Icma.az
close
up
RU
Zahid Orucdan hökumətə çağırış: 100 dünya nəhəngi Azərbaycana gətirilsin

Zahid Orucdan hökumətə çağırış: 100 dünya nəhəngi Azərbaycana gətirilsin

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc Azərbaycanda dünyanın 100 ən böyük korporasiyasının fəaliyyət göstərməsi üçün hökumətə ayrıca proqram hazırlamağı təklif edib.

Redaktor.az xəbər verir ki, deputat bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edib.

Z.Oruc bildirib ki, Qarabağ Zəfərinin altıncı ildönümündə dövlət büdcəsi layihəsinin müzakirəsi xüsusi məna daşıyır:

“Çünki çoxəsrlik problemi həll edən dövlətimizdən vətəndaşlarımızın gözləntiləri daha da artıb. İndi ən böyük vəzifə Qələbəmizi möhkəmləndirməkdir. Prezident İlham Əliyevin qazandırdığı misilsiz qalibiyyətin siyasi, mənəvi və iqtisadi kapitalını tükətməməli, artırmalı və gələcək nəsillərə ötürməliyik. Hər bir nazirlik və dövlət komitəsi özündən soruşmalıdır: Prezidentin ölkəmiz üçün açdığı tarixi imkanlardan xalqımızın rifahını yüksəltmək üçün necə istifadə edir? Ən başlıcası, 40 milyard manata yaxın olan dövlət büdcəsindən xalqımız üçün 400 milyardlıq mənəvi və siyasi effekti təmin etmək, milli ruhu gücləndirməkdir”.

Deputat dünyada baş verən dövlətlərarası qarşıdurmaların yaratdığı yeni imkanlara da diqqət çəkib. O bildirib ki, Azərbaycan regionda qlobal embarqo və sanksiyalara məruz qalmayan yeganə ölkədir:

“Cəmi 7 il əvvəl dövlətimizin və xalqımızın malik olduğu böyük resurslar işğalın nəticələrinin aradan qaldırılmasına yönəlmişdi. İndi hökumət iqtisadiyyatı qarşıdakı regional açılıma hazırlamalıdır. Keçmişdə qlobal müharibə partiyası işğal əllərindən çıxdıqdan sonra indi Cənubi Qafqazda barış prosesinin qarşısını kəsməyə çalışırlar. Növbəti ildə Sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması, yeni regional bazarların yaranması iqtisadiyyatımızın hansı sahələrinə əlavə gəlirlər gətirəcək?

Hesab edirik ki, regional açılımın ən böyük nəticələrindən biri Azərbaycan iqtisadiyyatının əmək tutumlu emal sahələrinin inkişafı olmalıdır”.

Z.Oruc ABŞ və Böyük Britaniya ilə imzalanan strateji tərəfdaşlıq sənədlərinin iqtisadi nəticələrinin parlamentdə hər il qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

“ABŞ-la fevralın 10-da, Böyük Britaniya ilə noyabrın 12-də imzalanan strateji tərəfdaşlıq sənədlərinin iqtisadi nəticələrini parlamentdə hər il qiymətləndirməliyik. Qərblə strateji münasibətlər qurarkən Şərqlə əlaqələrimizi genişləndirməyimizin konkret nəticəsi Ələtdə Azərbaycan, Özbəkistan və Hindistan kapitalının iştirakı ilə 117,7 milyon dollarlıq, illik istehsal gücü 60 min ton olan ixracyönümlü müəssisənin yaradılmasıdır”, – deputat bildirib.

Komitə sədri Transxəzər Nəqliyyat Dəhlizinin inkişafının iştirakçı ölkələr üçün böyük iqtisadi imkanlar yaradacağını da qeyd edib. O, Dünya Bankının 2026-cı ildə açıqladığı tədqiqatın nəticələrinə diqqət çəkib:

“Dünya Bankının 2026-cı ildə açıqladığı tədqiqata görə, Transxəzər Nəqliyyat Dəhlizinin inkişafına yönəldilən investisiyalar nəticəsində yaxın on ildə iştirakçı ölkələrdə 2 milyon yeni iş yeri yarana, yükdaşımaların həcmi üç dəfədən çox arta bilər. Bankın hesablamalarına görə, 2030-cu ilədək Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında ticarətin 37 faiz, həmin ölkələrlə Avropa İttifaqı arasında isə 28 faiz artım potensialı var”.

Deputat Azərbaycan iqtisadiyyatının əsas struktur problemlərindən birinin yüksək gəlir yaradan sahələrlə çoxsaylı işçi qüvvəsinin çalışdığı sahələr arasında böyük fərqin olması olduğunu söyləyib.

