Bakı Quba yolunda baş verən qəzada həyatını itirən Kənanın FOTOSU KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, Bakı-Quba yolunun 27-ci kilometrliyində piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Ruslan Ağammədov sürdüyü “Chevrolet” markalı, 77-YR-183 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında dayanan 1995-ci il təvəllüdlü piyada Kənan Nəsirovu vurub.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, həyatını itirən Kənan Ələddin oğlu Nəsirov evin tək övladı olub. Eyni zamanda, K. Nəsirovun Vətən müharibəsi qazisi olduğu da deyilir.
Məlumata görə, Kənan Nəsirov səhər tezdən işə getmək üçün evdən çıxıb və yol kənarında “Chevrolet” markalı avtomobilin törətdiyi qəza nəticəsində həyatını itirib.
Dəniz Pənahova
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 09 Oktyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















