Bakı Sumqayıt yolunda güllə kimi uçan zerkalni nömrəli yük maşını 10 ZK 003 VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Bakı-Sumqayıt yolunda yük maşını ilə qaydaları pozan sürücü təhlükə saçıb. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 8-də, sözügedən yolun üzü şəhər istiqamətinə olan hissəsində qeydə alınıb.
Belə ki, 10-ZK-003 qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü yüksək sürətlə bir neçə kobud qayda pozuntusu törədib. O, ən sol zolağa çıxaraq yolun hərəkət hissəsində yerləşmə qaydasını pozub. Bu zaman görüntünü qeydə alan sürücü 110-km/saat sürətlə hərəkət etsə də, ona çata bilməyib. Daha sonra həm manevr, həm də ötmə qaydalarını pozan sürücü yüksək sürətlə avtomobilləri keçməyə başlayıb. Yol boyunca bu hərəkətləri təkrarlayan sürücü daha sonra avtobus zolağına çıxaraq digər yük avtomobillərini də ötüb.
Təhlükə saçan həmin anların videosunu təqdim edirik.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 10 Aprel 2025 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















