Bakı metrosunda yeddivaqonluq qatarlar ola bilər
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Bakı metropoliteninində yeddivaqonluq qatarlar xətti buraxıla bilər".
Bakıvaxtı.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hazırkı vəziyyətdə buna ehtiyac yoxdur:
"Bakının giriş hissəsinin yükünün azaldılması məqsədilə bu gündən etibarən "Avtovağzal" və "Xocəsən" stansiyalarından sərnişinlərin girişi pulsuz təşkil edilib. Bu, metro stansiyalarında sərnişinlərin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Bilirsiniz ki, "qırmızı" və "yaşıl" xətlərin ayrılması layihəsi çərçivəsində "28 May" və "Nizami" stansiyaları arasında tunel bağlanıb. Bu da metroda sərnişin axınını azaldıb. Amma bu gündən etibarən metroda sərnişin artımının olacağını planlaşdırılır. Hələ ki, xətlərdə beşvaqonluq qatarlar hərəkət edir və əhəmiyyətli dərəcədə sərnişin artımı yoxdur. Amma gələcəkdə sərnişin sıxlığı yaranarsa, "bənövşəyi" xətt üzrə yeddivaqonluq qatarların hərəkətinə keçə bilərik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 23 Sentyabr 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