“İqtisadiyyatımızın başlıca struktur problemlərindən biri yüksək gəlir yaradan sahələrlə çoxsaylı işçi qüvvəsinin çalışdığı sferalar arasında böyük fərqin olmasıdır. Kənd təsərrüfatı məşğul əhalinin 35,4 faizini əhatə edir, lakin ÜDM-in 5,9 faizini yaradır. Karbohidrogen sektoru isə ÜDM-in 31,8 faizini formalaşdırdığı halda, məşğul əhalinin təxminən 1 faizini təşkil edir”.

Z.Oruc cari ilin sentyabrında Bakıda keçirilən II Beynəlxalq İnvestisiya Forumunun nəticələrinə də toxunub. O bildirib ki, forumda 33 trilyon dollardan artıq maliyyə resurslarını idarə edən qurumlar iştirak edib, iki gün ərzində 10,8 milyard dollarlıq potensial investisiya razılaşmaları əldə olunub.

Deputat Azərbaycanın daha böyük beynəlxalq şirkətlərin və maliyyə institutlarının fəaliyyət göstərməsi üçün imkanlara malik olduğunu vurğulayıb:

“Lakin nə üçün «Mercedes-Benz»in regional istehsal və mühəndislik mərkəzi, Almaniyanın «Deutsche Bank»ının, Britaniyanın «Barclays» bankının regional filialları Bakıda fəaliyyət göstərməsin?

Azərbaycanın beynəlxalq maliyyə əməliyyatlarının və regional ticarətinin miqyası dünyanın aparıcı banklarının ölkəmizdə iştirakına imkan verir”.

Komitə sədri xarici kapitalın cəlb edilməsi sahəsində Qazaxıstan və Özbəkistanın təcrübəsini də diqqətə çatdırıb.

“Dost Qazaxıstanda xarici və birgə mülkiyyət əsasında fəaliyyət göstərən müəssisələrin, filialların və törəmə şirkətlərin sayı 65,5 mini ötüb. Özbəkistanda isə xarici kapitalın iştirakı ilə fəaliyyət göstərən müəssisələrin sayı 22 mini keçib. Daşkənddə sənaye sektorunda 4 mindən, informasiya və kommunikasiya sahəsində 1800-dən artıq xarici kapitallı müəssisə fəaliyyət göstərir. «J.P. Morgan», «Citibank», Almaniyanın «Commerzbank» kimi nüfuzlu maliyyə institutlarının Daşkənddə nümayəndəlikləri var”.

Z.Oruc Qazaxıstan və Özbəkistanda avtomobil sənayesinin inkişafı ilə bağlı nümunələr də göstərib:

“Qazaxıstanda «Hyundai» markalı avtomobillərin istehsal edildiyi müəssisədə 1300-dən artıq insan çalışır, ötən il 52 mindən çox avtomobil istehsal olunub. Özbəkistanda dünyanın aparıcı elektromobil istehsalçılarından olan «BYD» şirkəti ilə birgə yaradılan zavodun ilkin mərhələsinə 160 milyon dollar sərmayə qoyulub, illik istehsal gücü 50 min avtomobil təşkil edir”.

Deputat bu təcrübələri nəzərə alaraq hökumətə konkret təkliflə müraciət edib:

“Təklif edirik ki, dünyanın 100 ən böyük korporasiyasının Azərbaycanda daimi iqtisadi iştirakı üçün hökumət ayrıca fəaliyyət proqramı hazırlasın. Bunun üçün vergi və gömrük qanunvericiliyi ilə yanaşı, mülkiyyət hüquqlarının qorunması, maliyyə xidmətlərinin rəqabət qabiliyyəti və işgüzar mühitin proqnozlaşdırıla bilməsi mühüm əhəmiyyət daşıyır”.

Komitə sədri çıxışında dövlət sektorunda aparılan struktur islahatlarının, idarəetmənin təkmilləşdirilməsinin və optimallaşdırma tədbirlərinin sosial-iqtisadi nəticələrinə də diqqət çəkib.

O bildirib ki, 2019-cu ildə dövlət sektorunda muzdla çalışanların sayı 916 min nəfərdən çox olduğu halda, hazırda bu göstərici 837 min nəfər ətrafındadır. Təkcə cari ilin doqquz ayında dövlət sektorunda çalışanların sayı 29 min nəfər azalıb, qeyri-dövlət sektorunda isə 11,8 min nəfər artıb.

“Haqlı sual yaranır: dövlət sektorundan ayrılan əmək resurslarını özəl sektor hansı səviyyədə qəbul etməyə qadirdir?

Ölkəmizdə problem dövlət sektorunun böyüklüyündən daha çox özəl sektorun yetərincə genişlənə bilməməsidir. Dövlət sektorunun mütləq sayını azaltmadan da onun iqtisadiyyatdakı nisbi çəkisini aşağı salmağın daha sağlam yolu ştatların birbaşa və süni imtahanlarla ixtisarı əvəzinə, özəl sektorda yüz minlərlə yeni iş yerinin yaradılmasıdır. Bir dövlət qurumunun xərclərinə qənaət digər dövlət təşkilatının sosial müdafiə xərclərini artırırsa, peşəkar kadrların itirilməməsi üçün islahatların ümumi iqtisadi səmərəsini yenidən hesablamalıyıq”.

