Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirdi
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirməsinə töhfə verdiyi iddia edilən 12 şəxsə və 101 quruma sanksiya tətbiq etmək qərarına gəlib.
Turkustan.az xəbər verir ki, Aİ Şurası Rusiyanın Ukraynada mülki infrastruktura yönəlmiş hücumlarına cavab olaraq əlavə məhdudlaşdırıcı tədbirlər qəbul edib.
Bəyanatda Rusiyaya qarşı sanksiya siyahısına təxminən 50 bank və maliyyə qurumunun əlavə edildiyi bildirilib. Qeyd olunub ki, bank sektoruna tətbiq edilən məhdudiyyətlərin genişləndirilməsində məqsəd dövlət gəlirlərinin köçürülməsini və müharibənin maliyyələşdirilməsini təmin edən maliyyə kanallarını bağlamaqdır.
Yeni sanksiyalar Rusiyanın elektron ticarət sektorunu da əhatə edir. Bundan başqa, neft və enerji sahəsində fəaliyyət göstərən əlavə şirkətlər və iş adamları da məhdudiyyətlər siyahısına daxil edilib.
Bəyanata görə, sanksiya tətbiq olunan şirkətlər arasında neft emalı zavodlarını və Sankt-Peterburq Neft Terminalını idarə edən, eləcə də neft kəşfiyyatı və hasilatı ilə məşğul olan qurumlar var.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 16 Noyabr 2026 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















