Icma.az
close
up
RU
Bakı Şəhər Halqası Əməliyyat şirkətinin təchizat üzrə direktoru məhkəmədə ifadə verib

Bakı Şəhər Halqası Əməliyyat şirkətinin təchizat üzrə direktoru məhkəmədə ifadə verib

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Zaur Məlikaslanov ifadə verib.

O bildirib ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Təchizat işləri üzrə direktoru vəzifəsində çalışıb. O, ticarət əlaqələri yaratdıqları şirkətlərlə bağlı sənədləri təqsirləndirilən şəxsdən alıb: "Şirkətlər haqqında sənədləri Çingiz müəllimdən alırdım. Bütün alınan mallar hər departament üzrə bölünürdü. Xarici şirkətlərlə müqavilə bağlanırdı. Onlardan Formula 1 üçün lazım olan geyimlər texnikalar və digər vasitələr idxal olunurdu. Çingiz Mehdiyevin təklif etdiyi şirkətlərə ona görə etibar edirdik ki, onlar Formula 1- in standartlarına uyğun idi. "Dayton İnvestment LTD" şirkəti ilə müqavilə bağlananda mən iştirak etməmişdim. Danışıqları Çingiz müəllim aparırdı. Sifarişləri isə mən verirdim. Alınan mallar spesfik mallar idi. Mal alınır, təhvil-təslim edilir, ondan sonra isə ödəniş olunurdu".

Şahidin sözlərinə görə, Çingiz Mehdiyevin hər hansı malların alınması üçün əmr vermək səlahiyyəti olmayıb, maliyyə ilə bağlı sənədləri təchizat, maliyyə üzrə departament direktoru imzalayıb.

Hakim Novruz Kərimovun sualına cavab olaraq o, Ç. Mehdiyevə güvəndiyini, onu etibarlı adam saydığını bildirib.

O, əlavə edib ki, lazımi texnikanın alınması üçün məbləğin müəyyən edilməsində hansısa qayda və ya kriteriya olmayıb: "Biz hər il maliyyənin daha az istifadə olunmasını çalışırdıq. Satıcılarla daha ucuz qiymətlərə razılaşırdıq. Qiymətlərin təyin edilməsində hansısa beynəlxalq göstəriş və ya limit olmayıb".

Proses yanvarın 13-də davam etdiriləcək.

Qeyd edək ki, Çingiz Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü ( vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.

Xatırladaq ki, istintaq dövründə Ç.Mehdiyev mənimsədiyi məbləğin 100 min manatını dövlət büdcəsinə geri ödəyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 Dekabr 2024 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri