Bakı metrosunda 14 dəqiqəyə yaxın gecikmə SƏBƏB Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Metronun "İnşaatçılar" stansiyasında 14 dəqiqəyə yaxın interval yaranıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, sözügedən hal platformada sıxlıq yaradıb:
"Qatarın gəldiyi vaxtı göstərən tablo 10-cu dəqiqəyə qədər intervalı göstərdi. Lakin gecikmə artdıqdan sonra tabloda rəqəmlər yığışdırıldı".
Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metroda bu gün baş verən yubanmaların əsas səbəbi sərnişin sıxlığı ilə bağlıdır:
"Qatarların təyin olunmuş stansiyalarda dayanması hər iki xətt üzrə problemlərə gətirib, çıxarır. Qeyd etdiyimiz 2 dəqiqəlik interval "28 May" və "Əhmədli" stansiyaları arasındadır. "İnşaatçılar" stansiyası da daxil olmaqla "Dərnəgül" istiqamətində hazırda intervallar 4-5 dəqiqə ilə tənzimlənir. Yekun nəticə bütün xətt üzrə hər stansiyada 1 dəqiqə, dəqiqə yarım yubanmanın nəticəsində "İnşaatçılar" stansiyasında bu interval alına bilər".
Metropoliten sözçüsü onu da qeyd edib ki, Bakı Metropoliteninin "Nizami" və "İnşaatçılar" stansiyaları arasında bir texniki xüsusiyyətli, mürəkkəb məsələ də var.
"Relyefə görə 1 qatar stansiyanı tərk etməmiş digər stansiyadan qatar hərəkətə başlamır. Bunun da öz neqativ təsirləri var", - deyə o xatırladıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 16 Dekabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