Z.Oruc paralel strukturların ləğvinin, rəqəmsallaşmanın və büdcə vəsaitlərindən səmərəli istifadənin vacibliyini qəbul etməklə yanaşı, rayonlarda alternativ iş yerlərinin yaradılmasının da əhəmiyyətini vurğulayıb:

“Paralel strukturların ləğvini, rəqəmsallaşmanı və büdcə vəsaitlərindən səmərəli istifadə tələbini başadüşülən hesab edirik. Lakin rayonlarda alternativ iş yerləri yaratmadan dövlət müəssisələrini ixtisar etməklə paytaxta miqrasiyanın qarşısını almaq çətin olar.

Təklif edirik ki, ixtisarların açıq meyarları əvvəlcədən kollektivlərə elan olunsun, təcrübəli mütəxəssislər vahid kadr ehtiyatı bazasına daxil edilərək digər dövlət qurumlarındakı vakansiyalara yerləşdirilsinlər. Hökumətin son beş ilin optimallaşdırma tədbirlərinin yekunlarına dair ayrıca sosial-iqtisadi qiymətləndirmə aparması faydalı olar”.

Deputat iqtisadi suverenliyin təmin edilməsində milli istehsalın gücləndirilməsini əsas amillərdən biri hesab etdiyini bildirib. O, ərzaq idxalına çəkilən xərclərə, ölkədəki müəssisələrin fəaliyyət müddətinə dair statistikaya diqqət çəkib:

“Siyasi müstəqilliyi təmin edən iqtisadi suverenlikdir. Milli istehsalımızı gücləndirdikcə xarici bazarlardan asılılığımız azalacaq. Rəsmi məlumata görə, 2025-ci ildə ərzaq idxalına 2,6 milyard dollar xərclənib. Dünya Bankının araşdırmasına görə, Azərbaycanda müəssisələrin orta yaşı 11,8 il, Avropa və Mərkəzi Asiya regionunda isə 21,6 ildir. KOBİA-nın sorğusuna görə, müəssisələrin yalnız 18,5 faizi 11 il və daha artıq fəaliyyət göstərdiyini bildirib.

Hər il açılan müəssisələrin neçəsinin beş, on, iyirmi, otuz il yaşaya bildiyinə dair büdcədə xüsusi fəslin olması, nəsildən-nəslə ötürülən, beynəlxalq bazarlarda möhkəmlənən milli sənaye markalarının sayının artmasını arzu edirik”.

Z.Oruc «Made in Azerbaijan» brendinin dünyada tanıdılması istiqamətində görülən işlərin nəticələrinin də qiymətləndirilməsinin vacibliyini qeyd edib.

“Prezidentin 2016-cı il tarixli Fərmanı ilə «Made in Azerbaijan» brendinin dünyada tanıdılması üçün ilkin olaraq 3 milyon manat ayrılmışdı. Ötən on ildə Fərmanın icrası nəticəsində neçə milli markamızın dünyanın aparıcı ticarət şəbəkələrinə daxil olduğunu müəyyənləşdirən həm də büdcə siyasətimizdir.

XXI əsrin ən parlaq hərbi qələbələrindən birini dünyaya «Made in Azerbaijan» brendi kimi təqdim edən xalqımız yüzlərlə milli istehsal məhsulunu da dünya bazarına çıxarmağa qadirdir”.

Deputat çıxışının sonunda 2027-ci ilin dövlət büdcəsinin ölkənin iqtisadi inkişafı, müdafiə qüdrətinin möhkəmləndirilməsi və Böyük Qayıdış prosesinin davam etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

“Qlobal təhlükələrin və geosiyasi qarşıdurmaların artdığı bir dövrdə 2027-ci ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi inkişafına və müdafiə qüdrətinin möhkəmləndirilməsinə, Böyük Qayıdışın uğurla davam etdirilməsinə etibarlı maliyyə təminatı yaradır.

İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib ölkəmiz daha da qüdrətli və güclü olacaq.

Parlament üzvlərinin səsləndirdiyi təkliflərin Hökumət tərəfindən nəzərə alınacağına inanaraq, dövlətimizin ali maliyyə sənədini yüksək qiymətləndirir və büdcə layihəsinin lehinə səs verəcəyimizi bildiririk”.

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Noyabr 2026 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see336

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see312

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see309

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see284

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see278

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see271

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see271

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see267

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see255

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see252

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see249

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see219

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see217

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see210

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see198

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see198

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see198

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see188

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri