Bakı metrosunda yanğın məlumatı ilə əlaqədar texniki baxış keçirilib
Anews saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı metrosunun "Gənclik” stansiyasında qatarda yanğın məlumatı ilə əlaqədar texniki baxış keçirilib.Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
"Metronun "Gənclik" stansiyasında qatar stansiyanı tərk edərkən sərnişinlərdən biri maşinist rabitəsindən istifadə edərək yanıq qoxusunun gəldiyini bildirib.Bu səbəbdən metronun "Nəriman Nərimanov" stansiyasında qatara baxış keçirilib. Baxış zamanı hər hansı bir problem aşkar edilməyib. Eyni zamanda, qatarda olan sistemlər hər hansı bir problem göstərməyib. Bununla belə, ehtiyat və sərnişinin məlumatını yoxlamaq üçün qatara əlavə baxış keçirilib. Hər hansı bir problem müəyyən olunmayıb", - deyə qurum rəsmisi əlavə edib.
www.anews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 27 Noyabr 2024 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















