Bakı Qazax yolunda 14 maşının toqquşmasının səbəbi AÇIQLANDI
Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı-Qazax yolunun Ucar rayonun Qulabənd kəndindən keçən hissəsində 2 nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbi açıqlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyevin verdiyi məlumatda deyilir.
O qeyd edib ki, bu gün gecə saat 03:00 radələrində Bakı-Qazax yolunun Ucar rayonun Qulabənd kəndindən keçən hissəsində güclü duman səbəbindən görünüş məsafəsinin azalması nəticəsində bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Hadisə yerinə dərhal yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub. Qəza nəticəsində 2 nəfər həyatını itirib, ağır xəsarət qeydə alınmayıb.
İlkin ehtimala görə qəza dumanlı yolda bir neçə nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində durması nəticəsində arxadan gələn nəqliyyat vasitələrinin vaxtında reaksiya verə bilməyərək onlara çırpılması nəticəsində baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 16 Fevral 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















