Icma.az
close
up
RU
Bakı metrosunda təhlükə iddiaları əsassızdır Rauf Ağamirzəyev

Bakı metrosunda təhlükə iddiaları əsassızdır Rauf Ağamirzəyev

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün dünyada artıq “velosipedi yenidən icad etməyə” ehtiyac yoxdur

Hazır, işlək və dəfələrlə sınaqdan keçmiş həllər mövcuddur. Əsas məsələ bu təcrübəni düzgün adaptasiya etməkdir

“Nizami” stansiyasının yaxınlığında daha bir stansiyanın (B5) tikiləcəyi ilə bağlı Bakı Metropoliteni" QSC-nin məlumatı bir neçə gündür müzakirə və mübahisə mövzudur. Stansiyanın tikilməsini lazımsız, təhlükəli və külli miqdarda vəsait xərclənəcəyi halda faydasız olacağını deyənlər, həmçinin yeni stansiyanın tikilməsini zəruri hesab edib təhlükələrin minimuma endirilməsinin qarşını almağın mümkün olduğunu iddia edənlər də var. 

Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında bildirdi ki, “Nizami” stansiyasının yerləşdiyi ərazi həqiqətən də Bakının geoloji baxımdan mürəkkəb zonalarından biridir. Lakin bu, artıq qeyri-həll olunan problem deyil. Kesson kimi köhnə texnologiyalar bu gün yalnız xüsusi hallarda tətbiq olunur və müasir metro tikintisində əsas yük tamamilə fərqli yanaşmaların üzərinə düşür: 

- Bu gün yumşaq, sulu, qumlu və ya gil tərkibli torpaqlarda ən effektiv həllərdən biri EPB tipli tunelqazma kompleksləridir (Earth Pressure Balance TBM). Bu texnologiya məhz qrunt təzyiqini balanslaşdıraraq çökmə riskini minimuma endirmək üçün yaradılıb və dünya üzrə ən çətin hidrogeoloji şəraitlərdə uğurla tətbiq olunub. Uzağa getməyə ehtiyac yoxdur - M5 Üsküdar–Çekmeköy (İstambul) metro xətti buna yaxşı nümunədir. Üsküdar kimi yüksək qrunt sulu, dəyişkən və zəif daşıyıcı qabiliyyətli torpaqlarda yerləşən ərazidə tikinti problemsiz aparılıb və xətt bu gün stabil şəkildə istismar olunur. Üstəlik, bu xəttin Marmaray ilə inteqrasiyası mühəndislik baxımından daha da mürəkkəb şəraitdə həyata keçirilib. Bundan başqa, Yeni Avstriya Tunel Metodu (NATM) kimi yanaşmalar da artıq klassik və sınaqdan çıxmış həllərdir. Bu metod geologiyaya adaptiv yanaşma imkanı verdiyi üçün xüsusilə şəhər daxilində, məhdud və riskli sahələrdə effektivdir. Bakı Metropoliteninin öz təcrübəsində də buna oxşar nümunələr var — “Elmlər Akademiyası” stansiyasında mövcud tunelin üstündən keçməklə ikinci çıxışın tikintisi, həm də jet grouting kimi gücləndirmə texnologiyalarının tətbiqi ilə həyata keçirilib. Yəni məsələ texnologiyanın olub-olmamasında deyil. Məsələ düzgün seçimdədir: düzgün geoloji tədqiqat, uyğun qazma metodunun seçilməsi (EPB, NATM və s.), keyfiyyətli layihələndirmə və nəzarət. Bu gün dünyada artıq “velosipedi yenidən icad etməyə” ehtiyac yoxdur. Hazır, işlək və dəfələrlə sınaqdan keçmiş həllər mövcuddur. Əsas məsələ bu təcrübəni düzgün adaptasiya etməkdir. Üstəlik, belə layihələr adətən beynəlxalq maliyyə institutlarının iştirakı ilə həyata keçirilir. Bu qurumlar riskləri çox ciddi qiymətləndirirlər və texniki əsaslandırması zəif olan layihələrə vəsait ayırmırlar. İlin sonuna doğru tender mərhələsinin başlanacağı gözlənilir və texniki şərtlər açıqlananda hansı metodların seçildiyini daha dəqiq görmək mümkün olacaq. Qısası, məsələ “mümkündür ya yox” deyil, məsələ “necə və nə qədər düzgün edilir”dir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Aprel 2026 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri