Icma.az
close
up
RU
Bakı Musiqi Akademiyasında “Üzeyir Hacıbəyli 140” adlı dəyirmi masa keçirilib

Bakı Musiqi Akademiyasında “Üzeyir Hacıbəyli 140” adlı dəyirmi masa keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 22 oktyabr, AZƏRTAC

Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Humanitar fənlər” kafedrasının təşkilatçılığı ilə “Üzeyir Hacıbəyli – 140” adlı dəyirmi masa keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbir dahi bəstəkar, maarifçi və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunub.

Tədbiri giriş sözü ilə BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva açaraq Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən və onun zəngin irsinin bu gün də gənc nəsil üçün örnək olduğundan danışıb.

Daha sonra “Humanitar fənlər” kafedrasının müdiri, professor Tərlan Quliyev “Tarix qoruyanlardan biri” mövzusunda çıxış edərək, Üzeyir bəyin milli-mədəni dəyərlərin qorunmasında və musiqi maarifçiliyinin formalaşmasında oynadığı rolu vurğulayıb.

Tədbirdə AMEA-nın Əlyazmalar İnstitutunun böyük elmi işçisi Yeganə Rəhnulla “Müəllifi məlum olan musiqi əsərlərinin əlyazma nüsxələri” mövzusunda təqdimatla çıxış edib.

Kafedranın dosenti Mehriban Cavadova “Üzeyir Hacıbəyli və Füzuli yaradıcılığında Leyli və Məcnun” mövzusunda məruzəsində iki böyük sənətkarın əsərləri arasında mənəvi və estetik bağlılıqlardan danışıb.

AMEA Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Nailə Səmədova “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev arxivlərinə bir nəzər” adlı çıxışında görkəmli bəstəkarların yaradıcılıq irsinə dair maraqlı faktları diqqətə çatdırıb.

İnstitutun böyük elmi işçisi Aytən İmanova “Üzeyir Hacıbəylinin ictimai-siyasi fəaliyyəti” mövzusunda çıxış edərək, bəstəkarın milli azadlıq və maarifçilik ideyalarının formalaşmasında mühüm rolunu qeyd edib.

Filologiya üzrə fəlsəfə doktoru, kafedranın baş müəllimi Yaqut Quliyeva “Üzeyir Hacıbəylinin publisistik fəaliyyəti” mövzusunda məruzəsində sənətkarın publisistika sahəsindəki töhfələrindən söz açıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri