Icma.az
close
up
RU
Bakı Olimpiya Stadionunda “COP29 müvəqqəti gömrük nəzarət zonası” yaradılıb

Bakı Olimpiya Stadionunda “COP29 müvəqqəti gömrük nəzarət zonası” yaradılıb

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) gömrük məsələləri ilə bağlı müəyyən edilmiş tapşırıqlarla əlaqədar Dövlət Gömrük Komitəsində (DGK) “COP29 – Gömrük Komissiyası” yaradılıb və “Dövlət Gömrük Komitəsi tərəfindən görüləcək işlərə dair Tədbirlər Planı” hazırlanıb.

DGK-dan AZƏRTAC-a bildirilib ki, tədbirlər planına uyğun olaraq sürətli sərhəd keçidinin və rəsmiləşdirilmənin təmin edilməsi, təmassız yoxlamaların həyata keçirilməsinində texnologiyaların istifadə edilməsi, məlumatlandırma və maarifləndirmə istiqamətində müvafiq işlər həyata keçirilib. Tədbirin təşkili məqsədilə gətirilən material və avadanlıqların rəsmiləşdirilməsinin sürətləndirilməsi üçün Bakı Olimpiya Stadionunun ərazisində “COP29 – müvəqqəti gömrük nəzarət zonası” yaradılıb və orada fəaliyyət göstərən əməkdaşlar müəyyənləşdirilib.

“Ölkəmizə səfər edən şəxslərin özləri ilə gətirəcəkləri əşyaların elektron qaydada öncədən bəyan edilməsi prosesində təkmilləşdirilmələr aparılıb. Belə ki, sadələşdirilmiş gömrük bəyannamələrinin daha asan və sürətli tərtib edilməsi məqsədilə Komitənin müvafiq portalında media nümayəndələri üçün mal adlarının qısa yol keçidləri hazırlanıb, həmçinin bəyannamələrin təsdiqinin “QR kod”la həyata keçirilməsi mexanizmi yaradılıb.

Təhlükəsizliyin gücləndirilməsi məqsədilə gömrük orqanları son texnoloji imkanlara cavab verən baxış-rentgen texnikaları, mobil və stasionar yoxlama baxış sistemləri, baqaj yoxlama cihazları və digər texniki nəzarət vasitələri ilə təmin edilib”, - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, tədbir iştirakçılarının və ölkəyə gələn qonaqların gömrük qaydaları ilə bağlı məlumatlandırılması məqsədilə gömrük sərhədindən keçirilən mallarla bağlı qanunvericiliyin tələblərinə dair məlumatlandırıcı və izahedici videoçarxlar hazırlanaraq Komitənin rəsmi internet səhifəsində yerləşdirilib, həmçinin cop29.az rəsmi internet saytına inteqrasiya olunub.

Eyni zamanda, gömrük əməkdaşları üçün zəruri sahəvi biliklərin artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində təlimlər keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Noyabr 2024 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see184

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see138

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see136

Krediti qaytarmayanların sayı artır: NİYƏ?

25 İyul 2025 15:42see135

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see134

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see134

Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

25 İyul 2025 18:48see133

Barmaqları çatlatmaq oynaqlara zərərdir?

25 İyul 2025 15:57see130

İbrahim Tatlısesin Səddam Hüseynlə qohum olduğu üzə çıxdı

26 İyul 2025 06:15see129

Oleq Bakinski işində Kuçerə BƏRAƏT VERİLDİ

25 İyul 2025 18:03see129

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see129

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see128

MM dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

25 İyul 2025 19:11see126

Rubio Trampı sərt xarici siyasətə təşviq edən əsas simalardandır Politoloq AÇIQLADI

25 İyul 2025 19:59see126

Ukrayna Stavropola hücum etdi

26 İyul 2025 10:29see126

Pokrovsk uğrunda şiddətli döyüşlər GEDİR

26 İyul 2025 10:10see126

Daily Mail : İrəvan yaxınlığındakı AES hər an partlaya bilər

26 İyul 2025 00:51see125

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see125

Kamboca atəşkəs təklifini qəbul etdi

26 İyul 2025 10:55see123

Abşeronda motosiklet yolu keçmək istəyən piyadanı vurdu

26 İyul 2025 02:20see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri