Icma.az
close
up
RU
Bakı sakinləri üçün mühüm YENİLİK 21 il əvvəlki sistem qayıdır KONKRET

Bakı sakinləri üçün mühüm YENİLİK 21 il əvvəlki sistem qayıdır KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

2025–2030-cu illəri əhatə edən dövlət proqramında Bakıda tramvay nəqliyyatının bərpası nəzərdə tutulur. Lakin mütəxəssislər və sakinlər bu ideyanın reallaşmasını hazırkı infrastruktur və yol sıxlığı səbəbindən çətin hesab edirlər. Bununla belə, bildirilir ki, tramvay sisteminin yenidən qurulması şəhərdə ekoloji nəqliyyatın təşviqi və yol hərəkətindəki yüklənmənin azaldılması baxımından mühüm üstünlüklər vəd edir.

Bakıda tramvay sisteminin bərpası nə dərəcədə realdır? Bu, hansı əraziləri əhatə edə bilər?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, Bakıda tramvayların fəaliyyəti mütləq bərpa olunmalıdır:

“Lakin bu, sadəcə dekorativ xarakter daşımamalı, turistlər üçün əyləncə vasitəsinə çevrilməməlidir. Tramvay şəhərin effektiv ictimai nəqliyyat vasitəsi kimi fəaliyyət göstərməlidir. Dövlət proqramında ilkin mərhələdə layihələndirmə işlərinin aparılması, daha sonra isə tramvayın növünün müəyyənləşdirilməsi planlaşdırılır”.

Ekspert bildirib ki, tramvay xəttinin Mehdiabad qəsəbəsindən başlayaraq Azadlıq prospekti boyunca 28 May ərazisinə qədər uzanması nəzərdə tutulur:

“Bu ərazilərdə tramvay yolunun çəkilməsi ilə bağlı ciddi çətinlik görmürəm. Əvvəllər də Azadlıq prospekti və 28 May ərazisində tramvay xətləri olub. İndi həmin xətlərin bərpası texniki baxımdan mümkündür”.

Qeyd edək ki, Bakı şəhərində tramvay sistemi 2004-cü ildə tamamilə ləğv edilib və relslər sökülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 İyun 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri