Bakı Şəhər DYP İdarəsinin əməkdaşları Moldovada yol polislərinə mototəlim keçiblər
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları polis kapitanı Emil İbrahimov və polis baş serjantı Samir Kərimov Moldovanın paytaxtı Kişinyov şəhərində ölkənin yol polisi əməkdaşarına texniki sürücülük bacarıqlarını, eləcə də əməliyyat müdaxilələrinə xas olan taktiki və hüquqi aspektləri əhatə edən mototəlim keçiblər.
Məlumatı DİN mətbuat xidməti yayıb.
Təlimlərdə əməkdaşlarımız ictimai asayişin qorunması üçün operativ müdaxilələr, müdafiə və təkmil sürücülük texnikaları, təqib və ələ keçirmənin taktiki üsulları, şəxsi təhlükəsizlik, mühafizə və motosikletlərə texniki qulluqla bağlı nəzəri, təcrübi bilik və bacarıqlarını bölüşüblər.
Polis əməkdaşları E.İbrahimova və S.Kərimova yüksək bacarıq nümayiş etdirdiklərinə görə təşəkkürnamələr verilib.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 14 Aprel 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















