Icma.az
close
up
RU
Bakı COP29un təşəbbüsləri bu gün də təqdir olunur DEPUTAT

Bakı COP29un təşəbbüsləri bu gün də təqdir olunur DEPUTAT

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycan COP29-un ev sahibi kimi çox uğurlu performans sərgilədi. Hər kəs Bakıdan yüksək təəssüratlarla qayıtdı. Doğrudan da Cənubi Qafqaz regionunda bu  miqyasda ikinci belə tədbir keçirilməyib. Cənab Prezidentin də söylədiyi kimi, bizim üçün COP29 böyük bir çağırış və böyük imkan idi. Bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi. Biz bunun öhdəsindən layiqincə gəldik. Elə dövlət başçımız yerli telekanallara müsahibəsində də bunu  daha çox böyük uğur, eyni zamanda ölkənin təqdimatı kimi dəyərləndirdi. Üstəlik, bu nüfuzlu tədbir ölkəmizə qarşı  çirkin qarayaxma kampaniyası fonunda keçirildi. Bütün qərəzli yanaşmalara rəğmən Azərbaycan ev sahibi kimi üzərinə götürdüyü öhdəliyi layiqincə icra etdi. COP29-da həm Azərbaycan, həm dünya üçün praktiki nəticələr əldə edildi".

Lent.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nigar Məmmədova bildirib.
Deputat qeyd edib ki, COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülmüşdü: "Bu gün də Bakı COP-un təşəbbüsləri təqdir olunur. Post-COP29 dialoqları çərçivəsində aparılan müzakirələrdə də qeyd olunur ki, COP 29 həqiqətən də iqlim diplomatiyasında dönüş kimi tarixi düşdü. Bakı COP həm də Qlobal Cənub və Qlobal Şimal arasında olan mövcud olan etimadsızlıq fonunda keçirildi. Azərbaycan istixana qazlarının emissiyası baxımından o qədər də böyük paya sahib olmasa da, beynəlxalq təşkilatlardakı fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət körpülər qurmaqda rəsmi Bakıya yardımçı oldu. Ada dövlətlərinin ilk dəfə səsinin bu ali kürsüdən eşidilməsi rəsmi Bakının təqdimatında ədalətin təntənəsi idi".

Nigar Məmmədova bildirib ki, cəmi 11 ay davam edən hazırlıq işləri yüksək səviyyədə icra edilib: "Halbuki bundan əvvəlki COP-lar üçün müddət 2 il təşkil edib.
197 ölkədən 76 min iştirakçının, eləcə də səksən dövlət və hökumət başçısının qatıldığı COP29 bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu təsdiqlədi. COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının iştirak etməməsi çoxsaylı suallar doğursa da, bu, konfransın işinə təsir etmədi. 10 il ərzində karbon bazarı ilə bağlı razılığa gələ bilməyən tərəflər COP-un ilk günlərində artıq Paris Sazişinin 6-cı maddəsi üzrə razılığa gəldilər. Eyni zamanda qarşıdan gələn illər üçün nəzərdə tutulmuş məbləğin 3 dəfə artırılmasına nail olundu. İndi bütün dünya Bakı Nailiyyətindən, onun ilqim dəyişikliyinə verə biləcəyi töhfələrdən danışır. COP Atəşkəs Çağırışı isə bəşər həmrəyliyinin simvolu kimi tarixə düşdü. Azərbaycanın bu təşəbbüsü hamı üçün daha təhlükəsiz, firavan və davamlı gələcək naminə birliyə hesablanmışdı. Münaqişələrin ekosistemin pozulması, təbii ehtiyatların tükənməsi, gələcək nəsillər üçün planetimizin sağlamlığının təhlükə altına düşməsinə səbəb olduğu  bir vaxtda belə bir təşəbbüslə çıxış etməsi ölkəmizin qlobal sülhə töhfəsi kimi dəyərləndirildi.

Təsadüfi deyil ki, bu gün beynəxalq konfranslarda ötən ilin noyabrında Bakıda keçirilən COP29-da iqlimlə bağlı tədbirlər üçün daha çox maliyyə resurslarının təmin edilməsinə dair qərarların qəbul olunması müsbət və effektiv addım kimi dəyərləndirilir. Hər kəs Bakı Nailiyyətinin iqlim böhranından ən çox təsirlənən və böyük iqtisadi borc yükü altında olan ölkələr üçün resursların bölüşdürülməsinə imkan verəcəyinə ümid edir. Bu isə Bakı COP-da əldə olunan nəticələrin gələcək üçün miras olduğunu deməyə əsas verir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Yanvar 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri