Bakı Qazax yolunda 14 avtomobil toqquşub 2 nəfər ölüb, 22 nəfər xəsarət alıb
Icma.az bildirir, Mia.az portalına istinadən.
Ucarda baş verən ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.
Mia.az xəbər verir ki, qəza nəticəsində dünyasını dəyişənlər Bərdə rayon sakini, 1989-cu il təvəllüdlü Günel Əlövsət qızı Allahverdiyeva və Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin Allahverən oğlu Abdullayevdir.
Hadisə zamanı xəsarət alanların sayı isə 22 nəfərə çatıb.
Qeyd edək ki, hadisə Bakı – Qazax yolunun rayonun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb. Yol qəzası zamanı 14 avtomobil toqquşub.
BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev "Report"a bildirib ki, ilkin ehtimala görə, qəza dumanlı yolda bir neçə nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində durması nəticəsində arxadan gələn nəqliyyat vasitələrinin vaxtında reaksiya verə bilməyərək onlara çırpılması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 16 Fevral 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















