə, ING ehtiyatlı yanaşmanın vacibliyini də vurğulayır. "Neft-qaz gəlirləri nəzərə alınmadan konsolidə edilmiş fiskal balans ötən il xərclərin artması fonunda ÜDM-in 11 %-i səviyyəsinə qədər enib, xarici ticarət balansı isə idxalın ixracdan daha sürətli artması səbəbindən zəifləyib", - icmalda qeyd olunub.

Analitiklərin fikrincə, bu tendensiyalar yaxın perspektivdə mövcud pul-kredit mövqeyinin saxlanılmasını əsaslandırır və mümkün yumşaldılma yalnız inflyasiyanın dayanıqlı şəkildə zəifləməsi və büdcə intizamının möhkəmlənməsi şəraitində mümkün ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Yanvar 2026 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri