Laçında ictimai asayişi pozan ANAMA nın vəzifəli şəxsləri Həbs olundu
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Laçında ANAMA-nın bölmə rəhbərləri həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 11-i Laçın şəhərinin mərkəzində baş verib.
ANAMA-da bölmə rəisi işləyən 1985-ci il təvəllüdlü S.Məmmədovun (şərti) idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman sərxoş vəziyyətdə olan və sürücülük kəmərindən istifadə etməyən sürücü ilə onun yanında əyləşən, spirtli içkinin təsiri altında olan 31 yaşlı sərnişin T.Qurbanov ucadan səs-küy salmağa, söyüş söyməyə başlayıblar.
İctimai asayişi pozan şəxslər saxlanılaraq bölməyə aparılıblar. Burada onların ikisinin də ANAMA əməkdaşı olmaları, həmin qurumda bölmə rəisi vəzifəsində çalışmaları müəyyənləşib.
Barələrində inzibati protokol tərtib edilən şəxslər Laçın Rayon Məhkəməsinin qərarı ilə 8 sutkalıq inzibati həbs ediliblər.
Aslan Vəliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 12 Sentyabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















