İrəvan Bakı ilə yola çıxır: TRIPP Ermənistanı Rusiyadan uzaqlaşdıracaq?
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Cənubi Qafqazda sülh prosesi artıq təkcə siyasi razılaşmalarla deyil, regionun nəqliyyat və iqtisadi xəritəsini dəyişdirəcək real layihələrlə müşayiət olunur. Ermənistan baş naziri Nikol Paşinyanın TRIPP layihəsinin praktiki icrasının başlanması ilə bağlı verdiyi son açıqlamalar da bu prosesin yeni mərhələyə keçdiyini göstərir. İrəvan layihənin Ermənistanın və bütövlükdə regionun iqtisadi mühitini dəyişəcəyini bildirir. Eyni zamanda TRIPP-in icrası ilə paralel olaraq Ermənistan-Türkiyə sərhədinin açılmasını, Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə arasında dəmir yolu əlaqələrinin yaradılmasını gözlədiyini açıqlayır.
Göründüyü kimi, Vaşinqtonda əldə olunan razılaşmaların ardınca Cənubi Qafqazda yeni kommunikasiya xəritəsinin formalaşması prosesi sürətlənir. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması, TRIPP-in reallaşması və nəqliyyat bağlantılarının açılması regionu uzun illər davam edən qarşıdurma məntiqindən iqtisadi əməkdaşlıq mərhələsinə keçirə bilər.
Paşinyanın TRIPP və regional kommunikasiyalarla bağlı son mesajları Azərbaycan-Ermənistan sülh prosesində yeni dönüşün başlanğıcı kimi qəbul olunmalıdırmı?
Politoloq Niyaməddin Orduxanlı Musavat.com-da qeyd edib ki, Rusiyasız Cənubi Qafqazda davamlı sülhə nail olmaq indiki vəziyyətdə çətin görünür: " Biz hər zaman bəyan etmişik ki, bu gün Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanması üçün Rusiya ilə danışıqlar aparmalıyıq. Çünki Rusiyanın Ermənistana təsir etmək imkanları çox genişdir. Rusiya inanmalıdır ki, əldə olunmuş sülh Rusiyaya qarşı deyil və Cənubi Qafqazda əldə olunan sülh həm də region dövlətlər üçün mühüm əhəmiyyət daşıyır. Əlbəttə ki, Rusiyanın, İranın, Türkiyənin, Gürcüstanın və digər ölkələrin nəqliyyat və iqtisadi əlaqələrinin qurulmasında mühüm rol oyanacaq. Qərbin və Amerikanın ən ağır sanksiyalarına məruz qalan Rusiya və İran üçün böyük və geniş imkanlar yaranacaq. Ermənistanın iqtisadi imkanları xeyli genişlənəcək. Qonşularla qarşılıqlı əlaqələr qurulacaq. 30 ildən artıq müharibə şəraitində olmaq, Azərbaycan torpaqlarını işğalda saxlamaq, barbarlıq etmək və 44 günlük müharibədən sonra minlərlə gəncini məhv etmək Ermənistana nə verib? Ermənistan cəmiyyəti bütün bunların fərqində olmalıdır. Baş nazir Nikol Paşinyan TRIPP layıhəsinin çox xeyirli olduğunu bəyan edir və prosesin yeni mərhələyə keçdiyini bəyan edir. Faktiki Rusiyanın malları Azərbaycan üzərindən Ermənistana daşınır. Biz sülhün əldə olunmasına görə müəyyən addımlara gedirik. Türkiyə ilə Ermənistan arasında sərhədləərin açılması və ya dəmir yol əlaqələrinin qurulması Azərbaycanın dövlət maraqları çərçivəsində baş verməlidir. Yəni Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanandan sonra. Vaşinqtonun TRIPP sazişinin reallaşmasında maraqlı görünməsi təbii haldır. Bu saziş
Trampın dəstəyi ilə baş tutub. Azərbaycan 6 ildir birmanlı mövqe sərgiləyirik ki, sülh əldə olunsun. Biz bundan artıq heçnə edə bilmərik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 07 Oktyabr 2026 08:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















