Icma.az
close
up
RU
Menu

Lökbatan yolunda qəza: Ölən var

ADY sədri: “Bakı dairəvi dəmir yolu xəttinin yenidən qurulması planlaşdırılıb” FOTO

Seks şop, böyük ağ yataq... Röya ilə Murad Arifin 18+ söhbəti VİDEO

Aqşin Mürsəlov: İmişli nin heyətində rotasiya və əlavə transferlər gözlənilir

İsrail Beyrutda Hizbullah hədəflərinə zərbələr endirib

Bu gün İran prezidenti geniş nümayəndə heyəti ilə Azərbaycana gəlir

Pezeşkian: Azərbaycanda qəribliyimin olmaması İlham Əliyevlə görüşümdə də əksini tapacaq

Özgür Özəl: Mühafizəçilərin kameranı bağlaması məcburi bir vəzifədir

Lill , Oser və Marsel hesablarına 3 xal yazdırıblar

KİV: İranda limanında partlayışın səbəbi raket yanacağı üçün maddə olub

Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama

İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üzrə işlər davam edir Pezeşkian

Mərkəzi Aran bölgəsinin uşaq və gəncləri Mingəçevirdə bir araya gəliblər

Bakı Gəncə sürət qatarına biletlərin qiyməti bilindi CƏDVƏL VİDEO

9 vərdişdən imtina edin: qarındakı piy bir aya YOX OLACAQ

“Liverpul”a çempionluq üçün cəmi 1 xal lazımdı

Kənan Yıldız karyerasında ilk qırmızı vərəqə alıb

La Liqa: Espanyol evə xalsız qayıtdı

ABŞ döyüş təyyarəsi təyyarədaşıyan gəmidən dənizə düşüb

“Oyunçulara elə tapşırıq olmur ki, geri çəkilsinlər” Elmar Baxşıyev

Bakı Qlobal Cənubun Paytaxtı olur: Yeni Platforma və yeni imkanlar Fərid Şahbazlı yazır

Bakı Qlobal Cənubun Paytaxtı olur: Yeni Platforma və yeni imkanlar Fərid Şahbazlı yazır

Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci il 28 aprel tarixində Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” forumu beynəlxalq münasibətlər sistemində yeni bir səhifə açdı. Forumda Asiya, Afrika, Latın Amerikası və Okeaniya regionları da daxil olmaqla 115 ölkədən 300-dən çox qeyri-hökumət təşkilatının nümayəndəsi iştirak etdi. Tədbir, dünya əhalisinin təxminən 80%-ni təmsil edən nüfuzlu QHT rəhbərləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya topladı. Konfrans dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə kimi qiymətləndirildi.

Forumun sonunda Qlobal Cənub QHT Platformasının yaradılması və bu platformanın fəaliyyətinin əlaqələndirilməsi hüququnun Azərbaycana verilməsi qərara alındı. Bu təşəbbüs, inkişaf etməkdə olan ölkələrin və onların vətəndaş cəmiyyətlərinin beynəlxalq sistemdə daha fəal iştirak etmək istəyinin ifadəsi oldu. Platforma, bu strateji coğrafiyada yerləşən ölkələrin üzləşdikləri problemlərin – yoxsulluq, iqlim dəyişmələrinin fəsadları, müstəmləkəçilik keçmişinin nəticələri, rəqəmsal uçurum, ticarət bərabərsizliyi kimi məsələlərin beynəlxalq səviyyədə daha güclü şəkildə səsləndirilməsinə və bu problemlərə qarşı vahid mövqedən çıxış edilməsinə dəstək məqsədi daşıyır. Platformanın məqsədləri sırasında BMT və digər beynəlxalq təşkilatlarda qlobal koordinasiyanın aparılması, eləcə də Cənub-Cənub əməkdaşlığının təşviqi də xüsusi yer tutur.

Azərbaycanın bu təşəbbüsdə lider rolu təsadüfi deyil. Prezident İlham Əliyev forum iştirakçılarına müraciət ünvanlayaraq Azərbaycanın Qlobal Cənub ölkələri ilə həmrəyliyini və Platformanın məqsədlərini açıq şəkildə dəstəklədiyini bəyan etdi. Prezident qeyd etdik, Qlobal Cənub QHT Platforması xalqlarımızın səsinin eşidilməsi, mövqelərinin dünya ictimaiyyətinə çatdırılması, onların haqlarının qorunması və hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcəkdir.

Azərbaycan QHT-lərinin forumdakı fəaliyyəti də mühüm əhəmiyyət daşıyır. Forum çərçivəsində 100-dən çox yerli qeyri-hökumət təşkilatı xarici həmkarları ilə birbaşa təmas qurdu, gələcək əməkdaşlıq istiqamətləri üzrə danışıqlar apardı. Azərbaycan QHT-ləri Platformanın təsis olunmasında fəal iştirak edərək ölkənin beynəlxalq yumşaq güc strategiyasına praktiki dəstək verdilər. Onlar həm sosial məsələlərdə, həm də iqlim dəyişikliyi, davamlı inkişaf, humanitar fəaliyyət kimi sahələrdə beynəlxalq layihələrin icrasında tərəfdaşlıq etməyə hazır olduqlarını bildirdilər.

