Icma.az
close
up
RU
Bakı onlara TRIPP çəkən deyil İrəvan nəyi gözləyir?

Bakı onlara TRIPP çəkən deyil İrəvan nəyi gözləyir?

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) – cari ilin avqustunda Vaşinqton sammitinin nəticələri üzrə həyata keçirilməsi barədə razılıq əldə olunmuş layihə olan Zəngəzur dəhlizinin bir hissəsidir. Bunu bir neçə gün öncə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Polşanın "TVP World" telekanalına verdiyi müsahibəsində demişdi. 

Lakin görünən odur ki, baxmayaraq ki, region ölkəsi olaraq onun da lehinə olan bir layihədir, rəsmi Tehran həm TRIPP-in, həm də Zəngəzur dəhlizinin əleyhinədir. İrəvan bu barədə İranı razı saldığını desə də, Tehrandan yenidən baş qaldıran açıqlamalar bunun əksini iddia edir. 

Belə ki, İran liderinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti Ermənistanın Tehrandakı səfiri Qriqor Akopyanla görüşündə bildirib ki, İran Donald Trampın Qafqaz planına qarşıdır, çünki bu plan İranın təhlükəsizliyinə ciddi təhdiddir: "Trampın Qafqaz planının Zəngəzur dəhlizindən heç bir fərqi yoxdur və İran buna qəti şəkildə qarşıdır. Dəhliz NATO-nun İranın şimalında mövcudluğu üçün şərait və İranın şimalı və Rusiyanın cənubu üçün ciddi təhlükəsizliyə təhlükə yaradır. Bu plan adı sadəcə dəyişdirilmiş və hazırda Amerika şirkətlərinin Ermənistana daxil olması ilə həyata keçirilən praktiki olaraq eyni layihədir".

Vilayətinin sözlərinə görə, ABŞ iqtisadi fəaliyyət bəhanəsi ilə bölgəyə hərbi müdaxilə edir: "Təcrübə göstərir ki, amerikalılar ilkin olaraq zahirən iqtisadi layihələrlə həssas bölgələrə nüfuz edir, lakin getdikcə onların mövcudluğu hərbi və təhlükəsizlik ölçüsünə qədər genişlənir. Amerikanın İran sərhədlərində istənilən formada mövcudluğunun açıq-aşkar təhlükəsizlik təsirləri var".

Fotoda: İranın dini lideri seyid Əli Xamenei və İİR Prezidenti Məsud Pezeşkian.

İrəvanın vədlərinə baxmayaraq, İranın bu narahatlığı başadüşüləndir. Amma onların yenidən bu məsələyə qayıtması müttəfiq qonşusu olan Rusiya amili ilə bağlı ola bilər. Çünki Rusiya tərəfi bu məsələ ilə bağlı İrəvanla məsləhətləşmək istədiyini aşkar şəkildə bildirib. Bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan da açıqlamışdı. Lakin o qeyd edib ki, hazırda Rusiyanın "Tramp yolu" təşəbbüsündə mümkün iştirakı ilə bağlı heç bir müzakirə aparılmır.

Təbii ki, cənub qonşumuz bu məsələdə Rusiya faktorunu yox, özünün ABŞ-yə güvənmədiyini iddia edir. Lakin İrandan olan politoloq Həsən Şirzadi “Orbeli 2025” beynəlxalq forumunda əbəs yerə qonşuların maraqlarından danışmayıb: "Bizim siyasətimiz region ölkələri ilə dostluq və əməkdaşlığa əsaslanır və İran “3+3” formatına önəm verir. Ölkələr qonşularının maraqlarını nəzərə almalıdırlar - bu, davamlı sülh üçün ilkin şərtdir. 

İran ABŞ-yə etibar etmir. Onlar İrana qarşı sanksiyalar tətbiq etdilər. Niyə onlara etibar etməliyik? Müdafiə Nazirliyinin adını Müharibə Nazirliyinə dəyişdilər, Venesuelanı təhdid etdilər.

Əgər ABŞ Cənubi Qafqaz regionu üçün yaxşı bir şey etmək istəyirsə, bu, əladır. Əgər onlar Ermənistana və Azərbaycana sülh yolunda kömək etsələr, bu da əladır.

Amma mən bu perspektivə o qədər də inanmıram. Onların TRIPP proqramı ilə bağlı planları nədir? Əgər bu, bir marşrutdursa, yollarımız və əlaqələrimiz yalnız Ermənistanla məhdudlaşmayacaqsa, onda heç bir problem yoxdur. Belə bir halda, həmin yol İran yolu ilə rəqabət aparacaq və bu, problem deyil. Biz buna hazırıq. Rəqabət hər şeydə yaxşıdır. Lakin, başa düşdüyüm qədəri ilə, ABŞ həmişə hərbi komponenti nəzərə alır.

Bizim üçün sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsində Amerika podratçılarının rolu qəbuledilməzdir. Əgər bu, iqtisadi layihədirsə, çox yaxşıdır. Amma onlar bunun sırf iqtisadi layihə olduğunu sübut etməlidirlər".

İranın narahatlığı, Rusiyanın layihəyə can atması, Azərbaycanın da bu yolda praktik işlərə başlaması fonunda Avropa Birliyi də ABŞ, Azərbaycan və Türkiyə ilə TRIPP layihəsində mümkün iştirakla bağlı danışıqlara başlayıb: "Avropa İttifaqının öz təklifləri var və Türkiyə ilə Azərbaycanla məsləhətləşmələri davam etdirir. Layihə yalnız bir dəmir yolu hissəsini əhatə etdiyi üçün ABŞ-nin iştirakı xüsusilə vacibdir".

Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti ilə görüş zamanı susmağı üstün tutan Ermənistanın Tehrandakı səfiri Qriqor Akopyan isə daha sonra danışmağa cəsarət tapıb. O, Ermənistanın "Tramp Yolu" layihəsində İranın həyati əhəmiyyətli maraqlarını nəzərə alıdığını açıqlayıb: "Blokadanın aradan qaldırılması nəticəsində Ermənistan Naxçıvan ərazisindən keçərək İran İslam Respublikası ilə dəmir yolu əlaqəsinə malik olacaq ki, bu da İrana Qara dəniz limanlarına birləşərək Gürcüstanla birbaşa dəmir yolu əlaqəsi qurmaq üçün misli görünməmiş bir fürsət yaradacaq. Öz növbəsində, İran da Ermənistan üçün Orta Asiya və Uzaq Şərq ölkələri ilə əlaqə qurmaq baxımından dəmir yolu tranzit marşrutuna çevriləcək". 

Region ölkələrindən əlavə ABŞ və Aİ-nin dəhlizə olan müstəsna marağı təəccüblü deyil. Təəccüblü olan odur ki, illərdir blokada şəraitindən danışan İrəvan bunun üçün praktiki addım atmır. Onlar hələ İranı razı salmaq, dəhliz-marşrut anlayışının fərqinə varmaq və bəlkə də yolun Ermənistandan keçən hissəsinin tikintisi üçün tranş ayrılmasını gözləməklə məşğuldurlar. İrəvan hazırda ən yüksək tribunalarından "Tramp yolu"nun əhəmiyyətindən sadəcə danışmaqla kifayətlənir. 

Fotoda: Ermənistanın baş naziri Nikol Paşinyan.

Ermənistanın baş naziri Nikol Paşinyan isə TRIPP-in tikintisinə 2026-cı ilin ikinci yarısında başlanacağını bildirib: "İlin sonuna qədər bir plan hazırlanacaq və layihənin bütün detalları təsvir ediləcək və bu, 2026-cı ilin birinci yarısında təsdiqlənəcək". 12 dekabrda verilən bu açıqlamada Paşinyan bəlkə də artıq ilin sonu olduğunun fərqinə varmayıb. Nəzərə alsaq ki, 2026-cı ildə Ermənistanda seçkilər planlaşdırılıb, onların deyilən müddətədə layihənin planını hazırlayıb, tikintisinə başlaya biləcəyini demək bir qədər çətindir. Bəs Paşinyan nəyi gözləyir? Bəlkə də yenidən seçilməyini...

Beləliklə, Azərbaycan öz ərazisində marşrutun reallaşması üçün tikinti işlərinə başlayıb. Bakı İrəvana da TRIPP çəkən deyil. Bunu illərdir dalana dirənən Ermənistan özü etməlidir. Həm də mümkün qədər Rusiyanı bu işdən uzaq tutmaq və İranı razı salmaqla. 

Orta dəhlizin mühüm tərkib hissəsi kimi Avropa və Asiya arasında yükdaşımalarda mühüm marşrut kimi qiymətləndirilən Zəngəzur dəhlizi Şimal-Cənub dəhlizinin də əsas halqalarından birini təşkil edəcək. Bu, gec və ya tez reallaşacaq!

Ağarza Elçinoğlu


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:342
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Dekabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri