Icma.az
close
up
RU
“Bakı Şəbəkəsi” Araşdırmalar və Təhlil İctimai Birliyi şəhid jurnalist Sirac Abışovun ailəsinə baş çəkib VİDEO FOTO

“Bakı Şəbəkəsi” Araşdırmalar və Təhlil İctimai Birliyi şəhid jurnalist Sirac Abışovun ailəsinə baş çəkib VİDEO FOTO

Icma.az bildirir, Milli.az portalına istinadən.

"Bakı Şəbəkəsi" Araşdrımalar və Təhlil İctimai Birliyinin rəhbərliyi şəhid jurnalist Sirac Abışovun ailə üzvlərinə baş çəkib.

Trend xəbər verir ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində terror qurbanı olmuş şəhid jurnalistlərin xatirəsinə həsr olunan layihə çərçivəsində Sirac Abışovun həyat və fəaliyəti haqqında geniş söhbət açılıb.

İctimai Birliyin rəhbəri Elçin Ağacanov bildirib ki, şəhid jurnalistlərin xatirəsini yaşatmaq üçün bir sıra layihələr həyata keçirilib və proses gələcəkdə də davam etdiriləcək: "Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Baku Network" analitik mərkəzinin tərəfindən icra olunan "Azərbaycan əleyhinə hibrid və ideoloji təhdidlərin təhlili" layihəsi çərçivəsində bu ilin iyul ayında Fransanın paytaxtı Paris şəhərində şəhid jurnalistlərin xatirəsinə həsr edilən tədbir keçirilib, sərgi təşkil edilib. Fransanın nüfuzlu siyasətçiləri, ictimai xadimlər, Avropanın aparıcı media qurumlarının nümayəndələri və digər tanınmış şəxslərin iştirakı ilə keçirilən tədbirdə braşurlar da paylanıldı. Məqsədimiz erməni terrorunu bir daha dünyaya tanıtmaq, Azərbaycanın haqq və ədalət savaşını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq idi".

"Bakı Şəbəkəsi" Araşdrımalar və Təhlil İctimai Birliyinin layihə direktoru Sahil Kərimli isə bildirib ki, şəhidlərimizin, xüsusilə də peşə borcunu yerinə yetirərkən erməni terrorunun qurbanı olan media nümayəndələrinin xatirəsi bizim üçün daim əzizdir: "Biz Fransada keçirilən tədbirdə bir daha dünyaya çatdırdıq ki, erməni işğalçıları mülki insanlara qarşı müharibə cinayətləri törədiblər. İstər 1-ci Qarabağ müharibəsi zamanı, istərsə də 44 günlük Vətən Müharibəsi dövründə erməni terrorçuları mülki şəxsləri, jurnalistlərimizi qətlə yetiriblər. Biz şəhidlərimizin əziz xatirəsini uca tutaraq bu həqiqətləri dünyaya çatdırmaq istədik. Bu gün də, gələcəkdə də bu kimi layihələr davam etdiriləcək".

Şəhid jurnalistin atası Abış Səmədov isə bildirib ki, Sirac həddindən artıq vətənpərvər insan olub: "Bir gün iki qardaş tezdən evdən çıxıb, evə də gəlməmişdilər. Sən demə müharibəyə könüllü getmək üçün adlarını yazdırıblar. Hər ikisi televiziyada işləyirdilər. Müharibəyə yollanmağa can atırdılar. 44 günlük Vətən Müharibəsindəki tarixi Qələbəmizdən sonra Sirac operator kimi azad edilmiş ərazilərə ezam olundu. Məqsəd erməni vəşiliyini, işğal dövründə dağıdılmış və talan edilmiş ərazilərimizdə çəkilişlər aparmaq və arxivləşdirmək idi. Tez-tez əlaqə saxlayırdı. Mənimlə danışanda deyirdi ki, ondan arxayın olum. Siracla, Şirzadla həmişə fəxr etmişəm. Sirac çox qayğıkeş insan idi, iki evin qayğısını o çəkirdi. Fəxr edirəm ki, belə oğul böyütmüşdüm. Ata-ananın qayğısına qalan, vətənpərvər oğul idi".

Şəhid jurnalistin qardaşı Şirzad Səmədov isə bildirib ki, vətənpərvərlik bizim ailədə olub: "Çünki biz od-alovun içindən çıxmışdıq. Hadisələrin qaynar vaxtında, 1-ci Qarabağ müharibəsində dayım şəhid olmuşdu. Biz demək olar ki, qonşularda böyümüşdük. Anamızın vaxtsız ağaran saçları, ata yurdumuz Qubadlının işğal günü, dayımın doğulduğu, şəhadətə ucaldığı günlər, Şəhidlər xiyabanını ziyarətlər - bütün bunlarla vətənpərvər ruhu həm Siracın, həm də bizim ailənin damarına hopmuşdu.

Biz - məcburi köçkün uşaqları həmişə həyətdə müharibə ilə bağlı oyunlar oynamışıq. Həmin oyunlarda Sirac özünü unudulmaz qəhrəmanımız Çingiz Mustafayevə bənzədirdi. Hələ o zaman bilmirdik ki, onların taleyində indi və sonralar da çox bənzərliklər olacaq. Sirac çiyninə nəsə bir taxta, ya qab tapıb qoyurdu, çünki biz Xocalının kadlarında Çingizin səs-sədaları ilə böyümüşdük. Sirac hər zaman özünü operator kimi aparırdı. Qardaşım həyatdan köçüb, təəssüflənməmək mümkün deyil. Amma Sirac elə bir həyat yaşadı ki, ona başqa cür ölüm yaraşmazdı.

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev çox sağ olsun, Siracı 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif etdi. Sirac həmçinin "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" və "Hərbi əməkdaşlıq sahəsində xidmətə görə" medalları ilə də təltif olundu. Prezident İlham Əliyev Siracın ailəsinə yaşadığı əraziyə yaxın 3 otaqlı mənzil verdi. Bunlar təkcə mənim qardaşıma yox, Azərbaycan Respublikası, dövlət və onun başçısının bütün şəhidlərə qayğısının vacib nümunəsidir".

Sirac Abışovun ailə üzvləri şəhid jurnalsitlərin xatirəsinin daim uca tutduğuna, bu istiqamətdə mütəmadi tədbirlər keçirdiyinə görə "Bakı Şəbəkəsi" Araşdrımalar və Təhlil İctimai Birliyinə dərin təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, 2021-ci il iyunun 4-də saat 11.00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan "KamAZ" markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər - AZƏRTAC-ın müxbiri M.İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olublar.

Şəhid Sirac Abışovun evindən hazırlanan videoreportajı təqdim edirik:

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 Oktyabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see158

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see136

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see133

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri