Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı metrosunda görünməmiş vəziyyət yarandı Rəsmi açıqlama gəldi

Bakı metrosunda görünməmiş vəziyyət yarandı Rəsmi açıqlama gəldi

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son günlər sərnişinlər Bakı metrosunun “Bakmil” stansiyasında qatarların 45 dəqiqə intervalla gəlməsindən narazılıq edirlər. Onların bildirdiyinə görə, bu interval xüsusilə səhər və axşam saatlarında daha çox müşahidə olunur. Nəticədə sərnişin axını artır, stansiyada sıxlıq yaranır və insanların gündəlik gediş-gəlişində çətinliklər olur.

Globalinfo.az məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, “Bakı Metropoliteni”ndə qatarların hərəkətinin təşkili birbaşa infrastruktur imkanları və texniki şərtlərlə bağlıdır:

“Xüsusilə qırmızı və yaşıl xətlərin kəsişdiyi “28 May” stansiyası ətrafında hərəkət qrafikinin tənzimlənməsi daha mürəkkəb xarakter daşıyır. Bu isə həmin ərazidə yerləşən “Nərimanov” elektrik deposunun xəttin ortasında yerləşməsi ilə izah olunur. Ümumilikdə, elektrik depolarının istismara verilməsi zamanı stansiyanın inşası ətraf ərazilərdə məskunlaşma səviyyəsi, sənayeləşmə, elmi-tədqiqat, təhsil və s. iri müəssisələrinin yerləşməsi kimi amillər nəzərə alınır. Bu baxımdan, 2022-ci ildə istifadəyə verilmiş Xocəsən elektrik deposu və eyni adlı stansiya nümunə kimi göstərilə bilər. Həmin depo xəttin başlanğıcında yerləşdiyi üçün bu istiqamətdə qatarların hərəkət qrafikini tənzimləmək daha çevikdir və intervalların sabit saxlanılması nisbətən asandır. Fərqli olaraq, “Nərimanov” elektrik deposunun xəttin mərkəzində yerləşməsi qırmızı və yaşıl xətlərdə qatarların intensiv və ardıcıl hərəkətinin təmin olunmasını texniki baxımdan çətinləşdirir. Bu səbəbdən, xüsusilə pik saatlarda hərəkət qrafikinin optimallaşdırılması daha mürəkkəb prosesə çevrilir. Bu kontekstdə “Bakmil” stansiyası xüsusi qeyd olunur. Belə ki, bu stansiya da məhz “Nərimanov” elektrik deposunun ərazisində yerləşdiyindən onun fəaliyyətinin təşkili ümumi hərəkət qrafikinə birbaşa təsir göstərir. Xəttin ortasında yerləşmə amili səbəbindən “Bakmil” istiqamətində qatarların müntəzəm və intensiv hərəkətini təmin etmək texniki baxımdan məhdudlaşır”.

Qurumdan o da qeyd edilib ki, metroda qatarların hərəkəti bir neçə əsas prinsip əsasında təşkil olunur:

“İlk növbədə, hər bir qatar müəyyən dövrlərdə texniki baxış, təmir və qulluq üçün depoya yönləndirilir və bu proses sərnişin daşımaları ilə paralel şəkildə tənzimlənir. Bu zaman bəzi qatarlar depoya daxil olarkən sərnişinləri son dayanacaq kimi məhz “Bakmil” stansiyasına qədər daşıyır. İkinci mühüm amil sərnişin axınının intensivliyi və günün müxtəlif saatlarında dəyişən tələbatdır. Xüsusilə səhər və axşam saatlarında işə və təhsil müəssisələrinə yönələn sərnişinlərin sayı nəzərə alınaraq qrafik formalaşdırılır. Bununla yanaşı, tətbiq olunan hərəkət cədvəli davamlı monitorinq olunur, sərnişinlərin rəy və təklifləri diqqətdə saxlanılır və zərurət yarandıqda operativ şəkildə düzəlişlər edilir. Gələcək perspektivdə xətlərin tam ayrılması və infrastrukturun daha da genişləndirilməsi fonunda optimal hərəkət cədvəlinin tətbiqi mümkün hesab olunur. Lakin mövcud texniki şərtlər çərçivəsində bu istiqamətdə konkret dəyişikliklər barədə danışmaq hələlik tezdir. Eyni zamanda nəzərə alınmalıdır ki, elektrik depolarında çalışan əməkdaşların gündəlik hərəkəti və texniki heyətin xətt üzrə fəaliyyəti də ümumi hərəkət sisteminin tərkib hissəsidir və bu faktorlar da qrafikin formalaşdırılmasında rol oynayır”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Aprel 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri