Icma.az
close
up
RU
Bakı metrosundakı problemə görə xüsusi iclas olacaq

Bakı metrosundakı problemə görə xüsusi iclas olacaq

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Bakı metrosunda qatardakı texniki nasazlıqla bağlı sabah komissiyanın xüsusi araşdırma iclası olacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

“Daha sonra mövcud vəziyyətin aidiyyəti sahələrin iştirakı ilə müfəttişliyin rəhbərliyi ilə müvafiq araşdırılması aparılacaq.

Ümumiyyətlə, metropolitendə baş verən hər bir hadisə ilə bağlı xüsusi araşdırma aparılır. Çünki metropolitendə iki hadisə bir-birinə bənzəməyə də bilər və eyni zamanda, hər bir hadisənin nəticələri əsasında görüləcək tədbirlər bundan sonra həmin hadisələrin təkrarlanmaması üçün tətbiq olunur”, – o qeyd edib.

B.Məmmədov bildirib ki, sıxlığın tənzimlənməsi bir saat davam edib:

“Problemi dərinləşdirən məsələlərdən biri də ondan ibarət olub ki, qatarın nasazlığı 18.20-də, yəni sərnişinlərin ən sıx vaxtında müşahidə olunub. “28 May” həmin vaxt Bakı metrosunun ən sıx stansiyalarından biri olur. Bu zaman sərnişinlərin düşürülməsi səkkiz dəqiqəyə yaxın vaxt aparıb.

Ümumiyyətlə, hər hansı neqativ hal qeydə alınmayıb. “28 May” və “Elmlər akademiyası” stansiyaları həmin vaxtda xüsusi sərnişin sıxlığı olduğundan giriş qapılarında xüsusi nəzarət-buraxılış tədbirləri görülüb. Qısamüddətli məhdudiyyətlər də tətbiq olunub. Əsas hədəf platforma səviyyəsinin ifrat dərəcədə yüklənməsinin qarşısının alınması olub.

“28 May” stansiyası “yaşıl” və “qırmızı” xətlərin kəsişərək birləşdiyi stansiya olduğundan bu hadisənin nəticəsində “Dərnəgül” və “İçərişəhər” istiqamətində əsaslı yubanmalar olub”.

Qeyd edək ki, bu gün axşam saatlarında Bakı metrosunda nasazlıq yaranıb. Belə ki, “yaşıl xətt” üzrə “Əhmədli”-“Dərnəgül” marşrutu ilə hərəkət edən qatar “28 May” stansiyasında olarkən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.

Bu səbəbdən “28 May” stansiyasında sərnişinlər düşürülüb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Dekabr 2024 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see317

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see292

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see282

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see277

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see261

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see250

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see247

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see247

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see244

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see240

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see228

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see228

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see220

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see215

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see214

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see209

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see203

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see202

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see178

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri