Icma.az
close
up
RU
Bakı Olimpiya Stadionunda “COP29 müvəqqəti gömrük nəzarət zonası” yaradılıb Doğru Xəbərlər

Bakı Olimpiya Stadionunda “COP29 müvəqqəti gömrük nəzarət zonası” yaradılıb Doğru Xəbərlər

Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) gömrük məsələləri ilə bağlı müəyyən edilmiş tapşırıqlarla əlaqədar Dövlət Gömrük Komitəsində (DGK) “COP29 – Gömrük Komissiyası” yaradılıb və “Dövlət Gömrük Komitəsi tərəfindən görüləcək işlərə dair Tədbirlər Planı” hazırlanıb.

DGK-dan Doğru.az-a bildirilib ki, tədbirlər planına uyğun olaraq sürətli sərhəd keçidinin və rəsmiləşdirilmənin təmin edilməsi, təmassız yoxlamaların həyata keçirilməsinində texnologiyaların istifadə edilməsi, məlumatlandırma və maarifləndirmə istiqamətində müvafiq işlər həyata keçirilib. Tədbirin təşkili məqsədilə gətirilən material və avadanlıqların rəsmiləşdirilməsinin sürətləndirilməsi üçün Bakı Olimpiya Stadionunun ərazisində “COP29 – müvəqqəti gömrük nəzarət zonası” yaradılıb və orada fəaliyyət göstərən əməkdaşlar müəyyənləşdirilib.

“Ölkəmizə səfər edən şəxslərin özləri ilə gətirəcəkləri əşyaların elektron qaydada öncədən bəyan edilməsi prosesində təkmilləşdirilmələr aparılıb. Belə ki, sadələşdirilmiş gömrük bəyannamələrinin daha asan və sürətli tərtib edilməsi məqsədilə Komitənin müvafiq portalında media nümayəndələri üçün mal adlarının qısa yol keçidləri hazırlanıb, həmçinin bəyannamələrin təsdiqinin “QR kod”la həyata keçirilməsi mexanizmi yaradılıb.

Təhlükəsizliyin gücləndirilməsi məqsədilə gömrük orqanları son texnoloji imkanlara cavab verən baxış-rentgen texnikaları, mobil və stasionar yoxlama baxış sistemləri, baqaj yoxlama cihazları və digər texniki nəzarət vasitələri ilə təmin edilib”, – deyə məlumatda bildirilib.

Qeyd edilib ki, tədbir iştirakçılarının və ölkəyə gələn qonaqların gömrük qaydaları ilə bağlı məlumatlandırılması məqsədilə gömrük sərhədindən keçirilən mallarla bağlı qanunvericiliyin tələblərinə dair məlumatlandırıcı və izahedici videoçarxlar hazırlanaraq Komitənin rəsmi internet səhifəsində yerləşdirilib, həmçinin cop29.az rəsmi internet saytına inteqrasiya olunub.

Eyni zamanda, gömrük əməkdaşları üçün zəruri sahəvi biliklərin artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində təlimlər keçirilib.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://dogru.az
archiveBu xəbər 04 Noyabr 2024 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri