Icma.az
close
up
RU
Bakı qətliamın arxasında dayanan şəxsin adını çəkdi: Putinin əli azərbaycanlıların qanına batıb VİDEO

Bakı qətliamın arxasında dayanan şəxsin adını çəkdi: Putinin əli azərbaycanlıların qanına batıb VİDEO

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Dövlət Televiziyası (AzTV) Rusiya Prezidenti Vladimir Putini, Moskvanın azərbaycanlılara qarşı yönələn siyasətini sərt tənqid edib.

Teleqraf xəbər verir ki, bu barədə AzTV-nin sədri Rövşən Məmmədovun müəllifi olduğu "Həftə" analitik-informasiya proqramında danışılıb.

O, məsələnin şərhinə Prezident İlham Əliyevdən sitat gətirməklə başlayıb:

“Doğurdan da 44 günlük Vətən müharibəsində qazanılan qələbə Prezident İlham Əliyevin dediyi kimi çox böyük layları yerindən tərpətdi. Laylar yerindən tərpənəndə də hər kəsin əsil siması üzə çıxır – elə region ölkələlərinin də... O cümlədən də Rusiyanın...
Nə olub, cənab Putin? Azərbaycanın regionda güclü bir dövlətə çevrilməyi, son 200 ildə ilk dəfə olaraq torpaq verməyib, öz gücü ilə torpaq alıb suverenliyini və ərazi bütövlyünü bərpa etməsi, milli maraqlarını qoruması, prinsipial siyasət ortaya qoyması, Prezident İlham Əliyevin qlobal arenada liderliyinin qəbulu və ən müxtəlif beynəlxalq kürsülərdən etirafı sizi beləmi narahat edir? Başa düşürük, siz axı öyrəşmisiniz böyük Rusiyanın zorla öz ərasizinə daxil etdiyi xalqlar üzərində hökmranlığına...

İstər Çar Rusiyası dövründə olsun, istərsə də İttifaq dönəmində ali irq rus xalqı idi, azərbaycanlılar, özbəklər, qazaxlar, qırğızlar, türkmənlər və digər millətlərin nümayəndələri hər zaman ikinci dərəcəli xalq kimi qəbul olunub və bu gün hər iki imperiya tarixin zibilliyinə atılsa da düşüncə dəyişməyib, ənənə davam edir. Bir zamanlar Stalin başını qaldırıb azadlıq tələb edəni NKVD-nin əli ilə yox edirdi, bu gün isə Putin haqqını tələb edəni OMON-nun əli ilə yox edir. Necə deyərlər, davam edir 37, daha kəskin, daha ciddi...

Amma görəsən rəsmi Kreml və konkret Rusiya Prezidenti Vladimir Putin anlayırmı ki, artıq 37-ci il deyil, 2025-ci ildir və bir zamanlar İttifaqın tərkibində olan dövlətlər də 30 ildən çoxdur ki, müstəqildirlər. Anlayırmı ki, tarixdə heç nə unudulmur? Nə Stalin dövrünün repressiyası, hansı ki, Azərbaycan xalqının düşünən başları kəsildi, nə “20 Yanvar” hadisəsi, nə “Xocalı soyqırmı”, nə Azərbaycan torpaqlarının işğalı və 30 il bu torpaqların işğal altında qalması - hansı ki, üzdə Ermənistanın, altda isə birbaşa Rusiyanın əli ilə bu xalqa yaşadıldı. Bəli, məhz Rusiyanın... 30 illik dönəmdə öz əsəri olan Qarabağ probleminin həllinə imkan verməyən və bu illər ərzində də Azərbaycanın məhz Qarabağ damarını basmaqla biz min bir əziyyət verən, əsəblərimizlə, milli qürurumuzla oynayan Rusiya Qarabağ problemi həll olununca gücünü ölkəsində yaşayan azərbaycanlılara göstərir".