Azərbaycanın bu prosesdə fəallığı onun regional və qlobal siyasətdə artan nüfuzunu bir daha nümayiş etdirir. Coğrafi mövqeyi etibarilə Qafqazın, Avropanın və Asiyanın kəsişməsində yerləşən Azərbaycan uzun illərdir tranzit, enerji və təhlükəsizlik sahələrində strateji oyunçu kimi çıxış edir. İndi isə ölkə beynəlxalq humanitar və vətəndaş cəmiyyəti platformalarının mərkəzinə çevrilir. Bakının bu forumu qəbul etməsi Azərbaycanın dünyada ədalətli və bərabər əsaslı dünya nizamı ideyasına verdiyi önəmin ifadəsidir və bu, ölkənin yumşaq güc arsenalının daha da zənginləşdirilməsinə xidmət edir.

Qlobal Cənub QHT Platformasının BMT və digər beynəlxalq təşkilatlarla əlaqələrinin qurulması isə uzunmüddətli perspektivdə yeni bir dinamik yarada bilər. Platforma Qlobal Cənub ölkələrinin beynəlxalq təşkilatlarda daha koordinasiyalı çıxış etməsinə şərait yaradacaq. Bu da dünya siyasətində inkişaf etməkdə olan ölkələrin maraqlarının daha güclü müdafiəsinə, müstəmləkəçilik mirası, iqlim ədalətsizliyi və iqtisadi bərabərsizlik kimi problemlərin beynəlxalq gündəmdə prioritet mövzu olmasına təkan verə bilər. Azərbaycanın bu proseslərdə fəal rol alması isə həm ölkənin beynəlxalq imicinə müsbət təsir edəcək, həm də Bakı şəhərini qlobal vətəndaş cəmiyyəti diplomatiyasının aparıcı mərkəzlərindən birinə çevirəcək.

QHT-lərin yumşaq güc kimi fəaliyyəti bu kontekstdə xüsusi vurğulanmalıdır. QHT-lər bu prosesdə mədəni diplomatiyanın, humanitar yardımın, bilik mübadiləsinin və sosial innovasiyaların əsas aparıcı qüvvələri kimi çıxış edirlər. Qlobal Cənub QHT Platforması vasitəsilə Azərbaycan bu sahədə öz təsir imkanlarını genişləndirəcək, Qlobal Cənub ölkələri ilə daha sıx humanitar və sosial əməkdaşlıq əlaqələri quracaq.

Ümumilikdə, Bakıda yaradılan Qlobal Cənub QHT Platforması təkcə beynəlxalq ictimaiyyətin müstəqil siyasət yürüdən ölkələrin səsinə daha çox qulaq asmasını deyil, həm də Azərbaycan üçün yeni diplomatik və strateji imkanlar açır. Platforma Azərbaycanın yumşaq güc strategiyasının tərkib hissəsinə çevrilərək, ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə və yeni tərəfdaşlıqların qurulmasına xidmət edəcək.

Fərid Şahbazlı

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://pravda.az
archiveBu xəbər 29 Aprel 2025 08:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lökbatan yolunda qəza: Ölən var

27 Aprel 2025 21:44see163

ADY sədri: “Bakı dairəvi dəmir yolu xəttinin yenidən qurulması planlaşdırılıb” FOTO

28 Aprel 2025 04:16see145

Seks şop, böyük ağ yataq... Röya ilə Murad Arifin 18+ söhbəti VİDEO

28 Aprel 2025 00:58see142

Aqşin Mürsəlov: İmişli nin heyətində rotasiya və əlavə transferlər gözlənilir

27 Aprel 2025 13:11see138

İsrail Beyrutda Hizbullah hədəflərinə zərbələr endirib

27 Aprel 2025 19:52see137

Bu gün İran prezidenti geniş nümayəndə heyəti ilə Azərbaycana gəlir

28 Aprel 2025 00:44see134

Pezeşkian: Azərbaycanda qəribliyimin olmaması İlham Əliyevlə görüşümdə də əksini tapacaq

27 Aprel 2025 22:09see134

Özgür Özəl: Mühafizəçilərin kameranı bağlaması məcburi bir vəzifədir

28 Aprel 2025 01:19see130

Lill , Oser və Marsel hesablarına 3 xal yazdırıblar

28 Aprel 2025 01:39see129

KİV: İranda limanında partlayışın səbəbi raket yanacağı üçün maddə olub

27 Aprel 2025 12:52see129

Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama

28 Aprel 2025 00:56see127

İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üzrə işlər davam edir Pezeşkian

27 Aprel 2025 23:55see127

Mərkəzi Aran bölgəsinin uşaq və gəncləri Mingəçevirdə bir araya gəliblər

28 Aprel 2025 00:40see126

Bakı Gəncə sürət qatarına biletlərin qiyməti bilindi CƏDVƏL VİDEO

28 Aprel 2025 00:05see124

9 vərdişdən imtina edin: qarındakı piy bir aya YOX OLACAQ

28 Aprel 2025 02:03see122

“Liverpul”a çempionluq üçün cəmi 1 xal lazımdı

27 Aprel 2025 23:18see118

Kənan Yıldız karyerasında ilk qırmızı vərəqə alıb

27 Aprel 2025 23:57see118

La Liqa: Espanyol evə xalsız qayıtdı

28 Aprel 2025 04:15see116

ABŞ döyüş təyyarəsi təyyarədaşıyan gəmidən dənizə düşüb

29 Aprel 2025 00:02see113

“Oyunçulara elə tapşırıq olmur ki, geri çəkilsinlər” Elmar Baxşıyev

27 Aprel 2025 21:44see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri