Icma.az
close
up
RU
Bakı metrosunda görünməmiş dəyişiklik: İnterval 1 dəqiqə 45 saniyəyə endirildi

Bakı metrosunda görünməmiş dəyişiklik: İnterval 1 dəqiqə 45 saniyəyə endirildi

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

16 ildən sonra ilk dəfə, 10 yeni stansiya, 88 milyon əlavə sərnişin, Bakı metrosu böyük plana hazırlaşır

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı 205 015,5 min olub, bu da illik müqayisədə 1,8% azalma deməkdir. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, ötən ilin yanvar-noyabr aylarında Bakı metropolitenindən 208 762,8 min sərnişin istifadə edib.

Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir.

Rəsmi statistika Bakı metropolitenindən istifadə edən sərnişinlərin sayında azalma olduğunu göstərsə də, gündəlik müşahidələr bu rəqəmlərlə tam uzlaşmır. Pik saatlarda qatarların və platformaların əvvəlki kimi, bəzən isə daha çox sıxlıqla üzləşməsi cəmiyyətdə suallar və şübhələr doğurur. Vətəndaşları düşündürən əsas məqam budur: metroya real tələbat bu qədər yüksək olduğu halda, sərnişin axınının statistik göstəricilərdə azalması nə ilə izah olunur və bu rəqəmlər gündəlik reallığı nə dərəcədə əks etdirir?

“Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətindən Sherg.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci və 2024-ci illərin 11 ayının müqayisəli təhlillərinə əsasən, sərnişindaşımaya təsir göstərən əsas fərqlər sırasında “Həzi Aslanov” stansiyasının dalanında başlanmış təmir işləri və bunun nəticəsində “Həzi Aslanov-Əhmədli” mənzili üzrə hərəkətin təşkili qeyd oluna bilər: “Həmçinin 2024-cü ildə ölkəmizdə dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən olan COP29-la əlaqədar paytaxtda aparılan yenidənqurma, təmir-bərpa, quruculuq və abadlıq işlərinə uyğun müxtəlif dövrlər və günlərdə metropolitenə olan tələbatın müvəqqəti artması əlavə oluna bilər.

Təqvimlə bağlı 2024-cü ilin 366 gündən ibarət olması və fevral ayının 29-nun iş gününə təsadüf etməsi, eyni zamanda 780 minə yaxın sərnişin daşınması və hava şəraiti ilə əlaqədar qış aylarının bu ilə nəzərən daha mülayim keçməsi də qeyd oluna bilər. Bakı metropolitenində statistik məlumatlar əsasında müqayisəli təhlillərin nəticələrinə uyğun daimi monitorinqlər aparılır və tədbirlər görülür”.

Məlumatda həmçinin qeyd edilib ki, hazırda Bakı metropolitenində Dövlət Proqramına uyğun olaraq tikinti və yenidənqurma işləri davam etdirilir: “ 10 yeni staniyanın inşası, xətlərin ayrılması və bunun nəticəsində daha 88 milyon sərnişinin daşınması imkanı, metro xətlərinin bir-biri ilə daha sıx kəsişərək şəbəkələşməsi və şəhər mərkəzini daha sıx əhatə etməsi metroya olan tələbatı xeyli artıracaq. Bununla belə mövcud texniki imkanların optimallaşdırılması ilə digər əhəmiyyətli tədbirlər də davamlı həyata keçirilir. Son 16 il ərzində ilk dəfə Yaşıl və Qırmızı xətlərin müştərək hərəkət sahəsində qatarların hərəkət intervalı 2 dəqiqədən, digər sahələrdə isə 4 dəqiqədən aşağı salınıb. Bu ilin may ayında mövcud texniki imkanlar daxilində aparılmış təkmilləşmə işləri sayəsində interval əvvəlcə pik saatlarda 1 dəqiqə 52 saniyəyə, bu ilin sentyabrında isə 1 dəqiqə 45 saniyəyə endirilib. Ümumilikdə pik saatlarda xətlərdə 34 cüt qatarın hərəkət etməsi əlavə 8 mindən artıq sərnişinə xidmət imkanı yaradır. Lakin bu yeniliyin əsas təsirləri əvvəlki illərlə müqayisədə sərnişin sıxlığının azaldılmasında özünü biruzə verir”.

“Bakı Metropoliteni”dən o da bildirilib ki, aparılan mütəmadi monitorinqlər və texniki təkmilləşdirmələr nəticəsində daha üç sahədə də intervalın azaldılmasına nail olunub: “Bunun nəticəsində, “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkəti pik saatlarda 5, qeyri-pik saatlarda 3 dəqiqə azaldılaraq, müvafiq olaraq, 5 dəqiqəyə və 7 dəqiqəyə, “Cəfər Cabbarlı-Xətai” mənzilində qatarların hərəkət intervalı 5 dəqiqə azaldılaraq, 7 dəqiqəyə, Bənövşəyi xəttin “Avtovağzal-8 Noyabr” sahəsində 3 dəqiqə, “Xocəsən-Avtovağzal” mənzilində 6 dəqiqə azaldılaraq, 5 və 10 dəqiqəyə endirilib. Bundan əlavə olaraq, sıxlığın və sərnişin axınının tənzimlənməsi məqsədilə səhər pik saatlarda “Koroğlu” stansiyasına sərnişinsiz qatar verilir,daha 2 qatar “Memar Əcəmi” stansiyasından geri qaytarılır. Günorta saatlarında 2 ehtiyat qatar sərnişinsiz olaraq “28 May” stansiyasına, bir ehtiyat qatar “Elmlər Akademiaysı” stansiyasına, axşam saatlarında bir ehtiyat qatar sərnişinsiz “28 may” stansiyasına, eyni qayda ilə sərnişinsiz qatar “Elmlər” akademiası” stansiyasına verilir. Bundan savayı, digər tənzimləmə mexanzimlərindən də istofadə olunur. Həmçinin stansiya giorişləri, eskalatorların da iş rehjimi operativ qaydada sərnişin sıxlığına əsasən, tənzimlənir”.

Şəymən 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:342
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Dekabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri