Icma.az
close
up
RU
Bakı metrosunda baş verən terror aktından 31 il keçir

Bakı metrosunda baş verən terror aktından 31 il keçir

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Bakı metrosunda baş verən terror aktından 31 il keçir.

1994-cü il iyulun 3-də saat 8:30-da metronun "Gənclik" metrostansiyasının platformasına 500 metr qalmış elektrik qatarının vaqonunda bomba partladı. Partlayışdan sonra qatarın vaqonları alışdı. Terror aktı nəticəsində 13 nəfər həlak oldu, 58 nəfər yaralandı.

"28 May" və "Gənclik" metrostansiyaları arasında partlayışın təşkil edilməsi faktı ilə Azərbaycan vətəndaşı Azər Aslanov Moskvada həbs edildi. 1997-ci ilin 29 noyabr tarixində onu Azərbaycana göndərdilər. 1998-ci ildə Aslanov bu terror aktını reallaşdırmaq göstərişini erməni əsirliyində olarkən publisist Zori Balayandan aldığını dedi.

Məhkəmə ona ömürlük həbs cəzası verdi. İstintaq müəyyən etdi ki, terror aktının təlimatçıları Ermənistanın xüsusi təyinatlı orqanlarının əməkdaşları polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olub. Aslanovun bəyanatına əsaslanaraq Azərbaycan məhkəməsinin qərarı ilə Balayana qarşı cinayət işi açılıb.

1999-cu ildə Azərbaycan Baş Prokurorluğunun təqdimatı əsasında İnterpol publisisti xüsusi təhlükəli cinayətkar kimi beynəlxalq axtarışa verdi. Sonra isə Azərbaycan Prokurorluğu onu MDB ölkələrində dövlətlərarası axtarışa verdi.

Amma 2001-ci ildə İnterpol məsələyə yenidən baxaraq Balayanı axtarılan şəxslər siyahısından sildi.

Qeyd edək ki, 1994-cü ilin iyul ayının 3-də baş verən partlayış Bakı metrosunda ikinci terror aktıdır.

Belə ki, 1994-cü il mart ayının 19-da da saat 13:00-da "20 Yanvar" metrostansiyasında partlayış olub. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb.

Terror aktı zamanı 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Terror aktının icraçısı Oqtay Qurbanov partlayış zamanı ölüb. Həlak olanlar arasında xalq artisti Rafiq Babayev də olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 İyul 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri