Bakı metrosunda ictimai asayişi pozan daha bir şəxs həbs edilib
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı metrosunda ictimai asayişi pozan daha bir şəxs həbs edilib.
Bizim.Media xəbər verir ki, metropolitenin “İnşaatçılar” stansiyasında vaqonda olarkən qışqıraraq insanları narahat edən şəxs saxlanılıb.
Vaqondan düşürülən şəxs ərazi üzrə polis şöbəsinə aparılıb. Onun Tərtərin Kəbirli kənd sakini, Bakı şəhər Xəzər rayonunda yaşayan 1985-ci il təvəllüdlü T.Yusifov (şərti) olması müəyyən edilib.
Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilən şəxs Yasamal rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə T. Yusifova 30 sutka inzibati həbs cəzası verilib.
Bizim.Media

Bakı metrosunda qışqıran şəxs həbs olundu
18 Yanvar 2025 10:53
Bu vəzifəli şəxs Bakı metrosunda öldü
14 Dekabr 2024 13:51
Ayaks Makkabi matçından sonra ictimai asayişi pozan azarkeşlər saxlanılıb
08 Noyabr 2024 13:56
Yaşayış zonasında “drift” edib ictimai asayişi pozan sürücü 77MN211 VİDEO
03 Dekabr 2024 13:17
Bakı metrosunda daha bir problem QR kodlar işləmədi
06 Noyabr 2024 08:45

