Bakı Tbilisi Qars dəmir yolu xəttinin Gürcüstandan keçən hissəsində işlərin 98,5 faizi yekunlaşıb
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstandan keçən hissəsində görülən işlərin 98,5 faizi yekunlaşdırılıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze parlamentdə illik hesabatını təqdim edərkən deyib. O, Gürcüstanda dəmir yollarının modernizasiya işlərinin tamamlanmasından sonra ölkənin dəmir yolu ilə illik ötürücülük qabiliyyətinin 27 milyon tondan 48 milyon tona qədər artacağını qeyd edib.
“Dəmir yolu sektorunda ciddi nəticələrimiz var. Dəmir yolunun modernləşdirilməsi layihəsi tamamlanır, bundan sonra dəmir yolunun ötürücülük qabiliyyəti 27 milyon tondan 48 milyon tona yüksələcək. Həmçinin Bakı-Tbilisi-Qars layihəsi üzrə nəzərdə tutulan işlərin 98,5 faizi yerinə yetirilib. Yəni bu işlər demək olar ki, tamamlanıb”, - deyə İrakli Kobaxidze bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 27 İyun 2025 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