R.Məmmədov daha sonra növbəti süjeti nümayiş etdirib və bildirib:

“Buyurun, baxın... OMON xüsusi təyinatlı dəstəsi Yekaterinburqda məhz azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirir, Səfərovlar ailəsinə edilən basqında dinc sakinlər vəhşicəsinə döyülərək öldürür, sağ qalanlar isə həbsxanaya salınır və bu vəhşilik azərbaycanlılara münasibətdə nə ilkdir, nə də son... Bu zorakılıqlar məhz Qarabağ zəfərindən sonra Rusiyanın azərbaycanlılara qarşı davam edən və daha da azğınlaşan şovinist siyasətinin, bir növ qisas əməliyyatının davamıdır. İndi də Rusiya tərəfi bildirir ki, hadisə araşdırılır. Nə araşdırılacaq? Ötən ilin dekabrında Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin məhz Rusiya səmasında raketlə vurulmasının səbəbləri araşdırıldımı? Hansı ki, 38 nəfər həlak oldu... Rusiya tərəfi faciədən ötən müddət ərzində bir dəfə də olsun açıq şəkildə rəsmən üzr istəməyi də bacarmadı, yaxud özünə sığışdırmadı. Eləcə də azərbaycanlı millət vəkili Moskva hava limanında saxlanılır və heç bir səbəb göstərilmədən ölkəyə girişinə icazə verilmir. Eləcə də çoxsaylı kiberhücumlar, hansı ki, birbaşa Rusiyadan gəlir, eləcə də Solovyov kimi ünsürlərin Azərbaycan xalqına ünvanladığı təhriqlər, hədələr... Özü də hansısa youtube kanalında deyil, Rusiyanın dövlət kanalında...

Və bütün bunlar da azmış kimi, Rusiyanın teleqram kanalları da Azərbaycanın üzərinə hücuma keçir, İsrail-İran münaqişəsində ölkəmizin iştirakı barədə dezinformasiyalar yayır. Təsadüfdürmü? Əlbəttə ki, xeyr... Kampaniyadır. Və bu kampaniyanın da başında birbaşa rəsmi Kreml, birbaşa Rusiya prezidenti Vladimir Putin durur. Niyə əminliklə deyirik? Ona görə ki,

1. Azərbaycana qarşı hücumlar kütləvidir, sistemlidir və birbaşa rəsmi mənbələrin iştirakı ilə həyata keçirilir.

2. Bütün bu proseslərdə Rus Pravoslav kilsəsinin də iştirakı, nəyinki iştirakı birbaşa qızışdırıcı yer tutması, ideoloji təxribatları əsaslandırması, hüquq mühafizə orqanlarının vəhşiliyinə haqq qazandırması, 3. Baş vermiş hadisələrlə bağlı Rusiya tərəfinin ən azı qonşuluq prinsiplərinə uyğun Azərbaycanı məlumatlandırmaması, rəsmi açıqlama verməməsi... Hər bir halda bu gün Yekaterinburqda yaşananlar humanizmdən, sağlam əməkdaşlıqdan, dostluqdan dəm vuran Rusiya dövlətinin və rus xalqının faciəsidir. Baş verənlər Azərbaycan – Rusiya münasibətlərinə çox ciddi zərbədir. Yaşananlar regional təhlükəsizliyə və sabitliyə təhdiddir və nəyin nə üçün baş verdiyini gözəl anlayan Azərbaycan tərəfi də Rusiyaya konkret mesajlar göndərir ki, münasibətləri gərginləşdirmək heç bir tərəfin xeyrinə deyil".

AzTV sədri həmçinin qeyd edib ki, Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb və məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə rəsmi Bakının gözləntilərini qarşı tərəfin diqqətinə çatdırılıb:

"Nəticəsi olacaqmı? Ümid edirik ki, olacaq... Lakin sonra da düşünürsən ki, Rusiya dili, dini eyni olan slavyan xalqına, konkret Ukraynaya nələr yaşatdı...”

AzTV-nin Vladimir Putinin adını çəkərək Kremlin siyasətini tənqid edən süjetlərini təqdim edirik:

“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 İyun 2025 00:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

27 Sentyabr 2025 10:27see175

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see154

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see153

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see152

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see148

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see148

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see142

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see137

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see136

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see128

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see127

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see126

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see123

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see123

Trampın Qəzza planı: İsrailə bunu etməyə imkan verilməyəcək!

27 Sentyabr 2025 07:01see121

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see120

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see119

“Tramp dilemma qarşısında: Ukraynaya dəstək və Rusiyanın enerji bazarı arasında seçim“ “The Wall Street Journal“

27 Sentyabr 2025 13:39see118

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

27 Sentyabr 2025 23:30see116

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri