Icma.az
close
up
RU
BAKI MOSKVA MÜNASİBƏTLƏRİNDƏ YENİ MƏRHƏLƏ “Bu, soyuq sülh rejimi kimi dəyərləndirilə bilər”

BAKI MOSKVA MÜNASİBƏTLƏRİNDƏ YENİ MƏRHƏLƏ “Bu, soyuq sülh rejimi kimi dəyərləndirilə bilər”

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanla Rusiya arasında 2024-cü ilin sonlarından etibarən yaşanan gərginlik artıq emosional ritorikanın pik həddini geridə qoyub.

Bu mərhələ sadəcə iki ölkə arasında siyasi münasibətlərin dəyişməsi deyil, eyni zamanda Azərbaycanın post-sovet strateji xəttindən kənara çıxması, Rusiya isə bu yeni reallığı qəbul etmək istəmədiyi üçün öz reflekslərinə qapanması kimi qiymətləndirilir. Artıq münasibətlərdə əsas xətt “hansı şərtlərlə əməkdaşlıq mümkündür” sualına cavab tapmaqdan keçir.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu barədə şərhində bildirir ki, baş verənlər əslində Rusiya xalqı və mədəniyyəti ilə deyil, Kremlin siyasi elitası və imperiya ideologiyasının daşıyıcıları ilə toqquşmadır. Onun fikrincə, bu qarşıdurma artıq emosional və şəxsi deyil, soyuq və rasional siyasi müstəviyə keçib.

Zülfüqarov hesab edir ki, yaxın aylarda barışıq və ya “üzrxahlıq jestləri” gözləmək sadəlövhlük olardı. Onun sözlərinə görə, bu, iki şəxs arasında münasibət deyil ki, biri üzr istəsin, digəri qəbul etsin. Əksinə, məsələ tədricən gündəmin alt sıralarına keçəcək və digər beynəlxalq proseslər fonunda arxa plana çəkiləcək.

Bununla belə, o vurğulayır ki, hər iki tərəf yaşananlardan dərs çıxarıb və bu təcrübə gələcək münasibətlərə təsirsiz ötüşməyəcək:

Bakı – Moskvanı açıq şəkildə seçim qarşısında qoydu: ya qarşılıqlı hörmət, ya da diplomatik məsafə.

Moskva – imperiyaya xas dominantlıq cəhdlərinə üstünlük verərək strateji tərəfdaşlıqdan belə imtina etməyə hazır olduğunu göstərdi.

T.Zülfüqarov qeyd edir ki, hər iki ölkə eyni zamanda açıq qarşıdurmanın dərinləşməsinin onların maraqlarına zidd olduğunu da anlayır. Bu səbəbdən diplomatik əlaqələr protokollarla məhdudlaşdırılacaq, xüsusi xidmət orqanları isə qarşılıqlı şəkildə "agentura təsir dairələrini" sıfırlamağa çalışacaqlar.

Tofiq Zülfüqarovun proqnozuna görə, Azərbaycan-Rusiya münasibətlərində bizi bir neçə aylıq soyuma dövrü gözləyir. Bu mərhələ soyuq müharibə deyil, amma soyuq sülh rejimi kimi dəyərləndirilə bilər. Əgər qarşılıqlı ritorika neytrallaşdırılsa və ehtiyatlı yanaşma qorunsa, münasibətlərin "yenidən yüklənməsi" mümkündür.

Keçmiş nazir vurğulayıb ki, bu, günlərlə ölçülən bir məsələ deyil – söhbət aylar çəkəcək strateji pauzadan gedir. Bu müddətdə tərəflər bir-birinin yeni geosiyasi prioritetlərini qiymətləndirmək və uyğun mövqe formalaşdırmaq imkanına malik olacaqlar.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 İyul 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri